top
Kevin Medina: Heç kim öz torpağında peyğəmbər deyil Sport24.az
13 avqust 2024, 11:35
- ↺ +

Kevin Medina: "Heç kim öz torpağında peyğəmbər deyil"

Bu gün "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bolqarıstanda "Ludoqorets"lə cavab oyununa çıxacaq. Razqradda baş tutacaq qarşılaşma ərəfəsində "süvarilər"in müdafiəçisi Kevin Medina Sport24.az-a müsahibə verib. "Kolumbiya tankı" "Ludoqorets"lə ikinci görüş barədə danışmaqla yanaşı, bizi maraqlandıran başqa sualları da cavablandırıb.


- Premyer Liqaya uğurlu start vermisiz. İki oyun və iki qələbə. Yeni mövsümlə bağlı fikirlərin maraqlıdı...
- Yaxşı toplanış keçdik. Bütün  futbolçular təlim-məşq toplanışında maksimun gücünü ortaya qoydu. Yeni "futbol ili"ndə iki tur ardıcıl böyük hesablı qələbə qazanmağımız da məhz keçirdiyimiz toplanışın nəticəsidi.

 

- Premyer Liqadan fərqli, təəssüf ki, ötən həftə Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda "doğma divarlar" arasında "Ludoqorets"ə məğlub olduz. Yenilginin səbəbi nə oldu?

- Bakıdakı ilk oyunda əlimizdən gələni etdik. İstər dinamika, istər meydanda gedən mübarizədə biz rəqibdən üstün oynadıq. Amma görünən odur ki, oyunumuzda nəsə çatışmadı və məğlub olduq. Bolqarlarla matçla nəyin çatışmadığını baş məşqçimiz daha yaxşı bilir, bizə də nöqsanlarımızı göstərib. Bir şey dəqiqdir ki, bizi Bolqarıstanda ağır matç gözləyir. Komanda olaraq daha məsuliyyətli olub meydanda əlimizdən gələnin ən yaxşısını edib, Bakıya qələbə ilə qayıtmağı düşünürük.  

 

- Məğlubiyyətdən sonra paltardəyişmə otağında Qurban Qurbanov futbolçulara nə dedi?
- Baş məşqçimiz bizə dəstək, motivasiya verdi. Qurban müəllim dedi ki, bu məğlubiyyətdən depressiyaya düşmək lazım deyil. Əksinə, gözlənilməz məğlubiyyətdən dərs çıxarıb səfərə nikbin yollanmalıyıq. O, hər birimizi qələbəyə köklədi.

 

- Cavab matçında qələbə qazanacağınıza əminsiz?
- Nəinki futbolda, həyatda da heç nəyə 100 faiz əmin olmaq mümkün deyil. Amma hamı bilsin ki, qələbə üçün son saniyədək nəinki mübarizə aparacağıq, yeri gəlsə, döyüşəcəyik.


- Üç ildi Azərbaycandasan, ölkəmizi necə xarakterizə edirsən?
- "İncil"də deyilən və kolumbiyalılar tərəfindən də tez-tez istifadə olunan bir ifadə var: "Heç kim öz torpağında peyğəmbər deyil". Sözüm odu ki, Kolumbiya vətənimdi, amma Azərbaycanı özüm üçün doğma ölkə hesab edirəm. Burda keçirdiyim illər ərzində demək olar kədərli, qəmli günlərim olmayıb. Əksinə, xoş vaxt keçirirəm. Azərbaycanlılardan da daim sevgi, qayğı, hörmət görmüşəm.



ABDULLA İSMAYILOĞLU

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:18

“Manchester United” Niko Uilyamsı 95 milyon avro üçün almağa hazırdır

Futbol
Bu gün, 11:10

Yurgen Klopp Almaniya millisinin tarixində ən pis startı qeyd etdi;

Futbol
Bu gün, 10:04

“Qəbələ”nin baş məşqçisi Yeton Bekirinin gənc futbolçulara şans vermək məqsədi

Futbol
Bu gün, 09:49

UEFA, Aliyar Ağayevə Gürcüstan‑Ukrayna oyununu idarə etmək üçün təyinat verdi

Futbol
Bu gün, 08:45

UEFA Millətlər Liqası 2026/27 ikinci turunun oyun afişası

Futbol
Bu gün, 05:36

Barselonanın gənc futbolçusu Cessi Bisivu Belçika U-21 və Qana millisi arasında seçim etməlidir

Futbol
Bu gün, 03:44

Məhəmməd Salahın Misir milli komandadan çıxması ölkədə mübahisələrə səbəb oldu

Futbol
Bu gün, 02:38

Arsenal, Tottenham, Liverpool və Manchester United Manchester City-yə qarşı 800 milyon funtluk iddia hazırlayır

Futbol
Bu gün, 02:13

Klopp ilk məğlubiyyətdən sonra sakit qalır: Bu, prosesin bir hissəsidir

Futbol
Bu gün, 01:47

Kamavinqa Fransa millisinin hücumçularının vəzifələri barədə açıqlama verdi

Futbol
Bu gün, 01:28

İspaniya mətbuatı Braziliya milli komandasını ‘Barselona’ stilinə bənzətdi

Güləş
Dünən, 23:40

Azərbaycan çimərlik güləşində iki qızıl üç bürünc medal qazandı, tarixdə ilk dəfə dünya çempionu oldu

Futbol
Dünən, 23:23

Qəbələ ilə Karvan-Yevlax arasında qolsuz bərabərlik

Şahmat
Dünən, 22:38

Vüqar Əsədlinin rəhbərliyi altında Qətər şahmat komandası Səmərqənddə qrup birinciliyini qazandı

Futbol
Dünən, 21:24

Jalə Məhsimova “Neftçi”də davam edəcək

Futbol
Dünən, 19:57

İmişli, Araz‑Naxçıvanı 1:3 hesabı ilə məğlub etdi

Futbol
Dünən, 19:30

Ayxan Abbasov: Litva qarşısında 1:1 oyunla futbolçular milli formanın dəyərini sübut etdilər

Futbol
Dünən, 16:28

Azərbaycan U‑21 millisinin Şotlandiya ilə qarşılaşması üçün norveçli hakimlər təyin olundu

Basketbol
Dünən, 10:47

NTD iki gənc U‑20 oyunçusunun müqaviləsini bir il uzatdı, 10 oyunçu komandadan ayrıldı

Futbol
Dünən, 10:00

“Kəpəz” uzun müddət zədələnən Məqsəd İsayevlə yollarını ayırdı

Şahmat
Dünən, 09:00

Azərbaycan şahmat milli komandası bu gün Səmərqənddə sonuncu oyunlarını keçirəcək;

Futbol
Dünən, 06:27

Dursun Özbek: “Qalatasaray” transferlərindən 50 milyon avro gəlir əldə edib

Voleybol
Dünən, 05:18

Polşa kişi voleybol milli komandası finalda Fransanı məğlub edərək Avropa çempionu oldu

Futbol
Dünən, 03:24

Manchester City futbolçusu Rayan Ayt‑Nuri, Əlcəzair milli komandadan çıxarıldı: məşqçinin göstərişinə əməl etmədi

Oxşar xəbərlər