"Napoli"nin futbolçusu Kevin De Bruyne İngiltərəyə geri qayıda bilər. Sport24.az xəbər verir ki, belçikalı yarımmüdafiəçinin xidmətində "Everton" maraqlıdır.
İtaliyalılar yüksək maaş alan futbolçu ilə yollarını ayırmağa hazırdır. Bu, maaş yükünü azaltmaq üçün atılmış addım olacaq.
"Everton" qışda 35 yaşlı yarımmüdafiəçini icarəyə götürməyə çalışacaq.
O, 2015-2025-ci illərdə "Mançester Siti"də oynayıb.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turunda, yanvarın 20-də "Napoli" "Sabah"ın qonağı olacaq.