top
"Kəpəz"in yeni İdarə Heyətinin sədri: "Böyük işlər görməyi düşünürük" - MÜSAHİBƏ Report.az
Bu gün, 10:50
- +

"Kəpəz"in yeni İdarə Heyətinin sədri: "Böyük işlər görməyi düşünürük" - MÜSAHİBƏ

"Kəpəz" Futbol Klubunun İdarə Heyətinə yeni sədr seçilən Namiq Qədirov "Report"un suallarını cavablandırıb.

Funksioner Gəncə təmsilçisinin uzun və qısa müddətli hədəflərindən və bir sıra məsələlərdən danışıb.

- "Kəpəz" futbol klubunun İdarə Heyətinə sədri seçildiniz. Təəssüratlarınız necədir?
- Təəssüratlarım çox gözəldir. Çox böyük məsuliyyət hiss edirəm. Mən özüm Gəncədə doğulub böyümüşəm. Gəncliyimdə burada oyunlara çox getmişəm. Bu şəhərə bağlı adamam. İndi də Gəncə təmsilçisinin əvvəlki vaxtlarına qayıtması üçün əlimdən gələni edəcəyəm. Çalışacağam ki, etimadı doğruldum.

- Gəncə təmsilçisinin məşqçilər korpusu və oyunçuları ilə görüşdünüz. Bu görüş barədə nə deyə bilərsiniz?
- Görüş çox yaxşı keçdi. Bir sıra mövzulara toxunduq. Komandanın gələcəyinin, inkişafının yollarını müzakirə etdik.

- Klubda kadr islahatları gözlənilirmi?
- İndidən bunu açıqlamaq tezdir. Biz bir neçə gündür ki, klubla tanış olmuşuq. İdarə Heyətimiz var. Bundan başqa, idarəçilik üzrə məsələlər Fərman Əlizadəyə, idman üzrə işlər isə Erkin İbrahimova tapşırılıb. Bütün bunları bir yerdə müzakirə edib, qərarlar qəbul edirik. Əlbbətə ki, bundan sonra bir sıra kadr islahatları olacaq. Bu məsələ üzərində işləyirik.

- "Kəpəz"in uzun və qısa müddətli hədəfləri nə olacaq?
- Hədəf birdir. Komandanı daha yüksək səviyyəyə qaldırmaq. İndidən vədlər vermək istəmirik. Çalışacağıq ki, keyfiyyətli futbolçular cəlb edək, komanda quraq. Uşaq futboluna fikir veriləcək və ciddi işlər görməyi planlaşdırırıq.

- Komanda bu mövsüm elitada qalmaq uğrunda mübarizə apardı. Sizcə, növbəti mövsüm avrokuboklara iddia etmək tezdir?
- Ani nəticə üçün tələsik addımlar atmaqdansa, tədricən inkişaf yolunu seçirik. Gəncə azarkeşləri çox tələbkardır, onları tam anlayırıq. Bu gün ilk öncə klub kimi inkişaf etmək, daha da böyümək istəyirik. Təbii ki, əsas komandanın nəticələri böyük önəm kəsb edir. Gələcək mövsüm üçün daha rəğabətli bir kollektiv formalaşdırılacaq. Eyni zamanda, cari mövsüm "Kəpəz"in Premyer Liqada qalmasında rolu olan bir çox futbolçu ilə davam edəcəyik. Avrokuboklardan danışmaq tezdir. Dəqiq deyə bilərəm ki, əvvəlki mövsümlürdə olduğu kimi, "Kəpəz" Premyer Liqada qalmağı hədəf kimi qarşısına qoymayacaq. Komandanın qarşısında qoyulan konkret vəzifə cari mövsüm başa çatandan sonra açıqlanacaq.

- Mətbuatda "Kəpəz"in rumıniyalı mütəxəssis Mirça Redniklə anlaşdığı yönündə xəbərlər dolaşır. Bu məsələyə birdəfəlik nöqtə qoya bilərsiniz?
- Tam məsuliyyətlə deyə bilərəm ki, bizim onunla heç bir əlaqəmiz olmayıb, heç bir danışıq da aparılmayıb. Bu, sadəcə, şayiədir.

- "Kəpəz" növbəti mövsümdə də Azər Bağırovla yola davam etmək istəyirmi?
- Biz, ümümiyyətlə, nəinki yerli futbolçuların, məşqçilərimizin də inkişafına dəstək vermək istəyirik. Azər Bağırova dəfələrlə dəstəyimizi bildirmişik. Mövsümün sonunda baş məşqçi ilə görüş keçiriləcək. Bizim fikrimizi soruşursuzsa, əməkdaşlığımızı davam etdirmək niyyətindəyik.

- Gəncə şəhər stadionu hazır olanadək komanda ev oyunlarını Tovuzda keçirir. Arenanın avqustun sonunda təhvil veriləcəyi gözlənilir. "Kəpəz" növsümün əvvəlində də Tovuzda oynayacaq?
- Çox güman ki, bəli. Bilirsiz ki, III MDB Oyunlarının açılış və bağlanış mərasimi yeni tikilən stadionda ba. tutacaq. Hər şey ot örtüyünün vəziyyətindən asılı olacaq. Texniki səbəblərdən ot örtüyünün oyunlara hazır olması gecikə bilər. Ona görə də hər şey bu məsələlərə bağlıdır. Yeni stadion tam hazır olandan sonra matçlarımızı burada keçirəcəyik. Bundan başqa, Gənclər və İdman Nazirilyi ilə danışıqlar aparacağıq. Hansısa formada icarə məsələləri həll olunacaq. Biz də istəyirik ki, doğma meydanda, azarkeşlərimizin önündə oynayaq. Bizim onlara, onların dəstəyinə ehtiyacımız var. Gəncədə azarkeşlər h'mi.' futbolu seviblər. Ümumiyyətlə, Azərbaycan çempionatlarında ən çox azarkeş Gəncə stadionuna gəlib. Bu bizim üçün böyük faktordur. Ona görə də istəyirik ki, oyunlarımızı Gəncədə keçirək.

İş Elanları
Qarabağ FK

Son xəbərlər

Şahmat
Bu gün, 16:57

Azərbaycan şahmatçıları "Şarja Masters" turnirində

Futbol
Bu gün, 16:48

Rusiya yığmasının baş məşqçisi həm də klubda çalışa bilər

Tennis
Bu gün, 16:40

Ölkə çempionatına start verildi

Güləş
Bu gün, 16:38

Güləş üzrə milli komandamız "Necad Haşimi Kuboku" turnirində iştirak edəcək

Güləş
Bu gün, 16:34

İrandakı beynəlxalq yarışda Azərbaycanı 20 güləşçi təmsil edəcək

Futbol
Bu gün, 16:30

Region Liqasının debütantı yarımfinalın ilk matçında qələbə qazandı

Futbol
Bu gün, 16:25

"Xankəndi" AFFA Regional Liqasının yarımfinal mərhələsinin ilk matçında böyük hesablı qələbə əldə edib

Futbol
Bu gün, 16:20

"Qaradağ Lökbatan" və "İmişli" cərimə ödəməli oldu

Gimnastika
Bu gün, 16:16

Bakıdakı Dünya Kuboku üçün iştirak ərizələrinin qəbuluna başlanılıb

Futbol
Bu gün, 16:10

Albaniya çempionu futbolçu: "Avropa klublarında Azərbaycanı təmsil etmək qürurvericidir" - MÜSAHİBƏ

Futbol
Bu gün, 16:00

"Mançester Yunayted"in maraq göstərdiyi futbolçu, London klubuna transfer olmaq üzrədir

Futbol
Bu gün, 15:54

AFFA tərəfindən cəzalandırılan futbolçu deyir: "Nə rəqibi döymüşəm, nə də ona zərbə endirmişəm"

Basketbol
Bu gün, 15:48

Zaur Paşayev: "Mən 'Sabah'ın final seriyasında 4:0 hesabı ilə qalib gələcəyini əvvəlcədən demişdim."

Digər
Bu gün, 15:40

İrina Zaretska birincidir

Futbol
Bu gün, 15:33

Futbolçularımızın "Udineze"də A Seriyası şansı: keçmişə nəzər

Basketbol
Bu gün, 15:26

Azərbaycanın 3x3 basketbol milli komandası sabah dünya çempionatına hazırlığa başlayır

Futbol
Bu gün, 15:20

İtaliya klubu Fabreqas üçün 100 milyon ayırmağa hazırdır, lakin bir şərtlə

Tennis
Bu gün, 15:04

Azərbaycan çempionatına start verildi - FOTO

Futbol
Bu gün, 15:00

Novruz Əzimov: "Sabah" avrokuboklara getməsə, faciədir."

Futbol
Bu gün, 14:59

Messinin qolu sənət əsəri kimi qəbul ediləcək

Digər
Bu gün, 14:46

Reytinqə hələ də Zaretska liderlik edir

Futbol
Bu gün, 14:40

Hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəza aldı

Tennis
Bu gün, 14:36

Azərbaycanda stolüstü tennis üzrə ölkə çempionatına start verilib

Gimnastika
Bu gün, 14:34

Azərbaycan bədii gimnastika komandası Avropa Kubokunda yarışacaq

Oxşar xəbərlər