"Kəpəz"in baş məşqçisinin yerli və ya əcnəbi olacağı təsdiqlənməyib.
Bunu "Report"a açıqlamasında Gəncə klubunun Media və Marketinq departamentinin direktoru Gəray Qiyasov deyib.
O, yeni mütəxəssisin adına yaxın 2-3 gün ərzində aydınlıq gələcəyini bildirib:
"Hələ ki, danışıqlar yekunlaşmayıb. Klubumuz bu məsuliyyətli işdə yanılmaq istəmir. Həftə ərzində yeni baş məşqçinin adı açıqlanacaq".
Qeyd edək ki, "Kəpəz" ötən həftə baş məşqçisi Adil Şükürovla yollarını ayırıb. Komanda Misli Premyer Liqasında 6 turdan sonra xalsızdır.
Baş məşqçi yeni baş məşqçi "Kəpəz" klubu Gəray Qiyasov