top
“Kəpəz”in son pilləni tərk etdiyi, Volkovun “het-trik” etdiyi tura sözardı... Sport24.az
02 dekabr 2024, 09:30
- ↺ +

“Kəpəz”in son pilləni tərk etdiyi, Volkovun “het-trik” etdiyi tura sözardı...

Premyer Liqada XV tur geridə qaldı. Sport24.az xəbər verir ki, başa çatan həftədə liderlər qrupunda dəyişiklik olmasa da, turnir cədvəlinin zirzəmisində yerdəyişmə yaşandı. "Kəpəz" çempionatın ekvator xəttində sonuncu pilləni tərk edərək, mövqeyini "Səbail"ə təhvil verdi. "Qarabağ" isə növbəti Azərbaycan derbisində də azarkeşlərini sevindirdi. 15-ci oyun həftəsi başqa nə ilə yadda qaldı?

 

"Araz-Naxçıvan" – "Turan Tovuz" 1:0

Bəlkə də çoxları mövsümün startı ərəfəsində 15 turdan sonra "Araz-Naxçıvan"ın turnir cədvəlinin ikinci pilləsində qərarlaşacağını proqnazlaşdırmırdı. Ancaq Elmar Baxşıyevin komandası inanılmazı bacarır. Komanda artıq 13 turdu məğlubiyyətin nə olduğunu bilmir. Ardıcıl 5 qarşılaşmanı isə qalibiyyətlə başa vurur. Naxçıvan təmsilçisi istər hücumda, istərsə də müdafiədə inamlı təsir bağışlayır. Onların müdafiəsini yarmaq heç də asan məsələ deyil. Komanda 15 turda qapısında cəmi 10 qol görüb ki, bu da söylədiklərimizə sübutdu. Məhsuldarlıq o qədər də ürək açan olmasa da, hələ ki, "qırmızı-ağlar"ın işinə yarayır. Baxşıyevin komandasının qış fasiləsinə ikinci pillədə yollanacağı da dəqiqləşib.

"Turan Tovuz" isə 5 oyundan sonra meydanı məğlub tərk etdi. Kurban Berdiyevin komandası çox çalışsa da, Mərdəkanda yenilgidən qaça bilmədi. Tovuz təmsilçisi nominal meydan sahiblərinin qapısı önündə yetərincə qol epizodu yaratsa da, son nöqtəni qoya bilmədi ki, bu da sonda 3 xal itkisi ilə yekunlaşdı.    

 

"Sabah" – "Səbail" 1:0

Cavid Hüseynov "Səbail"in "sükanı arxasına" keçəndən sonra "dənizçilər" ardıcıl ikinci oyunda da meydanı məğlub tərk etdi. "Qarabağ"dan sonra "Sabah"a da boyun əyən paytaxt təmsilçisi artıq turnir cədvəlinin dibinə yuvarlanıb. Düzdü, heyətinə görə, "bayquşlar" "dənizçilər"dən ən azı bir baş üstündü. Ancaq bu fakt belə, yenilgiyə bəhanə ola bilməz. Masazırda baş tutan görüşdə "Səbail" oyun planında çox zəif təsir bağışladı. Komandanın oyununda məzmun gözə dəymədi. "Dişsiz" hücum xətti barədə isə danışmağa dəyməz.

Vasili Berezutskinin "bayquşlar"ın baş məşqçisi kimi debütü isə uğurlu alındı. Qəsəbə təmsilçisi parlaq oyun ortaya qoymasa da, azarkeşlərini minimalhesablı qələbə ilə sevindirməyi bacardı. Əslində indiki vəziyyətdə "Sabah"a şən və baxımlı oyundan çox uğurlu nəticə lazımdı ki, meydan sahibləri minimum tapşırığı yerinə yetirməyi bacardılar.

 

"Zirə" – "Sumqayıt" 4:1

 "Şamaxı" üzərindəki əzmkar qələbədən sonra çoxları "Sumqayıt"ın heç də yaxşı günlərini yaşamayan "Zirə"dən ən azı 1 xal götürə biləcəyini düşünürdü. Amma Zirə İdman Kompleksindən keçirilən matçda "kimyaçılar" müdafiədə o qədər bərbad oynadı ki, bu cür xətalarla Vaqif Cavadovun komandası II Liqa komandası ilə qarşılaşsaydı belə meydanı məyus tərk edəcəkdi. Komandanın lideri Rezabalanın cəza səbəbindən meydanda olmamsı da "kimyaçılar"ın oyununa təsirini göstərdi. Xüsusilə ikinci yarıda qonaqlar heç də özlərinə bənzəmədilər. Meydan sahibləri isə "kimyaçılar"ın müdafiədə biabırçı oyunundan maksimum yararlanaraq uğursuz gedişə son qoydular. 90 dəqiqənin taleyini isə Davit Volkov həll etdi desək, yanılmarıq. Gürcü forvard 3 qol vurmaqla komandasının qələbəsinə böyük töhfə verdi.

Bu qarşılaşma göstərdi ki, Cavadov "Sumqayıt"ı istədiyi yerdə görmək üçün hələ çox çatışmazlıqları aradan qaldırmalıdı.

 

"Şamaxı" – "Kəpəz" 0:1

"Kəpəz" nəhayət, qələbə qazanıb son pillədən qurtuldu. Şamaxıda baş tutan qarşılaşma hesabat turunun bəlkə də ən baxımsız qarşılaşması idi. Komandaların meydana uduzmamaq üçün çıxdığı, parlaq oyundan çox nəticəni düşündüyü ilk dəqiqələrdən hiss olunurdu. Qarşılaşmanın taleyini bir qol həll etdi ki, 61-ci dəqiqədə penaltini boşa verən Paçu 8 dəqiqə sonra fərqlənməklə, günahını yumuş oldu.

Düzdür, bu hələ o demək deyil ki, "Kəpəz" bundan sonra yüksələn qrafik çızacaq, bir daha zirzəmiyə yuvarlanmayacaq. İndiki halda "Səbail" Premyer Liqada qalmaq məsələsində "Kəpəz"dən daha şanslıdı. Ancaq gəncəlilər qış fasiləsinədək ən azı yerini qoruya bilsə, "böyük tənəffüs"də heyəti gücləndirməklə istəyini reallaşdıra bilər.

 

"Neftçi" – "Qarabağ" 0:3

Heç şübhəsiz ki, 15-ci turun mərkəzi qarşılaşması "Neftçi Arena"da baş tutdu. Oyun barədə fikir bildirməmişdən öncə stadionda yaşanan ab-havanı qeyd etmək lazımdı. Hər iki komandanın azarkeşləri 90 dəqiqə dayanmadan müxtəlif şüarlar səsləndirməklə, sevimlilərinə dəstək oldular. Bu cür atmosfer isə futbolçulara xüsusi motivasiya verir. Arzu edək ki, Premyer Liqada belə qarşılaşmaların sayı çox olsun, həm azarkeşlər, həm də futbolçular futboldan ləzzət alsın.

Oyuna gəlincə, "Qarabağ"ın cəmi 3 gün öncə Avropa Liqasında oyun keçirməsi "Neftçi"nin işinə yaraya bilərdi. Ancaq ağdamlılar növbəti dəfə Premyer Liqanın ağası olduğunu sübut etdi. Meydan sahiblərinin müdafiədə xaotik oyunu, hücumda "dişsiz" təsir bağışlaması fonunda Qurban Qurbanovun komandası meydanda istədiyini etdi. Rəngarəng, sürətli hücumlar quran "süvarilər" rəqibi çökdürdü.    

 

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 22:15

Aleksey Kaşuk: Ukrayna Milli Komandanı çağırışı – həyatımın arzuladığı an

Qarabağ FK
Bu gün, 22:06

Mourinyo Vinisiusa əzab etdi: Güclü futbolçuların da bad günü olur

Voleybol
Bu gün, 21:56

Azərbaycan Qadın Voleybol Super Liqası 2026/2027 mövsümünün açılış matçları

Qarabağ FK
Bu gün, 21:55

Bədavi, Qurbanlı və Şahruddin Məhəmmədəliyev Azərbaycan Milli Komandasına dəvət edildi

Qarabağ FK
Bu gün, 21:55

Qarabağın 7 futbolçusu milli yığmalara çağırıldı

Olimpiada
Bu gün, 21:43

Badmintonçu Ülvi Hüseynov: Heç Vaxt Heçnə İmkansız Değildir - Video

Boks
Bu gün, 21:34

Azərbaycan kikboksçuları Avropa çempionatı üçün Şimali Makedoniyaya yola düşdü

Futbol
Bu gün, 21:27

Cennaro Qattuzo oktyabr ayının İtaliya Seriyası ən yaxşı məşqçisi seçildi

Futbol
Bu gün, 21:26

Manchester Unitedda Carlos Balebanın ciddi zədəsi

Futbol
Bu gün, 20:57

Neftçi-2 Turan Tovuz-2'ı 4:1-dən məğlub etdi

Qarabağ FK
Bu gün, 20:50

Qurban Qurbanov: “Yeni futbolçular artıq özlərinə gəlməyə başlayırlar”

Qarabağ FK
Bu gün, 20:46

Qarabağ baş məşqçisi Qurbanov: Futbolçuların məsuliyyət və matça yanaşmasına razıyam

Futbol
Bu gün, 20:39

Qalatasaray Alexey Batrakovun maaşını 6 milyon avroya çatdıraraq onu komandada saxlamağa hazırlanır

Qarabağ FK
Bu gün, 20:33

Turan Tovuz “Qarabağ”ı məğlub etdi: Liderlərlə mübarizədə uğur qazandı

Digər
Bu gün, 20:30

Azərbaycanın dopinqlə mübarizə təcrübəsi UNESCO proqramında Afrika ölkələrinə təqdim olundu

Futbol
Bu gün, 20:27

Coob Bellinqem ilk dəfə İngiltərə millisinə çağırılıb

Futbol
Bu gün, 20:24

Viktor Osimhen sol diz zədəsi səbəbindən bir müddət Qalatasaray'dan uzaq qalacaq

Futbol
Bu gün, 20:24

İngiltərənin üç nəhəng klubu "Milan"ın müdafiəçisi Koni de Vinter üçün mübarizədədir

Qarabağ FK
Bu gün, 20:15

“Qarabağ” – “Turan Tovuz”: “Azersun Arena”da müddətli qonaqların 0:1 hesablı qələbəsi

Voleybol
Bu gün, 20:11

Qarsda Zəfər Gününə həsr olunan voleybol turnirində İdman Elmləri Fakültəsi qalib oldu

Futbol
Bu gün, 19:58

Türkiyə millisinin Fransa və Belçika ilə oyunlar üçün heyəti açıqlandı

Futbol
Bu gün, 19:52

Bakı Olimpiya Stadionu Borussiya Dortmundun su ilə bağlı iddialarını təkzib edərək əlavə laboratoriya analizlərini açıqladı

Futbol
Bu gün, 19:44

Borussiya Dortmundun su keyfiyyəti iddiaları əsassızdır, Barselona narahat olmamalıdır

Futbol
Bu gün, 19:44

"Real Madrid" qapıçı Ziyon Suzuki üçün rekord cəbhə hazırlayır

Oxşar xəbərlər