top
Kəpəzin sabiq kapitanı Azərbaycanda qalmaq istəyir, lakin heç kim əlaqə saxlamayıb Idman.biz
12 iyul 2025, 19:07
- ↺ +

"Kəpəz"in sabiq kapitanı Azərbaycanda qalmaq istəyir, lakin heç kim əlaqə saxlamayıb

"Kəpəz"in sabiq kapitanı Yeqor Xvalkonun futbolinfo.az saytına müsahibə verib.

İdman.biz xəbər verir ki, belaruslu müdafiəçi yenidən Azərbaycanda oynamağın əleyhinə deyil.

– 3 il formasını geyindiyiniz "Kəpəz"lə yollarınızın ayrılması gözlənilməz oldu…

– Klub mənimlə əməkdaşlığı davam etdirmək istəmədi. Səbəbini bilmirəm. Aramızda yeni müqavilə ilə bağlı danışıqlar olmadı, beləcə yollarımız ayrıldı.

– Karyeranızı harada davam etdirməyi planlaşdırırsınız? Yeni klubunuzun adı nə vaxt məlum olacaq?

– Harada oynayacağımı hələ bilmirəm. Buna konkret təklif aldığım zaman aydınlıq gələcək. Açığı, maraqlananlar çoxdur, ancaq konkret təklif hələ yoxdur.

– Sizi heyətində görmək istəyən Azərbaycan klubları varmı? Azərbaycanda qalmaq istərdiniz?

– Azərbaycandan heç kim mənimlə əlaqə saxlamayıb. Əlbəttə, təklif olsa, qalmaq istərəm. Azərbaycanı çox sevdim.

– Adil Şükürov sizə tanış simadır, artıq onun rəhbərliyi altında oynamısınız. Azər Bağırovun gedişi və Şükürovun "Kəpəz"ə qayıdışı sizin üçün gözlənilməz olmadı ki?

– Yox, bu, gözlənilməz olmadı. Azər Bağırovun gedəcəyini mövsümün son oyunundan əvvəl bilirdik.

– Gələn mövsümdə gəncəli azarkeşlər daha iddialı "Kəpəz" görmək istəyirlər. Qarşıdakı mövsümdə sabiq komandanızdan gözləntiniz nədir?

– "Kəpəz"dən ayrılsam da, sabiq komandama azarkeşlik edəcəyəm. Onlara uğurlar arzulayıram. Ümid edirəm ki, komanda qarşıya qoyulan tapşırığı yerinə yetirə biləcək.

– "Kəpəz" sizinlə yanaşı, son mövsümdəki heyətin əksər üzvləri ilə də yollarını ayırdı. Hazırda Adil Şükürov yeni komanda formalaşdırmaqdadır. Sizcə, heyətdəki bu qədər dəyişiklik "Kəpəz"ə necə təsir edəcək?

– Bilmirəm, "Kəpəz"də olduğum müddətdə də hər il heyət tamamən dəyişirdi. Əgər dərhal rəqabətə davamlı heyət qurulsa, düşünürəm ki, komanda turnir cədvəlinin orta yerləri uğrunda mübarizə apara bilər.

– Ümumilikdə Azərbaycandakı 3 illik karyeranızı necə qiymətləndirirsiniz?

– Mənim üçün möhtəşəm dövr idi. Futbolçu kimi inkişaf etdim, istənilən təzyiqə dözməyi öyrəndim. Bu, müsbət təcrübə oldu.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:00

Brayton və RB Leypsiq 19 yaşlı Adin Liçinanı əldə etmək üçün mübarizə aparır

Formula 1
Bu gün, 07:33

Williams sürücüsü Albon: Bolidin əsas problemlərini hələ həll edə bilmədik

Futbol
Bu gün, 06:42

“Napoli”də mövsümün əvvəlində 12 zədə, 7‑si əzələ problemi

Futbol
Bu gün, 05:35

Mbappe və Dembele 2026 Qızıl Top təqdimat mərasimində iştirak edəcəklər

Futbol
Bu gün, 04:48

Trabzondakı “Salah təpəsi” adı qoyuldu

Futbol
Bu gün, 04:13

Mbappe “El Clasico”da dubl vuruşla Real Madrid üçün 100‑cü qolunu qeyd etdi

Digər
Bu gün, 03:45

2027-ci ildə "Dakar" rallisi Səudiyyə Ərəbistanından başqa ölkəyə köçürüləcək

Futbol
Bu gün, 03:22

Flik Barselona komandasının Real Madrid qarşısındakı 1-2 məğlubiyyəti haqqında şərh etdi

Futbol
Bu gün, 03:05

Mourinyo Real Madrid-in Barcelona qarşısındakı qələbəsindən sonra VAR-ı sərt tənqid etdi

Futbol
Bu gün, 02:48

Arturo Vidal “Juventus”a məşqçi kimi qayıdacağını açıqladı

Futbol
Bu gün, 01:48

“Çelsi”də futbolçunun zədəsi barədə məlumat sızması müzakirə edilir

Futbol
Bu gün, 01:25

Leonel Xayme rəqibinə kömək edərək ağladı, komanda yoldaşları və azarkeşlər tərəfindən tənqid edildi

Futbol
Bu gün, 01:04

Roma yıldızının yaralanmasından müsbət xəbər

Futbol
Bu gün, 00:49

Real Madrid və Barselona futbolçuları üçün El-Klasiko xüsusi butslar hazırlanıb

Digər
Bu gün, 00:32

Baku Flames Batumi'de Batumi Sharks'a 13-4 üstünlük qazandı

Futbol
Bu gün, 00:18

Fiorentina müdafiəçisi Dodo-nun gələcək transferi barədə açıqlama

Qarabağ FK
Bu gün, 00:05

Canni İnfantino və Arsenal məşqçisi Arsen Venger ‘Sabah – Qarabağ’ matçı izləyiblər

Futbol
Dünən, 23:52

“Qalatasaray”ın yeni transferləri “Fənərbağça” derbisində debutə hazırlaşır

Qarabağ FK
Dünən, 23:30

"Qarabağ" Sabaha qonaq gələrək çempionu müəyyən edəcək: Həsi Fotolar

Futbol
Dünən, 23:30

Real Madrid TV “El-klasiko” öncəsi La Liqa hakimlərini təəssübkeşliklə ittiham edib

Tennis
Dünən, 23:24

Çində Ninqbo WTA 500-də Yelena Rıbakina Şampiyonluğunu Qoruyub

Güləş
Dünən, 23:05

Eldəniz Əzizli: Beşinci Dünya Çempionu Olarkən Himni Səslənəndə Gözümdən Yağış Çəkdi

Futbol
Dünən, 23:05

Qari Nevill Manchester United-un uğursuz performansına tənqid etdi

Futbol
Dünən, 22:51

Qavi: Mourinyo və Flikin oyun yanaşmalarını bəyəndiyini açıqladı

Oxşar xəbərlər