top
Kəpəzin qolkiperindən etiraf: Haqqlı nəticə idi - MÜSAHİBƏ Idman.biz
30 aprel 2025, 14:32
- ↺ +

"Kəpəz"in qolkiperindən etiraf: "Haqqlı nəticə idi" - MÜSAHİBƏ

"Kəpəz"in qapıçısı Rojerio Santosun Sportal.az saytına müsahibəsi

- "Kəpəz" son turda "Zirə"yə uduzdu. Maraqlıdır ki, 2025-ci ildə evdə "Kəpəz" uduzmamışdı. Hətta "Qarabağ"la bərabərə qalmışdınız. "Zirə" ilə matçda nə baş verdi?

- "Zirə" çox yaxşı dövrünü keçirir. Onlar bizdən daha yaxşı idi. Biz oyunda qol vurmaq imkanı yarada bilmədik. Belədə, fikrimcə ədalətli nəticə qeydə alındı.

- Yəqin ki, "Zirə"yə məğlub olduqdan sonra "Səbail" - "Araz-Naxçıvan" görüşünü həyəcanla izlədiniz? Çünki "Səbail" qələbə qazansaydı, "Kəpəz"lə xal fərqi 5 olacaqdı...

- Düzünü desəm, oyuna baxmamışam. Ona görə də bir fikir bildirə bilməyəcəm.

- Növbəti turda rəqibiniz "Neftçi"dir. Onlara kubok matçında məğlub olmusunuz. Bu görüşə revanş kimi baxırsınız? "Neftçi" üçün avrokubok mübarizəsi də başa çatıb. Onların əsəbi olacağını düşünürsən?

- Bütün oyunlar fərqlidir. Doğrudur, kubokda onlara uduzmuşduq. Amma çempionatda artıq iki oyunda qalib gəlmişik. Bu dəfə də qələbə üçün oynayacağıq.

- Növbəti turda "Kəpəz" Premyer Liqada qala bilər. Yəni, bunu rəsmiləşdirməyiniz mümkündür. "Kəpəz" "Neftçi"ni məğlub etsə, "Səbail" də "Şamaxı"ya uduzarsa bu sezon yüksək liqada qalacaqsız. Səncə, bu, qarşıdakı turda baş verəcək?

- Düzünü deyim, biz sadəcə öz oyunumuzla maraqlanırıq. Təbii ki, biz qələbə qazanmalıyıq. Bunun üçün də çalışırıq. Əhəmiyyətli olan yalnız özümüzük. İndidən hazırlaşırıq. Çalışacağıq ki, qalib gələk.

- Yeni mövsüm yeni sponsorun gəlişi ilə "Kəpəz"in daha iddialı olacağı gözlənilir. Yeni stadionunuz da istifadəyə veriləcək. Komanda avrokuboklar uğrunda mübarizə apararsa, daha iddialı olarsa, "Kəpəz"də qalmaq istəyərsən?

- Mən sadəcə olaraq diqqətimi bu mövsümdəki çıxışımıza fokuslanmışam. Çox istəyirəm ki, "Kəpəz" Premyer Liqada qalsın. Hazırda gələcək əhəmiyyət daşımır. Bizə indiki gün vacibdir. Gələcəkdə isə nələrin necə olacağını görəcəyik.

- Bu tur "Qarabağ" çempionluğunu rəsmiləşdirdi. Sənin üçün yəqin ki, gözlənilməz olmadı. Ümumiyyətlə, "Qarabağ" haqda hansı fikirdəsən? Səncə, onlar niyə bu qədər güclüdür?

- Hamı bilir ki, "Qarabağ" Premyer Liqanın ən güclü komandasıdır. Onların əla oyunçuları var. Həm də maddi cəhətdən digər komandalardan daha yaxşı vəziyyətdədirlər. Həqiqətən onlara qarşı oynamaq da asan deyil.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Futbol
Dünən, 20:36

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro Türkiyədə əməliyyat olundu

Basketbol
Dünən, 20:29

ABL 1-ci dövrün son turu üçün oyun vaxtları açıqlandı

Futbol
Dünən, 20:23

Real Madrid'in baş məşqçisi Joze Mourinyo La Liga'da Ayın Ən Yaxşı Məşqçisi seçildi

Oxşar xəbərlər