top
“Kəpəz”in qapıçısı: “Son şansımız idi” İdman.biz
10 oktyabr 2024, 15:50
- ↺ +

“Kəpəz”in qapıçısı: “Son şansımız idi”

"Kəpəz"in qapıçısı Rojerio Santos klubun mətbuat xidmətinə müsahibə verib.

İdman.biz xəbər verir ki, 26 yaşlı portuqaliyalı qolkiper komandanın çıxışını dəyərləndirib və qarşıdakı oyunlardan danışıb.

- Rojerio, məğlubiyyət seriyasına son qoyulan "Neftçi" ilə oyun barədə nə deyə bilərsən?

- Çempionatda işlərimiz istədiyimiz kimi başlamadı. Ardıcıl oyunlar uduzduq. Vəziyyətdən çıxmaq üçün "Neftçi" ilə oyun bizim son şansımız idi. Qələbə qazanmaq istəyirdik. Buna da nail olduq. Qalib gəldiyimiz üçün çox xoşbəxtik. Komanda yoldaşlarım meydanda can qoydular. Bacardığımızdan bəlkə də artığını etdik. Uşaqların oyundan öncə də əhval-ruhiyyəsi yaxşı idi. Bu da qələbədə rol oynadı.

- Sənin oyunun sonlarına doğru iki möhtəşəm reaksiyan komandanın qələbəsində az rol oynamadı. Özünü xilaskar sayırsan?

- Həmin iki zərbə oyunun taleyini dəyişə bilərdi. Şükürlər olsun ki, yaxşı reaksiya verib zərbələri dəf etdim. Açığı, qapıda durmaq, zərbələri dəf etmək mənim işimdir. Öz işimi görmüşəm. Fövqəladə bir şey etməmişəm. Hamı öz işini layiqincə yerinə yetirməlidir ki, nəticə olsun. Hamımız bir ailə kimiyik. Klub rəhbərliyi, məşqçilər, futbolçular və azarkeşlər birləşmişik.

- Çempionatda milli komandaların oyunları ilə bağlı fasilə yaranıb. Fasilə komandanın xeyrinə olacaq?

- Əlbəttə, yaxşı mənada təsir edəcək. Çünki yaxşı hazırlaşmaq üçün çox vaxtımız olacaq. Mövsümə uğursuz start vermişik. Amma artıq toparlanmışıq. Düşünürəm ki, bizim üçün vəziyyət dəyişib. Uğurlu nəticənin ardı gəlməlidir.

- Qarşıda "Qarabağ" ilə oyun var. İlk dövrədəki matçda meydanı zədələnərək tərk etdin. Sən əvəzlənəndən sonra komanda qollar buraxıb uduzdu. İndi hansı nəticəyə ümid etmək olar?

- Bizi güclü rəqib ilə çətin oyun gözləyir. Onların gücünü hamı bilir. Amma futbol proqnozu sevmir. Hər şey ola bilər. Çox çalışmalıyıq. Məşqlərdə səylə işləməliyik ki, oyuna tam hazır ola bilək.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Futbol
Dünən, 20:36

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro Türkiyədə əməliyyat olundu

Basketbol
Dünən, 20:29

ABL 1-ci dövrün son turu üçün oyun vaxtları açıqlandı

Futbol
Dünən, 20:23

Real Madrid'in baş məşqçisi Joze Mourinyo La Liga'da Ayın Ən Yaxşı Məşqçisi seçildi

Basketbol
Dünən, 20:15

Sabah Qravett'ı geri qaytarmaqda

Futbol
Dünən, 20:04

Turan Tovuz”un vitse-prezidenti Həsən Zeynalov: “Məqsədə çatmasaq, baş məşqçi ilə danışılacaq”

Futbol
Dünən, 19:57

Qattuzo: "Otağa girdim, sanki morq kimi hissettim"

Futbol
Dünən, 19:51

Joze Mourino İspaniya La Liqasında oktyabr ayının ən yaxşı məşqçisi seçildi

Cüdo
Dünən, 19:43

Azərbaycanın iki cüdo hakiminə beynəlxalq dərəcə verildi

Futbol
Dünən, 19:35

Sumqayıtın futbolçuları milli komandalarına çağırıldı

Oxşar xəbərlər