AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib. Sport24.az xəbər verir ki, toplantıda "Kəpəz"ın Gənclər Liqasında çıxış edən U-19 komandasının futbolçusu Amur Yusifovla bağlı şikayətinə baxılıb.
Gəncə təmsilçisinin apellyasiyası qismən təmin edilib. "Qarabağ"la matçda rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün futbolçunun 3 oyun cəzalanması barədə qərar dəyişdirilib. 3 oyunluq cəzanın 1 matçı şərti tətbiq ediləcək. Şərti cəzanın çəkilməsi üçün 3 ay sınaq müddəti müəyyən olunub və başlanğıcı aprelin 23-ü hesaba alınıb.
Sportnews.az — idman dünyasında baş verən əsas hadisələrə həsr olunmuş aparıcı idman portalıdır. Biz hər gün ən son xəbərləri, oyun nəticələrini, müsahibələri, analizləri və proqnozları təqdim edirik.
Saytımızda siz tapa bilərsiniz:
Futbol: yerli və beynəlxalq liqalar, xüsusi diqqət — "Qarabağ" FK
Tennis, şahmat, gimnastika, voleybol, basketbol
Döyüş növləri: boks, güləş, cüdo
Formula 1 və Olimpiya Oyunları
Eləcə də diqqətəlayiq digər idman növləri
Biz azərbaycanlı idmançıların uğurlarını izləyirik, mühüm turnirləri işıqlandırırıq, yığmaların hazırlığı və fərdi nailiyyətlər barədə məlumat veririk. Bütün materiallar faktlara, ekspert şərhlərinə və keyfiyyətli təqdimata əsaslanır.
Niyə məhz Sportnews.az:
Yalnız aktual və etibarlı xəbərlər
Azərbaycan və dünya idmanının tam əhatəsi
Rahat struktur, müntəzəm yenilənmələr, obyektiv baxış
Əsas idman xəbərlərindən xəbərdar olmaq üçün bizimlə qalın.
Sportnews.az — burada idman ucadan danışır.