top
Kəpəzin kapitanı: Heç kim düşünmür ki, biz elitanı tərk edə bilərik İdman.biz
17 aprel 2025, 15:13
- ↺ +

"Kəpəz"in kapitanı: "Heç kim düşünmür ki, biz elitanı tərk edə bilərik"

"Məncə, yaxşı oyun alındı".

İdman.biz xəbər verir ki, bunu "Kəpəz"ın kapitanı Yeqor Xvalko klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Belaruslu müdafiəçi Misli Premyer Liqasının XXX turunda qarşılaşdıqları "Araz-Naxçıvan" ilə matçı şərh edib. 28 yaşlı futbolçu bildirib ki, qolsuz başa çatan görüşdə hər iki tərəfin qələbə qazanmaq üçün şansı olub: "Həm bizim, həm də rəqibin fərqlənmək üçün fürsətləri oldu. Qalib gələ və ya məğlub ola bilərdik. Turnir cədvəlinə baxsaq, nəticəni normal hesab etmək olar. Həmişə qələbə qazanmaq istəyirsən. Amma unutmayın ki, bunu rəqib də arzulayır".

Xvalko sonuncu pillədə qərarlaşan "Səbail"lə 8 xallıq fərqə baxmayaraq "sarı-göylər"in hələ elitada qalmaq tapşırığının öhdəsindən gəlmədiyini düşünür: "Qarşıda 6 oyun var. 8 xallıq fərqin olması yaxşıdır. Amma çempionat bitməyib. Daha çox xallar yığmaq lazımdır ki, Premyer Liqada yerimizi təmin edək. Turnir cədvəlində daha yuxarı pillələrə qalxa bilərik. "Sumqayıt" və "Şamaxı" ilə xal fərqimiz böyük deyil. İrəliyə baxmalıyıq".

Belaruslu legioner komandada özünəinam hissinin yüksək olduğunu qeyd edib: "Kollektivdə uşaqlar bir-birilərinə etibar edirlər. Heç kim düşünmür ki, biz elitanı tərk edə bilərik. Bu amil uğur qazanmaq üçün vacib xüsusiyyətlərdəndir. Əksinə, hamı yaxşı oyunlar, yuxarı yerlər haqqında fikirləşir. Bizim nəticələrimiz qış fasiləsindən sonra düzəldi. Bu, bizə yaxşı şeylər barədə düşünməyə səbəb yaradır".

Qeyd edək ki, "Kəpəz" Misli Premyer Liqasının XXXI turunda "Şamaxı" ilə qarşılaşacaq. Matç aprelin 20-də Şamaxı şəhər stadionunda keçiriləcək.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Basketbol
Bu gün, 11:20

"Gəncə" bu gün FIBA Avropa Kubokunda "Universitatya Krayova" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Oxşar xəbərlər