top
“Kəpəz”in kapitanı: “Göstərilən oyun 2 gündən sonra unudulacaq, nəticə isə qalacaq” - MÜSAHİBƏ İdman.biz
01 dekabr 2024, 13:25
- ↺ +

“Kəpəz”in kapitanı: “Göstərilən oyun 2 gündən sonra unudulacaq, nəticə isə qalacaq” - MÜSAHİBƏ

"Kəpəz"in kapitanı Yeqor Xvalkonun Futbolxeber.az saytına müsahibəsi

- "Şamaxı" üzərində qazanılan 1:0 hesablı qələbəni necə şərh edərdiniz?

- İndiki vəziyyətimizdə vacib olan qələbə qazanmaqdır. Həm turnir cədvəlində sonuncu pillədən qurtulduq, həm də "Şamaxı"ya yaxınlaşdıq. Lakin qış fasiləsinə qədər qarşıdakı turlarda da yenə qalib gəlməliyik ki, özümü daha inamlı hiss edək.

- Qarşıdakı 3 turda xal ehtiyatınızı artırmaq şansınız nə dərəcədə realdır?

- Buna ümid edirik. Deməzdim ki, "Şamaxı" ilə matçda istədiyimiz hər şey alındı. Meydanda daha çox mübarizə gedirdi. Həm də "Şamaxı" fiziki göstəricilərinə görə möhkəm komandadır. Təkbətək mübarizələrdə uduzsaq da, əsas odur ki, qalib gəldik. Göstərilən oyun 2 gündən sonra unudulacaq, nəticə isə qalacaq.

- Qarşıdan kubok oyunu gəlir. "İmişli" ilə matç "Kəpəz" üçün nə dərəcə əhəmiyyətlidir?

- Aşağı liqa komandaları ilə oyuna ciddi köklənməlisən. Çünki birinci liqada oynayan futbolçular yuxarı liqa təmsilçiləri ilə görüşdə özlərini göstərmək istəyirlər. Bunun üçün meydanda bütün güclərini qoyacaqlar. Ona görə bizim üçün çətin oyun olacaq. Lakin mərhələ adlamaq istəyirik. "İmişli"ni məğlub etmək üçün əlimizdən gələni edəcəyik.

- Növbəti turda "Zirə"ni qəbul edəcəksiniz. Həmin matçdan gözləntiləriniz nədir?

- Bizim kimi, onlar da həftəarası kubokda oynayacaqlar. Ona görə də yorğunluqdan şikayətlənə bilmərik, hamı üçün şərtlər eynidir. Məncə, çempionat oyununda kim daha hazır olsa, o da qalib gələcək. Bizim lehimizə olan məqam odur ki, rəqibi Tovuzda qəbul edəcəyik. Oranın ot örtüyü sünidir. Bu isə texnikalı, sürətli oyuna üstünlük verən "Zirə"yə çətinlik yaradacaq. Düşünürəm ki, bizim üçün hər şey yaxşı olacaq.

- "Kəpəz"in Premyer Liqada qalmaq şansını necə dəyərləndirirsiniz?

- Liqada yerimizi qoruya bilərik. Bunun üçün də mübarizə aparırıq. Sadəcə indi elə vəziyyətdəyik ki, yaxşı oyunu yox, nəticəni düşünürük. Xal qazandığımız "Şamaxı", "Səbail", "Sabah"la matçlarda elə də parlaq çıxış etməsək də, istəyimizə çatmışıq. Amma daha yaxşı futbol sərgilədiyimiz matçlar olub ki, meydanı xalsız tərk etmişik. Məsələn, "Araz-Naxçıvan"la görüşdə mənim səhvimdən sonra qol buraxdıq. Yaxud "Turan Tovuz"a qarşı üstün futbol oynasaq da, yekunda uduzduq. Odur ki, indiki məqamda bizi göstərilən oyun yox, nəticə maraqlandırır.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:16

Tuxel: Bellinqemlə münasibətləri əvvəlki çətinliklərdən sonra qaydasındadır

Futbol
Bu gün, 00:00

Neftçi 1:0 Kapaz: Video icmalı təqdim olunur

Cüdo
Dünən, 23:48

Bakıda yerləşən beynəlxalq çövkən federasiyasına yeddi yeni üzv ölkə qoşuldu

Futbol
Dünən, 23:38

Zidan Fransa millisinin İtaliya və Türkiyəyə qarşı oktyabr/yun oktları üçün 23 nəfərdən ibarət heyətini açıqlayıb: Mbappe qayıtdı, Pajis debüt edir

Futbol
Dünən, 23:24

Qalatasarayın ulduz futbolçusu Viktor Osimhen zədələnib və əməliyyat olunacaq

Futbol
Dünən, 23:24

Vernidub "Neftçi"nin "Kəpəz" üzərindəki qələbəsini planlaşdırılmış əvəzetmələrə bağladı: "Hər şeyi əvvəlcədən bilirdik"

Futbol
Dünən, 23:12

Toral Bayramov Türkiyə 1-Liqa'da 'avtoqola' vurdu

Futbol
Dünən, 23:01

Kasımpaşa 2:0 Qaziantep məğlubiyyəti ilə dördüncü pilləyə yüksəldi

Futbol
Dünən, 22:48

Vernidub: Emin Mahmudov gələcəkdə yaxşı məşqçi ola bilər

Futbol
Dünən, 22:36

Oliver Kan “Bavariya”nın Harri Keylə müqavilə uzatmasını dəstəklədi

Qarabağ FK
Dünən, 22:21

Azər Məmmədov: Qarabağ oyunu üçün də üç xal görürəm

Qarabağ FK
Dünən, 22:15

Aleksey Kaşuk: Ukrayna Milli Komandanı çağırışı – həyatımın arzuladığı an

Qarabağ FK
Dünən, 22:06

Mourinyo Vinisiusa əzab etdi: Güclü futbolçuların da bad günü olur

Voleybol
Dünən, 21:56

Azərbaycan Qadın Voleybol Super Liqası 2026/2027 mövsümünün açılış matçları

Qarabağ FK
Dünən, 21:55

Bədavi, Qurbanlı və Şahruddin Məhəmmədəliyev Azərbaycan Milli Komandasına dəvət edildi

Qarabağ FK
Dünən, 21:55

Qarabağın 7 futbolçusu milli yığmalara çağırıldı

Olimpiada
Dünən, 21:43

Badmintonçu Ülvi Hüseynov: Heç Vaxt Heçnə İmkansız Değildir - Video

Boks
Dünən, 21:34

Azərbaycan kikboksçuları Avropa çempionatı üçün Şimali Makedoniyaya yola düşdü

Futbol
Dünən, 21:27

Cennaro Qattuzo oktyabr ayının İtaliya Seriyası ən yaxşı məşqçisi seçildi

Futbol
Dünən, 21:26

Manchester Unitedda Carlos Balebanın ciddi zədəsi

Futbol
Dünən, 20:57

Neftçi-2 Turan Tovuz-2'ı 4:1-dən məğlub etdi

Qarabağ FK
Dünən, 20:50

Qurban Qurbanov: “Yeni futbolçular artıq özlərinə gəlməyə başlayırlar”

Qarabağ FK
Dünən, 20:46

Qarabağ baş məşqçisi Qurbanov: Futbolçuların məsuliyyət və matça yanaşmasına razıyam

Futbol
Dünən, 20:39

Qalatasaray Alexey Batrakovun maaşını 6 milyon avroya çatdıraraq onu komandada saxlamağa hazırlanır

Oxşar xəbərlər