"Kəpəz"in yeni baş məşqçisi müəyyələşib. Sport24.az-ın əldə etdiyi məlumata görə, Gəncə klubunu əcnəbi mütəxəssis çalışdıracaq.
Redaksiyamıza daxil olan bilgiyə əsasən, klub rəhbərliyi boş qalan posta bir neçə yerli və xarici çalışdırıcının namizədliyini gözdən keçirdikdən sonra son qərarını verib. "Sarı-göylər"in "sükanı" adını dəqiqləşdirə bilmədiyimiz gürcüstanlı məşqçiyə tapşırılacaq.
Qeyd edək ki, mövsümə baş məşqçi Adil Şükürovla başlayan "Kəpəz" ilk beş oyundakı məğlubiyyətdən sonra onunla yollarını ayırıb.