top
Kəpəzdə QALMAQAL: Deputat klub rəhbərliyinin büdcəni öz maraqlarına uyğun xərclədiyini iddia edir Idman.biz
23 fevral 2026, 12:45
- ↺ +

"Kəpəz"də QALMAQAL: Deputat klub rəhbərliyinin büdcəni öz maraqlarına uyğun xərclədiyini iddia edir

Gəncənin deputatı Müşfiq Cəfərov sosial şəbəkə hesabında "Kəpəz" futbol klubunun hazırkı vəziyyəti ilə bağlı paylaşım edib.

İdman.Biz xəbər verir ki, deputat paylaşımında "Kəpəz"in inkişafı üçün Gəncədə dövlətimiz və dövlət başçımız tərəfindən həyata keçirilən bütün infrastruktur layihələrinin demək olar ki, yekunlaşdığını bildirib.

O vurğulayıb ki, yalnız əsas stadionun ot örtüyü qalıb, o da yaxın zamanlarda tamamlanacaq və komanda öz oyunlarını doğma şəhərində keçirəcək.

"Bir il öncə klubun idarə heyəti olaraq sponsor axtarışında idik. Bir təklif gəldi Adil Vəliyev adlı şəxsdən, düzü, tanıdığım birisi deyildi, dedilər Adnan Əhmədzadənin (o zaman dövlətə qarşı iqtisadi xəyanətdə ittiham edilərək DTX tərəfindən həbs olunmamışdı) işlərini aparır. Adil Vəliyevlə "Kəpəz"in İdarə Heyətinin sədri İlqar Nadiri bir neçə dəfə görüş keçirdi. Bizim istəyimiz o idi ki, nə olursa olsun, bir tək "Kəpəz" irəli getsin.

Biz "hə" dedik! Klubun rəhbərliyi dəyişdirildi, kölgəyə çəkilən Adil Vəliyev sanki əvvəlcədən hadisələri planlayırmış kimi, nüfuzlu iş adamı Namiq Qədirovu irəli verib onun sədr olmasını istədi. Amma Qədirovun "Kəpəz"də qalması çox çəkmədi. Onun ən yaxın adamları, qohumu Erkin İbrahimov və dostu Fərman Əlizadə Namiq Qədirovu plan qurub klubdan uzaqlaşdırdılar. Kluba ən çətin günlərində dəstək olmuş, heç vaxt "Kəpəz"i yarıyolda buraxmayan insanların da komandadan çıxarılması prosesinə start verildi.

Adil Vəliyev özü sədr olub klubu tək idarə etməyə başladı. Hazırda onun özü də "Kəpəz"dən çox-çox kənardadır, kluba diqqət, maliyyə ayırmır, özünün ən etibarlı silahdaşı, "Agrosport"un rəhbəri Fərman bəy ötən mövsümdə klubla əməkdaşlıqda 3 meydançanın xidmət ödənişini 12 min manata etdiyi halda, necə olur ki, indi 2 meydançanın xidməti 24 min manat olur?

Burdan belə nəticə formalaşır: Erkin İbrahimov - Fərman Əlizadə cütlüyü klubu bərbad şəkildə idarə etməklə büdcəni öz maraqlarına uyğun formada xərcləyiblər. Əgər buna da idarəçilik demək mümkündürsə. Nəticələr, hər gün klubda baş verən olaylar, kənardan idarə edilən bərbad, sahibsiz "Kəpəz" mətbuatın, ictimaiyyətin müzakirə mövzusudur…" - deyə paylaşımda qeyd edilib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:40

Manuel Noyer ən azı ilin sonuna qədər meydandan uzaq qalacaq

Boks
Bu gün, 08:35

Gülər Hüseynova Dakar-2026 Yeniyetmələr Olimpiya Oyunlarının 1/4 finalında Panama boksçusuyla üz-üzə gələcək

Futbol
Bu gün, 08:20

Bayern prezidenti Uli Hönes: Musialanın xəstəliyi tam sağala bilməyəcək

Futbol
Bu gün, 08:00

Sassuolo baş məşqçisi Alberto Aquilani vəzifəsindən ayrıldı

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Futbol
Bu gün, 02:23

Manchester United və digər Premier Liqa klubları Vitor Rokenin transferinə maraqlanır

Futbol
Bu gün, 02:03

“Qalatasaray”ın məşhur futbolçusu Cevad Prekazi vəfat edib

Futbol
Bu gün, 01:41

Kivu: Qələbədən sonra futbolçulara daha çox səy göstərmələri üçün xəbərdarlıq edir

Olimpiada
Bu gün, 01:29

Azərbaycanlı sprinter Şuvayev 100 metr finalında yerini tutdu

Futbol
Bu gün, 01:20

Flick, Rafinyanın Barcelona ilə yeni müqaviləsini təqdir etdi

Futbol
Bu gün, 00:58

Bröndbü azarkeşləri Kopenhagen derbisində geniş pirotexniki şou təşkil ediblər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Futbol
Dünən, 23:45

Mahir Emreli Legiya 4-2 qələbəsində asistlə çıxış etdi

Olimpiada
Dünən, 23:41

Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyiş edərək yeddinci sıraya çıxdı

Futbol
Dünən, 23:18

Sabahın keçmiş kapitanı: Barselona adlarından çəkinməmək lazımdır

Gimnastika
Dünən, 23:06

Azərbaycan gimnastikası Nankində bir qızıl və iki gümüş medalla dünya çempionatını qazanıb

Oxşar xəbərlər