top
Kəpəzdə heç kəs fikirləşmir ki, biz elitanı tərk edə bilərik - Yeqor Xvalko Qol.az
17 aprel 2025, 15:47
- ↺ +

"Kəpəz"də heç kəs fikirləşmir ki, biz elitanı tərk edə bilərik" - Yeqor Xvalko

"Məncə, yaxşı oyun alındı. Həm bizim, həm də rəqibin fərqlənmək üçün fürsətləri oldu".

QOL.az xəbər verir ki, bu sözləri "Kəpəz"in kapitanı Yeqor Xvalko klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Belaruslu müdafiəçi Misli Premyer Liqasının 30-cu turunda qarşılaşdıqları "Araz-Naxçıvan" ilə oyun (0:0) barədə danışıb:"Hər iki tərəfin də qələbə qazanmaq şansları var idi. Qalib gələ və ya məğlub ola bilərdik. Turnir cədvəlinə baxsaq, nəticəni normal hesab etmək olar. Həmişə qələbə qazanmaq istəyirsən. Amma unutmayın ki, bunu rəqib də arzulayır".

Xvalko 8 xallıq fərqə baxmayaraq, "sarı-göylər"in elitada qalmaq tapşırığının öhdəsindən gəlmədiyini düşünür: "Qarşıda 6 oyun var. 8 xallıq fərqin olması yaxşıdı. Amma çempionat bitməyib. Daha çox xal yığmaq lazımdır ki, Premyer Liqada yerimizi təmin edək. Turnir cədvəlində daha yuxarı pillələrə də qalxa bilərik. "Sumqayıt" və "Şamaxı" ilə xal fərqimiz böyük deyil. İrəliyə baxmalıyıq".

O, komandada özünəinam hissinin yüksək olduğunu qeyd edib: "Kollektivdə oyunçular bir-birilərinə etibar edirlər. Heç kim düşünmür ki, biz elitanı tərk edə bilərik. Bu amil uğur qazanmaq üçün vacib xüsusiyyətlərdəndir. Əksinə, hamı yaxşı oyunlar, yuxarı yerlər haqqında fikirləşir. Bizim nəticələrimiz qış fasiləsindən sonra düzəldi. Bu, bizə yaxşı şeylər barədə düşünməyə səbəb yaradır".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:08

Kukurelya: İngiltərənin Premier Liqası daha açıq və gözlənilməzdir

Digər
Bu gün, 19:03

İgidlər Göygöldə keçirilən intellektual yarışda birinci oldu

Cüdo
Bu gün, 18:56

EJU vaxt uzatmağa görə cəza tətbiqini izah etdi

Futbol
Bu gün, 18:45

Van Deyk Liverpulda qalma və yeni klubda davam etmə ehtimallarından narahat olmadığını bildirib

Futbol
Bu gün, 18:38

Lorenzo Mezzoteronun topuğunda burxulma şübası yarandığı açıqlanıb

Futbol
Bu gün, 18:29

“Barselona” Conatay Ta-nı transfer etmək istəyir

Basketbol
Bu gün, 18:25

Frenki Fidler FIBA Çempionlar Liqasının tarixində nadir başlanğıc göstərərək seçilmiş üçlüyə daxil oldu

Futbol
Bu gün, 18:19

Kəpəz altı futbolçusuz məşqlərini bərpa etdi

Futbol
Bu gün, 18:16

Emin Abbasov yeni müşavir təyin edildi

Futbol
Bu gün, 18:15

Mançester Yunayted baş məşqçisi Maykl Kerrikdən ayrılacaq

Futbol
Bu gün, 18:08

Argentina millisi 10 nömrəli formanın yeni sahibləri üçün iki namizəd

Futbol
Bu gün, 17:44

Araz‑Naxçıvan 2026/27 mövsümündə Avropanın qələbəsiz 16 klubundan biridir

Cüdo
Bu gün, 17:40

Azərbaycan 14 cüdoçu ilə dünya çempionatında iştirak edəcək

Futbol
Bu gün, 17:20

İtalyan məşqçi Simone Inzaghi "Əl-Hilal'dan" ayrılmağa qərar verdi

Futbol
Bu gün, 17:14

Vensan Kompani Bayernin düşərgəsinə geri döndü

Qarabağ FK
Bu gün, 17:00

Aleksey Kaşuk: "Baş məşqçi də məni şəxsən təbrik etdi"

Futbol
Bu gün, 16:59

Füzuli Məmmədov "İmişli"yə namizədliyini irəli sürüb, lakin komanda Ervins Perkonsa şans verməyi planlayır

Futbol
Bu gün, 16:46

Vinicius Junior Dubayda ventilyatorla sərinlədildi – VIDEO

Futbol
Bu gün, 16:44

Luis Rubiales futboldan qadağası bitir, yenidən fəaliyyətə qayıdır

Futbol
Bu gün, 16:40

Alisson Beckerə beş ölkədən təkliflər gəldi

Futbol
Bu gün, 16:20

Manchester United baş məşqçisi üçün namizəd: Mauricio Pochettino

Digər
Bu gün, 16:15

Rafael Fiziyev 16 Yanvar Dallas’da Parnasla Döyüşü Üçün Hazırlanır

Tennis
Bu gün, 16:00

beIN Sports şərhçisi Arina Sabalenkaya təhqiramiz sözlər söylədi

Futbol
Bu gün, 16:00

Qaradağ Lökbatanın məşqçisi Amit Quluzadə: Qış fasiləsində transfer planları gözlənilmir

Oxşar xəbərlər