"Kəpəz" daha bir futbolçunu heyətinə qatıb.
İdman.Biz bu barədə Gəncə təmsilçisinin mətbuat xidmətinə istinadən bildirir.
Məlumata görə, "sarı-göylər" qapıçı Yusif İmanovu heyətinə daxil edib.
23 yaşlı qolkiper ilə mövsümün sonuna kimi müqavilə bağlanıb.
Qeyd edək ki, İmanov son olaraq Kosovonun "Malişeva" klubu ilə sözləşmə imzalamışdı. O, 2022-ci ildə bir müddət Azərbaycan millisinin şərəfini qoruyub.