"Kəpəz" yeni mövsüm üçün heyətini formalaşdırmaqda davam edir. Gəncə təmsilçisindən Sport24.az-a verilən məlumata görə, akademiyadan və əvəzedicilərdən bir neçə futbolçu əsas komanda ilə hazırlıqlara qoşulub.
Adil Şükürovun rəhbərlik etdiyi məşqçilər korpusu gənc oyunçulara baxacaq və onlarla bağlı qərar verəcək.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsüm avqustun 15-də başlayacaq.