Azərbaycan Premyer Liqası təmsilçiləri bu gün yoxlama görüşlərində qüvvələrini sınayacaqlar. Sport24.az xəbər verir ki, "Kəpəz" səfərdə "Qəbələ" ilə qarşılaşacaq. Oyun saat 18:00-da keçiriləcək.
"Karvan" isə "Şamaxı" ilə qarşılaşacaq. Bu görüş saat 18:30-da başlayacaq.
Qeyd edək ki, hər iki oyun Qəbələ şəhər stadionunda baş tutacaq.