Misli Premyer Liqasının 24-cü turu çərçivəsində keçirilən "Kəpəz" - "Turan Tovuz" qarşılaşması başladı.
14:05
İdman.Biz xəbər verir ki, saat 15:00-da start götürəcək "Kəpəz" - "Turan Tovuz" qarşılaşması üçün komandaların start heyətləri açıqlanıb:
"Kəpəz": 22. Məmməd Hüseynov, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 5. Rauf Hüseynli, 11. Rəhman Hacıyev, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 12. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze.
Baş məşqçi: Azər Bağırov
"Turan Tovuz": 41. Sergey Samok, 17. Rəhim Sadıxov, 11. Ayxan Hüseynov, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 2. Mark Rene Mampassi.
Baş məşqçi: Kurban Berdiyev
09:21
Bu gün futbol üzrə Misli Premyer Liqasının 24-cü turuna iki oyunla yekun vurulur. İlk oyun "Kəpəz" və "Turan Tovuz" arasında baş tutacaq.
İdman.Biz xəbər verir ki, saat 15:00-da start götürəcək qarşılaşma Yevlax şəhər stadionunda keçiriləcək.
"Kəpəz" 17 xalla turnir cədvəlinin onuncu pilləsində yer alıb. 44 xala malik "Turan Tovuz" isə üçüncüdür.
Misli Premyer Liqası
Üçüncü dövrə, 24-cü tur
15 mart (bazar)
15:00. "Kəpəz" - "Turan Tovuz"
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Ruslan Quliyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yevlax şəhər stadionu.