"Kəpəz" Təlim-Məşq Mərkəzində AFFA-nın "C" kateqoriyalı məşqçilik kursları başlayıb.
İdman.Biz xəbər verir ki, kurslara "Kəpəz"in əsas komandasının məşqçisi Etibar İbrahimov rəhbərlik edir.
"Kəpəz" Futbol Akademiyasının koordinatoru Vasif Vəliyev təlimatçı, İlkin Verdiyev və Talıb Rzayev isə məsləhətçi funksiyasını yerinə yetirirlər.
AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov tədbirə qonaq qismində qatılıb.
Təlimlərdə Gəncə, Tovuz, Şəmkir və Samuxdan 15-dək çalışdırıcı iştirak edir. Onların arasında "Kəpəz" Futbol Akademiyasının əməkdaşı Sahil Şahməmmədov da var.
Kursların birinci modulu noyabrın 12-dək davam edəcək. Ümumilikdə dörd moduldan ibarət kursların yekununda fərqlənən iştirakçılar müvafiq kateqoriyaya sahib olacaqlar.