Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Kəpəz" heyətinə daha bir futbolçu qatıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, gəncəlilər bu dəfə yerli futbolçu ilə ortaq məxrəcə gəlib.
"Sarı-göylər" "Sabah"la müqaviləsi başa çatan Abdulla Rzayevlə anlaşıblar.
Qeyd edək ki, 23 yaşlı sağ cinah müdafiəçisi 2024/25 mövsümündə "bayquşlar"ın heyətində 4 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Rzayev U-21-in heyətində 16 matç keçirib.