"Kəpəz"in İdarə Heyətinin üzvü, idman məsələləri üzrə müşavir Erkin İbrahimov istefa verməyib.
Bunu "Report"a açıqlamasında Gəncə klubunun Media və Marketinq departamentinin direktoru Gəray Qiyasov bildirib.
O, E.İbrahimovun vəzifəsindən ayrılması ilə bağlı söz-söhbətlərə aydınlıq gətirib:
"Erkin İbrahimov getməyib, klubdadır".