"Kəpəz" klubu heyətinə daha bir futbolçu qatır.
İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, Gəncə təmsilçisi sabiq oyunçusu Olavale Onanuqanın keçidini həll edib.
27 yaşlı nigeriyalı yarımmüdafiəçinin bu gün ölkəmizdə olacağı gözlənilir.
Qeyd edək ki, Olavale Onanuqa 2023-cü ilin yanvarından 2024-cü ilin iyulunadək "Kəpəz"in formasını geyinib.
İdman.biz