"Kəpəz" - "İmişli" oyununda ikinci hissə başlayıb.
İdman.Biz bildirir ki, ilk hissədən sonra "İmişli" 1:0 hesabı ilə öndədir.
17:53
"İmişli" "Kəpəz"lə qarşılaşmada hesabı açıb.
İdman.Biz xəbər verir ki, qonaqların futbolçusu Luis Silvestr 45+3-cü dəqiqədə fərqlənib.
Komandalara fasiləyə yollanıb.
17:38
"İmişli" ilə qarşılaşmada "Kəpəz"in qapıçısı qırmızı vərəqə alıb.
İdman.Biz xəbər verir ki, Məmməd Hüseynov "İmişli"nin hücumçusu Vüsal Qənbərova qarşı kobud oyun nümayiş etdirib.
17:00
Misli Premyer Liqasında IX turunun ikinci oyununa Qəbələdə start verilib.
İdman.Biz xəbər verir ki, "Kəpəz" "İmişli" ilə qarşılaşır.
16:12
Misli Premyer Liqasında IX turun açılış matçında qarşılaşacaq "Kəpəz" və "İmişli" komandalarının start heyətləri açıqlanıb.
İdman.Biz xəbər verir ki, oyun Qəbələ şəhər stadionunda saat 17:00-da başlayacaq.
Komandaların start heyətləri:
"Kəpəz": 22. Məmməd Hüseynov 27. Məqsəd İsayev 77. Fərid Nəbiyev 88. Şakir Seyidov 9. Luis Paçu 11. Vitor Feijao 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 12. Mahamadu Ba 10. Ryonosuke Ohori 38. Cefferson Bentu
Ehtiyat oyunçular: 1. Kaçper Rosa 7. Ehtiram Şahverdiyev 99. Əli Səmədov 5. Rauf Hüseynli 17. Ümid Səmədov 15. Raul Məmmədov 53. Şahmar Aşurov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 55. Kresus Donqo
Baş məşqçi: Azər Bağırov
"İmişli": 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 21. Abbas Ağazadə 11. Vüsal Qənbərov 94. Rafael Vieqaş 29. Edvin Banquera 14. Ronaldo de Souza 6. Yau Moses 9. Dioqo Almeyda 23. Dioqo Rollo 7. Luis Silvestr
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 77. Elmir Rəhimzadə 22. İbrahim Əliyev 97. Xəzər Mahmudov 5. İdris İnqilablı 44. Həzrət İsayev 3. Tuncay Yusifli 10. Nikola Karaklaiç 17. Ezekiel Morqan
Baş məşqçi: Jorj Kaşkilya
09:29
Misli Premyer Liqasında IX turun növbəti qarşılaşması Qəbələdə start götürəcək.
İdman.Biz xəbər verir ki, "Kəpəz" "İmişli"ni qəbul edəcək.
Mövsümdə ilk qələbəsini ötən tur rəsmiləşdirən "sarı-göylər" növbəti qələbə üçün bütün səylərini səfərbər edəcək. Lakin qonaq komanda da qalibiyyət arzusundadır. "Pələnglər" sona qədər mübarizə aparmağı bacaran, intizamlı oyunu ilə seçilən komandadır. Gəncə təmsilçisi 3 xalla turnir cədvəlində sonuncu yerdə olsa da, İmişlinin eyniadlı klubu 9 xalla 8-ci pillədə qərarlaşıb.
Misli Premyer Liqası
I dövrə, IX tur
17:00. "Kəpəz" - "İmişli"
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, İslam Məmmədov
VAR: Cavid Cəlilov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Qəbələ. Şəhər stadionu
Qeyd edək ki, turun digər oyunları sabah və bazar günün davam edəcək.