top
Kəpəz: Heyətdən çox rəhbərliyin komplektləşməsi Sport24.az
27 iyul 2025, 10:00
- ↺ +

"Kəpəz": Heyətdən çox rəhbərliyin komplektləşməsi

Replika

 

"Kəpəz" yeni mövsümə ciddi hazırlaşır. Hətta deyərdim cox ciddi... O qədər ciddi ki, heyətlə yanaşı, rəhbərlik də iki ayın içində yenidən komplektləşir. Sanki, 2025/26 "futbol ili"ndə meydana futbolçular yox, rəhbərlik çıxacaq... Premyer Liqanın digər təmsilçiləri heyətlərini, "sarı-göylər" isə rəhbərliyi formalaşdırır.  

 

Geridə qalan illərdə Azərbaycan futbolunda türklər demiş, nələr görüb, nələrlə qarşılaşmışıq. Bu üzdən baş verənlərə, yaşananlara çox da təəccüblənmirik. Ancaq gəlin səmimi olaq, "Kəpəz" bunu bacarır.

 

Artıq tarixin yaddaşına köçmuş "Bakılı" klubunu və onun qeyri-adi açıqlamaları ilə tanınan Misir Əbilov adlı prezidentinini yəqin ki, xatırlayırsız. Həmin Misir müəllim bir dəfə həmkarlarıma açıqlamasında baxışa yeni baş məşqçi dəvət etdiklərini bildirmişdi. O vaxt Əbilovun bu sözləri gündəm olmuş, idman mediasında çox müzakirə edilmişdi. Həmin söhbətin üstündən xeyli vaxt keçsə də, bəzi klublarımız, daha dəqiq desək, "Kəpəz" deyəsən, eyni cığırla gedir.

 

Mayda klubun İdarə Heyətinin sədri postuna keçən Namiq Qədirov adlı futbol camiəsinə çox da tanış olmayan biri heç iki ay keçəməmiş vəzifəsindən getdi. Ola bilsin, Namiq bəy çoxtərəfli oyunda ümidləri doğrultmadığına görə, Fransaya dönəsi oldu. Qədirovun gedişi ortaya çoxlu suallar çıxarsa da, heç kim özünə əziyyət verib yaşananlara aydınlıq gətirmədi. Deyən olmadı ki, niyə gəldi və niyə getdi...

 

Başa vurduğumuz həftə klubun mətbuat xidməti Gəncə təmsilçisinin strukturunda dəyişikliyin olduğu barədə açıqlama verməklə yadda qaldı. Yenilərin tutduqları postda nə qədər duruş gətirəcəklərini deyə bilmərəm. Ancaq görünən odur ki, "sarı-göylər" yeni mövsümə çox ciddi hazırlıq görür.

 

Klubun fəaliyyətinə cavabdehlik daşıyanlar düşərgəyə Afrikadan bir təyyarə futbolçu dəvət edir, A komanda ilə yanaşı, əvəzedici heyəti gücləndirir, akademiyada radikal islahatlar gerçəkləşdirir. Əsas odur ki, "iş gedir" görüntüsü yarada bilirlər. Ancaq bu "işlərin" klubun işinə yarayıb-yaramayacağını söyləmək çətindir.

 

P.S. "Kəpəz" yeni mövsümdən "Kappa" firmasının istehsal etdiyi idman geyimləri ilə təhciz olunacaq ki, bu da klubda çox ciddi işlərin getdiyini göstərir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 21:54

“Vüqar Həşimov” Avropa Kubokunu darmadağınla bitirdi, “Odlar Yurdu” medal şansını itirdi

Cüdo
Bu gün, 21:49

Qaşim Maqomedov Qatar Open turnirində gümüş medal qazandı

Futbol
Bu gün, 21:41

“Real Madrid” rəhbərliyi Kiliyan Mbappenin “Qızıl top” mükafatını qazanacağına ümid bəsləyir

Futbol
Bu gün, 21:32

Sumqayıt 2:3 məğlubiyyəti ilə məşqçi Filipe Kandidonu məyus etdi

Futbol
Bu gün, 21:26

AFFA və BFF təşkilatçılığında “D” lisenziyalı məşqçi kursu uğurla başa çatdı

Futbol
Bu gün, 21:26

Kriştianu Ronaldu karyerasında 982-ci qolunu vurdu, "Ən-Nəsr" "Əl-Feysali"ni 3:1 hesabıyla məğlub etdi

Qarabağ FK
Bu gün, 21:17

Azərbaycan çempionatlarının yüksək liqasında 15000-ci qol: “Zirə”nin futbolçusu Rikardo Martins tarixi qola imza atdı

Futbol
Bu gün, 21:04

Rodri El-Klasikoya Hazırlanır: Mourinyo Rəqabəti Yüksəldəcək

Futbol
Bu gün, 20:57

Beşiktaş belgiyalı milli futbolçu Nikolas Raskini transfer etmək istəyir

Futbol
Bu gün, 20:41

Van der Vart: Real Madrid El‑Klasikonu qazanacaq

Digər
Bu gün, 20:27

"Atletiko" argentinalı yarımmüdafiəçi ilə maraqlanır

Digər
Bu gün, 20:23

“Bavariya”nın baş məşqçisi huşunu itirdi - Təcili xəstəxanaya çatdırıldı

Futbol
Bu gün, 20:10

Araz‑Naxçıvan – Qəbələ matçının video icmalı: Qəbələ 2-1 qalib gəldi

Futbol
Bu gün, 20:09

Yuri Maksimov: Qolları rəqibə veririk, öz qol vurmamız çətindir

Futbol
Bu gün, 19:58

Kriştianu Ronaldo 982-ci qol vurdu, Al‑Nəsr 3:1‑ə qalib gəldi

Boks
Bu gün, 19:51

Azərbaycan millisinin üç boksçusu U-15 Avropa çempionatının finalına yüksəldi

Qarabağ FK
Bu gün, 19:37

“Qəbələ”nin baş məşqçisi: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”

Futbol
Bu gün, 19:35

Neftçi Turan Tovuzla matçın hazırlığını başa çatdırdı

Digər
Bu gün, 19:30

FIFA açıqladı: Azərbaycan futboluna 17,9 milyon dollar vəsait ayrılması təsdiqlənib

Digər
Bu gün, 19:28

Derbi öncəsi “Qalatasaray”da narahatlıq

Futbol
Bu gün, 19:20

Qadınlar klubları Dünya Çempionatı 2028-ci ildə ABŞ‑da keçiriləcək

Digər
Bu gün, 19:13

“Kür” komandası Azərbaycanda yeganə həndbol komandasıdır, deyə Mirzəyev bildirib

Futbol
Bu gün, 18:59

Puxaç: “Yamala meydanda rahatlıq verməyəcəyəm”

Digər
Bu gün, 18:45

“Mançester Yunayted” rəhbərliyi Karriki deyil, futbolçuları günahlandırır

Oxşar xəbərlər