top
“Kəpəz” həm seriyanı qırdı, həm də 100-cü səfər qələbəsini qazandı Idman.biz
25 yanvar 2026, 16:38
- ↺ +

“Kəpəz” həm seriyanı qırdı, həm də 100-cü səfər qələbəsini qazandı

Misli Premyer Liqasının 17-ci turu "Kəpəz" üçün Azərbaycan futbol tarixinə düşən nəticələrlə yadda qalıb.

İdman.Biz xəbər verir ki, Gəncə təmsilçisi səfərdə "Qarabağ"ı 2:0 hesabı ilə məğlub edərək çempionat oyunlarında 37 matçlıq qələbəsizlik seriyasına son qoyub. "Kəpəz" sonuncu dəfə Ağdam klubunu 2002-ci il aprelin 6-da, evdə 3:0 hesabı ilə məğlub etmişdi. Beləliklə, qərb təmsilçisi rəqibi üzərində 8694 gündən sonra qələbə qazanıb.

Bu 37 qarşılaşma Azərbaycan çempionatlarının yüksək dəstəsində iki komanda arasındakı ən uzun qələbəsizlik seriyası kimi tarixə düşüb. Həmin oyunların 30-da "Qarabağ" qalib gəlib, 7 görüş isə heç-heçə ilə yekunlaşıb. "Kəpəz"in "Qarabağ" üzərində son səfər qələbəsi isə bundan da əvvəl - 1999-cu il aprelin 10-da qeydə alınmışdı (2:0). Sonrakı 24 səfər matçında gəncəlilər 4 heç-heçə edib, 20 dəfə məğlub olub.

Bu qələbə "Kəpəz" üçün daha bir tarixi göstərici ilə əlamətdar olub. Klub Azərbaycan çempionatlarının yüksək dəstəsində 100-cü səfər qələbəsini məhz "Qarabağ"la oyunda əldə edib. Yubiley qələbə rəqib meydanlarındakı 346-cı qarşılaşmada qeydə alınıb.

"Kəpəz" bu göstərici üzrə Azərbaycan çempionatları tarixində dördüncü pillədə qərarlaşıb. Səfərdə daha çox qələbə qazanan klublar yalnız "Qarabağ" (239), "Neftçi" (232) və "Şamaxı"dır (123).

Qeyd edək ki, Gəncə təmsilçisi yüksək dəstədə ilk səfər qələbəsini 1992-ci il iyunun 13-də "Plastik"lə qarşılaşmada qazanıb - 3:0.

Beləliklə, 17-ci tur "Kəpəz" üçün həm tarixi seriyanın qırılması, həm də yubiley səfər qələbəsi ilə əlamətdar olub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 10:47

NTD iki gənc U‑20 oyunçusunun müqaviləsini bir il uzatdı, 10 oyunçu komandadan ayrıldı

Futbol
Bu gün, 10:00

“Kəpəz” uzun müddət zədələnən Məqsəd İsayevlə yollarını ayırdı

Futbol
Bu gün, 06:27

Dursun Özbek: “Qalatasaray” transferlərindən 50 milyon avro gəlir əldə edib

Voleybol
Bu gün, 05:18

Polşa kişi voleybol milli komandası finalda Fransanı məğlub edərək Avropa çempionu oldu

Futbol
Bu gün, 03:24

Manchester City futbolçusu Rayan Ayt‑Nuri, Əlcəzair milli komandadan çıxarıldı: məşqçinin göstərişinə əməl etmədi

Futbol
Bu gün, 01:43

Kəpəz PFK son 5 mövsümdə ən uğurlu startını cari çempionatda qeyd etdi

Futbol
Bu gün, 01:39

Qordon: Keyn penaltini vursaydı, İngiltərə qalib gələ bilərdi

Futbol
Bu gün, 01:18

İspaniya millisi İngiltərəni məğlub edərək 39 matçlıq məğlubiyyətsizlik seriyasına imza atdı

Futbol
Bu gün, 00:05

Culian Uord “Liverpul”da yeni idman direktoru oldu

Futbol
Dünən, 23:10

Edqaras Yankauskas: Azərbaycan millisi güclü, texnikalı və sürətli oyun tərzinə malikdir

Minifutbol
Dünən, 22:48

“Buxar Sumqayıt” EMF Avropa Kubokunda Aldak 422-ə 2:4 məğlub oldu

Futbol
Dünən, 22:23

Şimal futbol klubu sınaq matçında 3:0 qələbə qazandı

Basketbol
Dünən, 19:26

Sumqayıt basketbol klubu ABŞlı oyunçusu Cordan Vatsonla müqavilə imzaladı

Futbol
Dünən, 19:13

“Manchester City”nin sahibləri maliyyə pozuntuları üzrə istefa çağırışları ilə üzləşə bilər

Futbol
Dünən, 18:59

Real Madrid, Mbappé’nin diz zədəsi üçün ən pis ssenaridən narahatdır

Futbol
Dünən, 16:49

Mahir Emreli: Millidə qələbə vacib deyil, əsas odur ki, yaxşı oyun göstərək

Boks
Dünən, 11:32

Azərbaycan boks komandası Avropa çempionatında ikinciliyi tutaraq iki qızıl, bir gümüş və iki bürünc medal qazandı

Futbol
Dünən, 10:33

U-21 milli komandasının futbolçusu: “Komanda olaraq çox yaxşı oynadıq, 1 xal qazandıq” - MÜSAHİBƏ

Futbol
Dünən, 09:08

PSJ məşqçisi Luis Enrique Arsenalın İspan futbolçusunu 80 milyon avroya transfer etməyi planlaşdırır

Futbol
Dünən, 05:17

Tomas Tuxel, İspaniya millisinin güclü tərəflərini açıqladı

Futbol
Dünən, 04:38

Mbappe sol diz zədəsi səbəbindən Fransa millisindən ayrılır, Real Madridə qayıdır

Futbol
Dünən, 03:09

Zidane, Mbappé-nin zədəsini “Çox pis” adlandırdı

Qarabağ FK
25 sentyabr 2026, 21:27

İlham Zəkiyev Tbilisidə keçirilən dünya çempionatında səkkizinci dəfə iştirak edəcək

Futbol
25 sentyabr 2026, 20:52

“Qəbələ” Rafael Utziqi ilə müqavilə imzaladı

Oxşar xəbərlər