Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Kəpəz" posrtuqaliyalı futbolçu ilə anlaşıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, "sarı-göylər" "Boavişta"nın mərkəz müdafiəçisi ilə ortaq məxrəcə gəlib.
Söhbət Pedro Qomesdən gedir. 22 yaşlı stopper gəncəlilərə azad agent kimi qoşulacaq.
Qeyd edək ki, Qomeş 2024/25 mövsümündə "Boavişta"nın heyətində 21 oyuna çıxıb. Müdafiəçi karyerası ərzində ilk dəfə legioner həyatı yaşayacaq.