"Kəpəz" klubu Azər Bağırovun baş məşqçi təyin olunmasından əvvəl əcnəbi mütəxəssislə danışıq aparıb. Sport24.az bu barədə kluba yaxın olan mənbədən məlumat əldə edib.
Lakin tərəflər maaş məsələsində anlaşa bilməyiblər. Ukraynalı Yuri Maksimov "sarı-göylər"dən çox məvacib istəyib.
"Kəpəz" rəhbərliyi isə baş məşqçiyə bu məbləği ödəyə bilməyəcəyini söyləyib və yekunda Azər Bağırova yönəlib.
Qeyd edək ki, "sarı-göylər" Azər Bağırovla mövsümün sonunadək müqavilə imzalayıb.