Bu gün Misli Premyer Liqasında IV tura start veriləcək.
İdman.biz xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.
Tur Qəbələdə başlayacaq. "Kəpəz" burada "Araz-Naxçıvan"ı qəbul edəcək. İlk 3 turdan məğlub ayrılan və turnir cədvəlində sonuncu olan Gəncə təmsilçisinin sensasiyaya imza atacağı inandırıcı görünmür.
Günün növbəti görüşü ötən mövsümü ilk 2 pillədə bitirmiş "Qarabağ" və "Zirə" arasında olacaq. "Azersun Arena"dakı matçda ev sahibləri favorit sayılsalar da, qonaqların xal alması mümkündür.
Misli Premyer Liqası, IV tur
12 sentyabr (cümə)
17:45. "Kəpəz" – "Araz-Naxçıvan"
Baş hakim: Rauf Cabarov
"Kəpəz": 22. Məmməd Hüseynov, 27. Məqsəd İsayev, 7. Ehtiram Şahverdiyev, 88. Şakir Seyidov, 9. Luis Paçu, 11. Vitor Feijao, 29. Dioqo Verdaska, 12. Mahamadu Ba (k), 10. Ryonosuke Ohori, 38. Cefferson Bentu, 6. Pedro Qomeş
Ehtiyat oyunçular: 1. Kaçper Rosa, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 77. Fərid Nəbiyev, 17. Ümid Səmədov, 15. Raul Məmmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 19. Otar Aptsiauri, 55. Kresus Donqo
Baş məşqçi: Adil Şükürov
"Araz-Naxçıvan": 12. Kristian Avram, 34. Urfan Abbasov (k), 5. Slavik Alxasov, 4. Rahil Məmmədov, 6. Patrik Andrade, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 70. Şarl Boli
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Qara Qarayev, 3. Bəxtiyar Həsənalızadə, 8. Coşqun Diniyev, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 24. Mustafa Əhmədzadə, 7. Hamidu Keyta, 77. Bruno Franko, 19. Bar Kohen
Baş məşqçi: Elmar Baxşıyev
Qəbələ şəhər stadionu
20:00. "Qarabağ" – "Zirə"
Baş hakim: Rəşad Əhmədov
"Azersun Arena"
Yer | Klub | O | Q | H | M | T | X |
---|---|---|---|---|---|---|---|
1 | Zirə | 3 | 2 | 1 | 0 | 8:2 | 7 |
2 | Sumqayıt | 3 | 2 | 1 | 0 | 5:1 | 7 |
3 | Araz-Naxçıvan | 3 | 2 | 1 | 0 | 5:3 | 7 |
4 | Turan Tovuz | 3 | 2 | 0 | 1 | 3:2 | 6 |
5 | İmişli | 3 | 1 | 1 | 1 | 1:1 | 4 |
6 | Karvan-Yevlax | 3 | 1 | 1 | 1 | 4:5 | 4 |
7 | Qarabağ | 2 | 1 | 0 | 1 | 2:1 | 3 |
8 | Sabah | 2 | 1 | 0 | 1 | 2:2 | 3 |
9 | Şamaxı | 3 | 0 | 2 | 1 | 3:4 | 2 |
10 | Neftçi | 3 | 0 | 2 | 1 | 1:2 | 2 |
11 | Qəbələ | 3 | 0 | 1 | 2 | 3:5 | 1 |
12 | "Kəpəz | 3 | 0 | 0 | 3 | 2:11 | 0 |
Bombardirlər: Roberto Olabe ("Turan Tovuz"), Coy-Lens Mikels ("Sabah"), Ceyhun Nuriyev ("Zirə") - hər ikisi 2 qol.
Qeyd edək ki, turun digər matçları sentyabrın 13-14-də keçiriləcək.
İdman.biz
Məqalədə: