"Kəpəz" baş məşqçi Adil Şükürovla yollarını ayırıb.
Bu barədə "Report"a klubdan məlumat verilib
Mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klubumuz Adil Şükürova xidmətlərinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayır. Qarşıdakı günlərdə baş məşqçi məsələsi ilə bağlı ictimaiyyətə və mətbuata əlavə məlumat veriləcək.