Argentina millisinin hücumçusu Lautaro Martines ("İnter") İtaliya A Seriyasının ən bahalı futbolçusu statusunu qoruyub.
İdman.biz xəbər verir ki, bu barədə məşhur "Transfermarkt" portalı məlumat yayıb.
Bildirilib ki, onun qiyməti hazırda 85 milyon avrodur.
Məlumata görə, L. Martinesin komanda yoldaşı, müdafiəçi Alessandro Bastoni isə 80 milyon avro ilə futbol üzrə İtaliya çempionatının ikinci ən bahalı futbolçusudur.
"Yuventus"un yarımmüdafiəçisi Kenan Yıldızın transfer qiyməti isə bir anda 25 milyon avro artaraq 75 milyon avroya çatıb. Bu göstərici "İnter"in cinah oyunçusu Markus Türamla eynidir.
Ən bahalı beşlikdə sonuncu yeri "Milan"ın yarımmüdafiəçisi Rafael Leau tutur - 70 milyon avro.