top
Kenan Piriç: Bakıda mənzil tapmaqda problem yaşadım, amma adaptasiya tez keçdi - MÜSAHİBƏ Idman.biz
01 dekabr 2025, 15:08
- ↺ +

Kenan Piriç: "Bakıda mənzil tapmaqda problem yaşadım, amma adaptasiya tez keçdi" - MÜSAHİBƏ

"Neftçi" Azərbaycan Premyer Liqasının XIII turunda "Turan Tovuz" səfərindən bir xalla qayıtdı. Samir Abasovu yola saldıqdan sonra Sənan Qurbanovun müvəqqəti rəhbərlik etdiyi komandada ilk dəfə kapitan kimi meydana bosniyalı qapıçısı Kenan Piriç çıxıb.

Azərbaycana gəldikdən sonra "teleqraf"a müsahibə verən Kenan Piriç "ağ-qaralar"dakı, karyerası, adaptasiya prosesi və digər mövzulardan söz açıb:

- Gərgin və bərabərlik şəraitində keçən matçla bağlı fikirləriniz necədir?

- Rəqibi yaxşı analiz etmişdik. Sadəcə elə epizodlar oldu ki, dəyərləndirə bilmədik. Onların üstünlükləri standart vəziyyətlər idi və bundan çox yaxşı istifadə etdilər. Yəni, bir qədər şansımız gətirmədi. Bütün ümidlər növbəti oyunadır. Var-gücümüzü ortaya qoymalıyıq ki, qələbə qazanaq.

– Samir Abasovun gedişi komandaya necə təsir etdi? Sizcə, Sənan Qurbanov qısa müddətdə komandada nə kimi dəyişikliklər etdi?

– Xüsusi və çox böyük dəyişikliklər olmadı. Bir neçə gün əvvəl məşqçi komandanı tərk edib. Amma hər bir oyunda var-gücümüzlə vuruşmalıyıq. Sonuna qədər mübarizə aparmalıyıq. Yalnız bu yolla qalibiyyət əldə edə bilərik.

– Sənan Qurbanov kapitanlıq sarğısını sizə etibar etdi. Bu məsuliyyəti daşımaq necə hissdir?

– İlk öncə buna görə xoşbəxtəm. Bu, mənə əlavə motivasiya verir. Özümü daha motivasiyalı hiss edirəm. Bütün gücümlə çalışıram. Mənə heç bir təzyiq yoxdur. Kapitanam, amma bunun yükü ağır deyil. Əksinə, özünəinamım daha yüksək olur.

– Azarkeşlər tərəfindən tənqid olunmağınız sizə necə təsir göstərir?

– Açığı, şərhlərə fikir vermirəm. Mövsümə istədiyim kimi başlamamışam. Amma özümü tanıyıram, potensialıma güvənirəm. Nəyə qadir olduğumu bilirəm. Hər oyun daha da artıracağam ki, bacarıqlarımı daha da təkmilləşdirim. Onlar gərgin olur, normaldır. Mən də əsəbiləşirəm. Amma nə edə bilərəm? Sadəcə mütəmadi çalışmalı və bacarığımı ortaya qoymalıyam. Ümid edirəm ki, gələcəkdə hər şey yaxşı olacaq.

– Yayda "Neftçi"yə gələrkən bir qədər tərəddüd etmişdiniz. Belə tənqidlər eşidəndə "Neftçi"yə gəldiyinizə görə peşman deyilsiniz? Ümumiyyətlə, azarkeşlərə nə vəd edirsiniz?

– Sabah nə olacağını heç kəs deyə bilməz. Amma onu söz verə bilərəm ki, daha da yaxşı olacağam, özümü təkmilləşdirəcəyəm. Sadəcə bunu vəd edə bilərəm.

– Əcnəbi olaraq Bakıda hansı çətinlikləri yaşayırsınız?

– Bura gələndə mənzil tapmaqda problem yaşadım. Çünki uyğun yer tapa bilmirdim. Amma ümumilikdə adaptasiya tez keçdi. Mən və ailəm buraya tez uyğunlaşdıq. Uşaqlarım burada məktəbə gedir. Bir mənfi məqam odur ki, Bakı bir az tıxaclıdır və külək çox olur.

– Azərbaycan mətbəxindən nəyi daha çox sevirsiniz?

– Azərbaycan mətbəxini ümumilikdə sevirəm. Çünki burada çox gözəl, növbənöv yeməklər tapmaq olur. Xüsusilə isə, kababı sevirəm.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:15

Napoli 20 milyon avroluq müdafiəçi üçün marağını yenidən qaldırdı

Futbol
Bu gün, 03:07

Bakı U-15 Dünya Çempionatında 13 min porsiya yemək və 950 oyun: FIFA rekord pərdəarxasını açıqladı

Digər
Bu gün, 02:33

“Liverpul” və “Mançester Siti” penaltilərlə qalib gəldi, “Bornmut”, “Kristal Palas” və “Sanderlend” 1/4 finala vəsiqə qazandılar - VİDEO

Digər
Bu gün, 02:27

İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib;

Futbol
Bu gün, 01:59

Bavariya və Bayer Almaniya Kubokunda Qələbə Qazanır

Digər
Bu gün, 01:28

Qonsalu Ramuş PSJ-dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Digər
Bu gün, 01:09

“Milan”ın məğlubiyyətindən sonra A Seriyasında yalnız üç yenilməz komanda qaldı

Qarabağ FK
Bu gün, 00:51

Rəşad Sadiqov: “Təhsil və sıx oyun proqramı futbolçularımızı yorur, bəzi hallarda dərsdən dərhal sonra məşqə gəlirlər”

Digər
Bu gün, 00:41

“Espanyol”un yeni baş məşqçisi müəyyənləşdi

Qarabağ FK
Bu gün, 00:23

“Qarabağ” Zaqreb “Dinamo”sunun futbolçuları üçün ziyafət təşkil etdi

Gimnastika
Bu gün, 00:09

Bakıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatları başa çatdı

Futbol
Dünən, 23:47

Manchester Uniteddə ciddi itki – Benjamin Şeşkonun uzun müddətə geri qayıtmaması

Futbol
Dünən, 23:32

A Seriyası: Bologna Milanı 4:2 məğlub etdi, Inter Venezia’yı 2:0 avtoqollarla qazandı

Digər
Dünən, 23:19

FIFA dünya çempionatından rekord gəlir əldə edib - 3,8 milyard funt sterlinq

Digər
Dünən, 23:05

“Barselona”nın sabiq futbolçusu etiraf etdi: “Depressiyaya düşmüşdüm”

Digər
Dünən, 22:31

Roy Kin “Mançester Yunayted”ə Sulşerin köməkçisi kimi qayıda bilərmiş

Digər
Dünən, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Dünən, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Futbol
Dünən, 22:14

Azər Məmmədov: Gəncə azarkeşləri və gənc futbolçularla Baku Sportinq qarşısında qalib gəldik

Digər
Dünən, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Futbol
Dünən, 21:47

Harri Keynin həyat yoldaşı, 2026 Qızıl Top qazanmasını təbrik etdi

Digər
Dünən, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Digər
Dünən, 21:26

Azər Məmmədov: “Daha çox gənc futbolçuya şans vermək istəyirdik”

Digər
Dünən, 21:01

FIFA nümayəndələri Bakıda fiziki tərbiyə müəllimləri üçün seminar keçiriblər - FOTO

Oxşar xəbərlər