"Növbəti mövsüm üçün hədəfimiz xarakterli, döyüşkən komanda formalaşdırmaqdır". Bu sözləri Sport24.az-a açıqlamasında "Karvan"ın vitse-prezidenti təyin olunmuş Kənan Kərimov deyib.
O, Yevlax təmsilçisinin yeni baş məşqçisi Azər Həşimova inandıqlarını bildirib:
"Yeni baş məşqçimizə inanırıq. Gənc və perspektivli mütəxəssisdir. İnanıram işlərin öhdəsindən layiqincə gələcəklər"
Kərimov transfer çalışmalarını bitirdiklərini vurğulayıb:
"Demək olar transfer çalışmalarımız yekunlaşıb. Daha 2-3 legionerlər futbolçu heyətə qatmağı düşünürük. Danışıqlar gedir, yaxın gündə rəsmi açıqlama olacaq".
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustun 15-də start veriləcək.