top
Kənan Kərimov: Karvan-Yevlaxın Nəticələri Qənaətbəxşdir Idman.biz
03 sentyabr 2025, 11:22
- ↺ +

Kənan Kərimov: "Karvan-Yevlax"ın Nəticələri Qənaətbəxşdir

"Karvan-Yevlax"ın idman direktoru Kənan Kərimov Apasport.az-a müsahibəsi

- "Karvan-Yevlax" son matçda "Qarabağ"la oynadı və rəqibinə 0:2 hesabı ilə uduzdu. Bu görüşdə uğurlu nəticəyə ümid edirdiz? Sizin üçün necə alındı?

- Demək olar ki, bizim üçün də elə səfər oyunu idi. Unutmayaq ki, rəqibimiz də "Qarabağ" idi. Azarkeşlərimizə böyük təşəkkürümü bildirirəm ki, bizə yetəri və sona qədər dəstək oldular. Futbolçularıma təşəkkür edirəm ki, rəqibin adından qorxmadan, layiqincə mübarizə apardılar.

- Səncə, komandanız bu matçda xal qazanmağa yaxın idi, yoxsa bunun üçün keyfiyyət və təcrübə çatmadı?

- Bəlkə də ustalıq səviyyəmiz bir qədər yüksək olsaydı, daha yaxşı oyun göstərib, uğurlu nəticə əldə edə bilərdik. Ən azından heç-heçə ilə bir xal qazanmağı çox istəyirdik, amma qismət olmadı. Futbolçularımdan razıyam, çünki onlar ‘Qarabağ"dan çəkinmədən sona qədər mübarizə apardılar.

- "Karvan-Yevlax" üç turdan sonra 4 xal qazana bilib. Altıncı pillədəsiz. Bu nəticə sizi razı salır, yoxsa siz daha yaxşı nəticə istəyirdiz?

- Hazırda yığdığımız xalları səfərdə əldə etmişik. Hələ ki, ev oyunlarımızı öz doğma stadionumuzda keçirə bilmirik. Demək olar ki, bizim üçün qənaətbəxş nəticələrdir.

- Demək olar ki, Yevlax stadionu hazırdır və növbəti ev oyununuzu məhz evdə keçirəcəksiz? Hansısa problem qalmayıbki?

- Stadionumuzda yekunlaşdırma işləri gedir. Çox istəyərdik ki, üçüncü ev oyunumuzu, "İmişli"ni elə doğma azarkeşlərimiz önündə qəbul edək. Əlbəttə ki, bu tura qədər də azarkeşlərimiz bizə dəstək olub. Onlara minnətdaram. Bu dəfə isə elə doğma meydanımızda, öz azarkeşlərimizin qarşısında oynamağı çox istəyirik.

- Legionerlərin deyəsən bəziləri Yevlaxda, bəziləri Mingəçevirdə yaşayır? Onları necə yerləşdirə bildiniz?

- Bəli, bəzi legionerlərimiz var ki, Mingəçevirdə yaşayırlar. Buna səbəb onların öz ailələri ilə birlikdə bura gəlməsidir. Onlar özləri qərar verərək, Mingəçeviri seçiblər. Bu, normal haldır. Amma oyuna 2 gün qalmış hər kəs komanda ilə birlikdə Yevlaxdakı bazamızda qalırlar.

- Yəqin ki, baş məşqçinin işindən razısız? Baş məşqçi seçiminiz sizi razı salır? Oyunlara çıxanda, onunla müəyyən məsləhətlər gedir hər halda?

- Bəli, bugünkü gündə baş məşqçimiz Azər Həşimovdan da razıyam. Yığdığımız xallara görə də bunu demək olar. Əlbəttə ki, hər oyundan qabaq məsləhətləşirik. Heyət baxımından söhbətləşirik, yekun qərara gəlirik. Biz yeni komandayıq. Çətinliklərimiz qaçılmazdır. Hazırda zədəli oyunçularımız da var ki, o baxımdan da əziyyət çəkirik. Çalışacağıq ki, bu mövsüm mövqeyimiz, yerimizi qoruyaq. Layiqli mübarizə aparacağıq. Baxımlı oyunlarımızla azarkeşlərimizi sevindirməyi də çox istəyirik.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:18

“Barselona” Xulian Alvaresi üçün 100 milyon avroluq transferdən imtina etdi

Futbol
Bu gün, 06:13

Fabrizio Romano: Arsenal qış transfer pəncərəsində yeni hücumçu ala bilər

Futbol
Bu gün, 05:21

Ronaldo: Sir Alex Ferguson məni əsl kişiyə çevirdi

Futbol
Bu gün, 04:07

Qadınlar futbolunda topun zərbəsi ilə həm qol, həm də zədələnmə – VİDEO

Futbol
Bu gün, 02:15

Sevilya 0:0 Alaveslə rəngdən qalıb, penalti qaçırdı

Futbol
Bu gün, 02:07

Everton, Barrinin dublu sayəsində 3:1-ə Koventriyə məğlub oldu

Futbol
Bu gün, 02:02

Cəlal Hüseynovun dəyişdirilməsi ilə “Petrolul” uzaqda 1-0 qələbə qazandı

Futbol
Bu gün, 01:55

Venesiya Udinezu məğlub edərək 3 xal qazandı

Digər
Bu gün, 01:48

Xankəndi stadionu Zəfər Günündə bəzədilər

Futbol
Bu gün, 01:41

Hamburg 3-1 Borussiyaya qələbə qazandı

Qarabağ FK
Bu gün, 01:23

Musa Qurbanlı: Xal itkilərinə baxmayaraq çempionluq hədəfi dəyişməyib

Futbol
Bu gün, 01:08

Joze Mourinyo Real Madrid üçün 16 yaşlı Cey-Cey Gabrielin transferini şəxsi olaraq izləyir

Futbol
Bu gün, 00:41

Arteta "Hall City"nin Premyer Liqada çıxışını layiq hesab edir

Olimpiada
Bu gün, 00:22

Dakar-2026 Olimpiya Oyunlarında Günel Kərimli və Nihad Süleymanlı çimərlik güləşi yarışlarına başlayır

Futbol
Bu gün, 00:16

Tuxel: Bellinqemlə münasibətləri əvvəlki çətinliklərdən sonra qaydasındadır

Futbol
Bu gün, 00:00

Neftçi 1:0 Kapaz: Video icmalı təqdim olunur

Cüdo
Dünən, 23:48

Bakıda yerləşən beynəlxalq çövkən federasiyasına yeddi yeni üzv ölkə qoşuldu

Futbol
Dünən, 23:38

Zidan Fransa millisinin İtaliya və Türkiyəyə qarşı oktyabr/yun oktları üçün 23 nəfərdən ibarət heyətini açıqlayıb: Mbappe qayıtdı, Pajis debüt edir

Futbol
Dünən, 23:24

Qalatasarayın ulduz futbolçusu Viktor Osimhen zədələnib və əməliyyat olunacaq

Futbol
Dünən, 23:24

Vernidub "Neftçi"nin "Kəpəz" üzərindəki qələbəsini planlaşdırılmış əvəzetmələrə bağladı: "Hər şeyi əvvəlcədən bilirdik"

Futbol
Dünən, 23:12

Toral Bayramov Türkiyə 1-Liqa'da 'avtoqola' vurdu

Futbol
Dünən, 23:01

Kasımpaşa 2:0 Qaziantep məğlubiyyəti ilə dördüncü pilləyə yüksəldi

Futbol
Dünən, 22:48

Vernidub: Emin Mahmudov gələcəkdə yaxşı məşqçi ola bilər

Futbol
Dünən, 22:36

Oliver Kan “Bavariya”nın Harri Keylə müqavilə uzatmasını dəstəklədi

Oxşar xəbərlər