Paris-2024 Yay Olimpiya Oyunlarının badminton yarışları davam edir. Sport24.az xəbər verir ki, qadınların fərdi mübarizəsində qrup mərhələsinin növbəti oyunları keçirilir.
Azərbaycan idmançısı Keişa Fatimə Zəhra N qrupunda ikinci turun matçına çıxıb. O, böyük britaniyalı Kirsti Gilmorla üz-üzə gəlib.
Badmintonçumuz iki geymdə uduzub. İlk turda da məğlub olan Keişa Olimpiadada çıxışını yekunlaşdırıb.
Qeyd edək ki, yalnız qrup qalibləri 1/8 finala adlayacaq.
Badminton
Qadınlar, fərdi yarış
Qrup mərhələsi, N qrupu
29 iyul, II tur
Kirsti Gilmor (Böyük Britaniya) - Keişa Fatimə Zəhra – 2:0 (21:13, 21:11)