top
Kees Smit Premyer Liqanı üstün tutur, Real Madridi rədd edib Idman.biz
19 dekabr 2025, 16:46
- ↺ +

Kees Smit Premyer Liqanı üstün tutur, "Real Madrid"i rədd edib

Niderlandın "AZ Alkmaar" klubunda çıxış edən 19 yaşlı yarımmüdafiəçi Kees Smit çoxlarının arzusu olan təklifi rədd edib.

İdman.Biz İspaniya mediasına istinadən xəbər verir ki, gənc futbolçu Avropanın aparıcı klublarının transfer siyahısında yer alsa da, gələcək karyerası ilə bağlı qərarını artıq formalaşdırıb.

Kees Smit üçün əsas prioritet İngiltərə Premyer Liqasında çıxış etməkdir. O hesab edir ki, yüksək temp, davamlı rəqabət və intensiv futbol onun potensialını maksimum üzə çıxara bilər.

Son illərdə "AZ Alkmaar"da stabil inkişaf yolu keçən Kees Smit Erediviziya (Niderland yüksək futbol diviziyası) və Konfrans Liqasında aldığı oyun dəqiqələri ilə diqqət mərkəzinə düşüb. Texnikası, oyun oxuma bacarığı və meydanın mərkəzində tempi idarə etməsi onu Avropanın aparıcı klubları üçün cəlbedici fiqura çevirib. Niderland millisinin baş məşqçisi Ronald Kumanın onu Pedri tipli yarımmüdafiəçi kimi dəyərləndirməsi də marağı daha da artırıb.

Məlumata görə, "Real Madrid" futbolçunun inkişafını yaxından izləsə də, Kees Smit bu variantı idman strategiyasına uyğun hesab etməyib. Bu qərar şəxsi yox, sırf karyera planlaması ilə bağlıdır. Gənc yarımmüdafiəçi növbəti addımın mütləq Premyer Liqa olması qənaətindədir.

Əgər İngiltərəyə keçid reallaşmasa, Smit İspaniyada "Barselona"nı "Real Madrid"dən üstün tutur. O, katalon klubunun oyun fəlsəfəsini, gənc futbolçulara verdiyi rolu və kombinativ futbolunu öz üslubuna daha uyğun hesab edir.

Hazırda Kees Smit diqqətini tam şəkildə "AZ Alkmaar"dakı çıxışına yönəldib. Klub da futbolçunu tələsik satmaq niyyətində deyil. Niderland futbolunun bu parlaq istedadı üçün zaman işləyir və gələcəyi ilə bağlı mesaj artıq aydındır: əsas hədəf İngiltərədir, alternativ isə "Barselona".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:14

Xabi Alonso “Tottenhem”də 0:2 məğlubiyyətdən sonra komandası performansını tənqid etdi

Qarabağ FK
Dünən, 23:49

“Sabah” “Qarabağ”la oyuna hazırlaşmaq üçün son məşqini tamamladı – FOTO

Futbol
Dünən, 23:36

Berdıyev: Neftçi ilə 1-1 bərabərlikdə qapı qıran qola bütün komanda cavabdehdir

Digər
Dünən, 23:21

Yuri Vernidub: “Məğlub olmadığımıza görə razı qala bilərik, amma iki xal itirdik”

Digər
Dünən, 22:58

Millimizin üzvü üçün 56 dəqiqə

Güləş
Dünən, 22:56

Azərbaycanın Qazaxıstandakı səfirliyi dünya çempionatının finalına yüksələn Eldəniz Əzizliyə və Sənan Süleymanova uğurlar arzuladı

Futbol
Dünən, 22:28

Kim Min Jae-nin Arsenal-a keçidi ehtimalı

Futbol
Dünən, 22:20

Şəfa baş məşqçisi Həşimov: 1:2 məğlubiyyət, oyun başlanğıcında pis, sonra toparlanıldı

Futbol
Dünən, 21:59

Şəfa – Kəpəz matçının video icmalı (1:2)

Qarabağ FK
Dünən, 21:50

Neftçi baş məşqçisinin matç sonrası açıqlamaları: Futbolçuların düşüncələrini başa düşə bilmirəm

Digər
Dünən, 21:39

Azərbaycan Atletika Federasiyası Lozanna’dakı Avropa Atletika Konvensiyasında iştirak etdi

Futbol
Dünən, 21:16

Kurban Berdıyev: "Turan Tovuz" "Neftçi" ilə heç-heçəni itirilən 2 xal kimi qiymətləndirir

Futbol
Dünən, 21:00

Azərbaycan U-15 millisə FIFA Dünya Çempionatı sahəsində 6-0 hesabı ilə Timor-Leste ilə qələbə qazandı

Futbol
Dünən, 20:55

İnter Hakan Çalhanoğlu ilə yeni müqavilə imzalamaq istəyir

Digər
Dünən, 20:52

Peşəkar Çövkən Liqasında çempionluq sona bir tur qaldı

Futbol
Dünən, 20:45

Canni İnfantino: U‑15 dünya çempionatı və festivalı istedadlı futbolçulara şans yaratmağın vacibliyini vurğuladı

Futbol
Dünən, 20:45

Unai Emery: Manchester City üzərində qələbə 'fantastik gün' yaratdı

Digər
Dünən, 20:25

Kür həndbol komandası Avropa Kubokunda Bosniya klubuna məğlub oldu

Digər
Dünən, 20:21

“Kür” komandasının məşqçi köməkçisinin açıqlamaları: gənc heyət, çətin hazırlıq və yeni federasiyanın yaradılmasını gözləyirik

Futbol
Dünən, 20:18

A seriyası: “Komo” Roma ilə xal bərabərliyi əldə etdi, “Bologna” Sardiniyada qalib gəldi

Futbol
Dünən, 20:12

Bakıda 15 yaşadək futbolçular arasında tarixi FIFA turniri başladı

Futbol
Dünən, 20:06

Samir Şərifov: FIFA-nın Azərbaycan U-15 Dünya Çempionatına etimadını yüksək qiymətləndiririk

Futbol
Dünən, 20:00

Enzo Alves 17 yaşında Real Madrid əsas heyətində yer alacaq

Futbol
Dünən, 19:55

Bakıda U-15 Çempionatı: 17 Qol 40 dəqiqədə

Oxşar xəbərlər