top
Keçmiş “Beşiktaş” rəsmisi: Abubakarın transferi “Neftçi” üçün böyük fərq yaradacaq Idman.biz
20 oktyabr 2025, 15:44
- ↺ +

Keçmiş “Beşiktaş” rəsmisi: Abubakarın transferi “Neftçi” üçün böyük fərq yaradacaq

"Abubakar kimi futbolçunun "Neftçi"yə transferi Azərbaycan çempionatında böyük fərq yaradacaq. Bu, "Neftçi" üçün son illərin ən uğurlu keçidi ola bilər".

Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyənin "Beşiktaş" klubunda 2021-2023-cü illərdə idman direktoru vəzifəsində çalışmış Ceyhun Kazancı deyib.

Onun sözlərinə görə, karyerasının ən yaxşı dövrünü "Beşiktaş"da keçirən Vensan Abubakar xarakterli futbolçudur:

"Portu" və "Beşiktaş" kimi yüksək səviyyəli klublarda oynayıb. Avropa təcrübəsinə malik oyunçudur. Onun "Beşiktaş"ın heyətində avrokuboklarda göstərdiyi performansa baxsaq, necə keyfiyyətli futbolçu olduğunu görərik. Belə bir oyunçunun Azərbaycan Premyer Liqasına gəlişi ümumilikdə ölkə futbolu üçün də faydalı olacaq. O, həm komanda yoldaşlarına, həm də gənc futbolçulara nümunə olacaq".

C. Kazancı bildirib ki, Abubakar son bir ildə istədiyi formada çıxış etməsə də, peşəkarlığı ilə seçilir:

"Hatayspor"da mövsüm onun üçün uğurlu alınmadı. May ayından bəri oynamırdı. Buna baxmayaraq, fərdi məşqlərlə formada qalmağa çalışırdı. Öz üzərində çox işləyir. Bunun nəticəsində karyerasında bu qədər irəliləyə bildi, böyük klublarda oynadı. "Beşiktaş"da çıxış etdiyi vaxtlarda komanda məşqləri bitəndən sonra belə, meydançanı tərk etmirdi, əlavə məşqlər edirdi. Eşitdiyimə görə, klubsuz qaldığı vaxtda da Kamerun millisinə dəvət alıb. Onun əsas məqsədi növbəti dünya çempionatında iştirak etməkdir. Yığmadakı yerini qorumaq üçün "Neftçi"də özünü ən yaxşı şəkildə göstərməyə çalışacaq".

Türkiyəli funksioner 33 yaşlı forvardın Azərbaycan çempionatının tempinə uyğunlaşa biləcəyini də söyləyib:

"Premyer Liqanın tempi çox yüksək deyil. Amma Abubakar Türkiyə Superliqası kimi sürətli çempionatda çıxış edib. Ona görə də "Neftçi"yə tez uyğunlaşacağını düşünürəm. Neçə qol vuracağını demək çətindir. Dünən "Neftçi"nin "Araz-Naxçıvan"la oyununun nəticəsinə baxdım. Maraqlıdır ki, "ağ-qaralar" çempionatda uduzmur, amma qələbə də qazana bilmir, çox vaxt oyunları heç-heçə ilə başa çatır. Amma Abubakarın gəlişi nəticələrə də birbaşa təsir göstərəcək".

Qeyd edək ki, "Portu" (Portuqaliya), "Əl-Nəsr" (Səudiyyə Ərəbistanı), "Beşiktaş" (Türkiyə) kimi klublarda forma geyinmiş V.Abubakarın son komandası Türkiyənin digər təmsilçisi "Hatayspor" olub.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:37

Cey-Cey Qabriel “Real Madrid”ə keçidə yaxındır: Gənc hücumçu “Mançester Yunayted”in bütün səylərinə baxmayaraq, La Liqa klubunu seçdi

Tennis
Bu gün, 18:30

İspan çempion Rafael Nadal Realın Direktorlar Şurasına təyin ediləcək

Futbol
Bu gün, 18:24

PSJ 8 dəqiqədə 4 qol vurar, Çempionlar Liqasında tarix yazdı

Futbol
Bu gün, 18:23

Yunay Emeri: "Barselona"ya 0:3 hesabı ilə məğlubiyyətimizi şərh etdi: "Hesab 0:2 olanda belə ümidimi itirməmişdim"

Futbol
Bu gün, 18:09

"Sabah"ın prezidenti Maqsud Adıgözəlov Çempionlar Liqası gəlirlərinin investisiya fonduna yönləndirilməsini açıqladı

Qarabağ FK
Bu gün, 18:05

U-19 "Qarabağ" "Dinamo"ya (Zaqreb) cavab oyununda 0:7 hesabı ilə uduzdu

Futbol
Bu gün, 18:00

Sabah'ın prezidenti: 'Çempionlar Liqasına vəsiqə qazanılsa da strateji dəyişmədik'

Minifutbol
Bu gün, 17:54

Vitali Borisov: Yerli futzalçılar üçün zamana ehtiyac var

Qarabağ FK
Bu gün, 17:54

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb;

Futbol
Bu gün, 17:52

Sabahın U-19 komandası UEFA Gənclər Liqasında Vikinqə 0:5 hesabı ilə məğlub olub

Digər
Bu gün, 17:41

Suraxanı Atma Qovşağında keşirilən seçmə yarışda idmançılar atma bacarıqlarını nümayiş etdiriblər

Futbol
Bu gün, 17:41

Arteta 16 yaşlı Doumenə dəstək verdi: Praqada rekord debut gözlənilir

Gimnastika
Bu gün, 17:32

Azərbaycan tamblinq komandası dünya çempionatının finalına yüksəldi

Tennis
Bu gün, 17:19

Rafael Nadal "Real Madrid"in direktorlar şurasına daxil olacaq

Tennis
Bu gün, 17:06

22 qat Böyük Dəbilqə qalibi Rafael Nadal "Real"ın İdarə Heyətinə təqdim olunacaq;

Futbol
Bu gün, 17:00

Elmar Baxşıyev: Sabahın Norveçdəki 'Viking'e qarşı oyunu üçün şəraitə tez uyğunlaşması vacibdir

Futbol
Bu gün, 16:49

Liverpool məşqçisi Andoni İraola Fenerbahçe qarşısında inamı məhv etməyi tələb etdi

Futbol
Bu gün, 16:40

Liverpool, Valverde üçün 100 milyon avroluq təklif hazırlayır

Futbol
Bu gün, 16:39

Rodri, Barselona futbolçusu, Atletiko qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:17

Mingəçevir futbolçuları maaş ödənməməsi səbəbindən boykot etdilər, matç oynamadı

Voleybol
Bu gün, 16:10

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

Futbol
Bu gün, 16:05

Paulu Fonseka 'Lion'dan ayrılıb 'Sportinq'e transfer oldu

Oxşar xəbərlər