top
Kazbek Tuayev: Yerli məşqçilərə niyə əcnəbilərə olan hörmət göstərilmir? Idman.biz
28 noyabr 2025, 12:03
- ↺ +

Kazbek Tuayev: Yerli məşqçilərə niyə əcnəbilərə olan hörmət göstərilmir?

"Artıq bundan sonra hər şey sıfırdan başlayır. Yeni məşqçi gələcək, öz heyətini quracaq, öz oyun üslubunu aşılamağa çalışacaq".

Bunu "Neftçi"nin əfsanəvi futbolçusu Kazbek Tuayev "teleqraf"a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

85 yaşlı mütəxəssis müsahibəsində paytaxt təmsilçisinin uğursuz çıxışı və bu fonda komandanın baş məşqçisi Samir Abasovun istefaya göndərilməsindən danışıb.

- Bir neçə gün öncə Samir Abasov "Neftçi"dən istefaya göndərildi. Sizcə, 47 yaşlı mütəxəssisdə nə çatmadı?

– Hər zamankı kimi heyət çatmırdı. Komanda yaxşı, normal, keyfiyyətli heyət tələb edir. Klub prezidenti və rəhbərlik mütləq maliyyə ayırmalı, yaxşı futbolçuların alınmasına şərait yaratmalıdır. İndi heyətin demək olar ki, hamısını dəyişiblər, amma bu heyət ümumiyyətlə heç nə göstərmir. Adətən, yenə də günahkar baş məşqçi olur.

– Rəhbərlik deyir ki, bütün transferlər Abasovla razılaşdırılmışdı. Yəni futbolçuları Abasov özü seçib...

– Əgər rəhbərlik belə deyirsə… Mən bu məsələdə bir az şübhə edirəm. Amma belə vəziyyətdə baxın: cəmi 13 tur keçib. Onda imkan verin ki, bu komanda ilə nəticə əldə etsin.

– Yəni düşünürsünüz ki, qalsaydı, nəticə gələ bilərdi?

– Əlbəttə, elə düşünürəm. Axı bu, komandanı son dəfə Azərbaycan çempionu etmiş həmin Abasovdur. Amma bugünkü "Neftçi" daha zəif heyətlədir. Bunu niyə unudurlar?

– "Neftçi"nin 12 oyun ərzində 3 qələbə, 6 heç-heçə və 3 məğlubiyyəti var. Bəs nə çatmırdı?

– Bu, əlbəttə ki, yaxşı nəticə deyil. Bunun haqda danışmağa dəyməz. Çünki yəqin ki, hələ nəsə yolunda getmirdi. Futbolçular hələ bir-birlərini yaxşı tanımır. Onlara zaman verilməli idi ki, bir-birinə alışsınlar. Oyunları bir-birinə uyğunlaşmamışdı. Cəmi iki-üç ay vaxt keçib. 12 tur üçün bu müddət qısadır. Bu qədər qısa zamanda nəticə gözləmək qeyri-real idi. Komandaya yeni futbolçular gələndə mütləq vaxt lazımdır ki, bir-birlərini tandem kimi hiss etsinlər, qarşılıqlı anlaşma yaransın. Bunların heç biri dərhal baş vermir. Əgər yarım mövsüm keçəndən sonra da nəticə yoxdursa, onda başqa addımlar atmaq olar.

– Abubakarın gəlişindən sonra "Neftçi"nin heyəti komplektləşməmiş sayılır?

– Artıq bundan sonra hər şey sıfırdan başlayır. Yeni məşqçi gələcək, öz heyətini quracaq, öz oyun üslubunu aşılamağa çalışacaq. Hər şey yenidən başlayacaq və bu, çox çətin olacaq.

– Sizcə, azərbaycanlı, yoxsa xarici məşqçi olmalıdır?

– Mən ümumiyyətlə düşünürəm ki, Azərbaycanın bütün klublarında yerli baş məşqçilər olmalıdır. Rusiyada da əvvəllər xarici məşqçilər vardı, amma indi ağıllanıb öz mütəxəssislərinə şans verirlər və nəticəsini görürlər.

– Kimlər ola bilər?

– Yerli baş məşqçilərdən Tərlan Əhmədov, Mahmud Qurbanov… Onlar işsizdir. Elə Arif Əsədovun özü "Neftçi"nin baş məşqçisi olmaq potensialındadır. Bizim kadrlarımız Avropa və dünya çempionatlarında yeniyetmələr və gənclər üzrə nəticələr qazanıblar.

– Yuri Vernidubun adı çəkilir. Onun namizəd kimi göstərilməsinə münasibətiniz necədir?

– Heç nə demək istəmirəm. İndiyə qədər gələn əcnəbilərin heç biri nəticə verməyib. Milli, klublar hamısı uğursuz olub. İşsiz qalan və vaxtilə futbolçu, məşqçi kimi uğur qazanmış azərbaycanlılara şans yaratmaq lazımdır. Onlar işləsin, inkişaf etsinlər. Premyer Liqaya yeni vəsiqə alan klublar da gedib xarici məşqçi gətirirlər. Bu, niyə belədir? Başa düşmürəm. Niyə bizim məşqçilər klublarda yoxdur? Baxın, ruslar artıq başa düşüblər ki, legionerlərin sayını azaltmaq lazımdır, yerli mütəxəssislər işləməlidir. Özbəkistanda da belədir. 8 Olimpiya çempionu var, hamısı yerli uşaqlardır. Biz də idmanı sevən xalqıq. Futbol, güləş, bunlar bizim qanımızdadır.. Xarici məşqçi gəlir, bir-iki il işləyib gedir. Biz bunu neçə dəfə görmüşük? Yenə davam edir.

– Samir Abasovun 250 min manat təzminat alaraq gedişi də birmənalı qarşılanmadı. Buna münasibətiniz?

– Müqavilədə nə varsa, ona riayət edilməlidir. Əgər müqavilədə təzminat bəndi varsa, Samir Abasov bunda haqlıdır. FIFA və UEFA-nın qaydaları var. Əgər klub müqaviləyə xitam verirsə, bütün ödənişlər edilməlidir. Əgər məşqçi özü ərizə yazıb ayrılırsa, onda heç bir ödəniş olmur.

– Belə fikirlər dolaşır ki, Abasov daha Azərbaycanda böyük klublarda işləyə bilməyəcək. Razısınız?

– Necə olur ki, əcnəbilərilə yollar ayrılanda bütün məbləğ ödənilir, bizimkilərə çatanda isə yox? (gülür-red). ⁠Hansı əsasla? Məncə, burada günah həm də bizim məşqçilərdədir. Müqavilə bağlayanda klubla olsun, fərqi yoxdur, hər şey detallı şəkildə yazılmalıdır. Əslində, günah öz məşqçilərimizdədir ki, onlar bunu özləri tələb etməlidir. A-dan Z-yə qədər hər şey müqavilədə qeyd edilməlidir ki, sonra problen yaranmasın. Mən sizə belə misal gətirim, Tunisdə işlədiyim zaman Fansanın "Red-Star" komandası ilə oyunumuz vardı. Həmin komandada mənim bir tanışım vardı. Ondan klubla futbolçu arasında olan müqaviləyə baxmaq istədiyimi bildirdim, o da müqaviləni göstərdi. Həmin müqavilə 40 vərəq idi. Orada hər şey qeyd olunmuşdu. Yəni onların müqaviləsində hər bir xırdalıqlar qeydə alınır. Uşağından, nəvəsinin təhsilinə qədər hər bir kiçik detallar müqavilədə qeyd olunur. Bizdə niyə belə deyil? Niyə birdən-birə bizim yerli məşqçilərə, müqavilə bağlayanlara pul verilməməlidir? Bunu klubların peşəkar olmayan fəaliyyəti saymaq olar? Əlbəttə, heç bir peşəkarlıq yoxdur. Necə ola bilər? Qanun var, qanuna əməl edin. Bu qanundur. Nə mən uydurmuşam, nə başqası. Heç kim uydurmayıb. Bu, futbol federasiyasının qoyduğu qaydadır. Məsələn, Fernandu Santuşu Azərbaycan millisindən gönndərəndə ona niyə müqaviləyə uyğun olaraq hər şey ödənildi, amma bizim məşqçi hər hansı klubla müqavilə bağlayanda, problem çıxanda, onu vəzifədən uzaqlaşdıranda pul vermirlər? Başa düşmürəm.

– Klubun Abasovun gedişi ilə bağlı bəyanatını oxumusunuz?

– Yox, məlumatsızam. Bunlar artıq onların öz aralarındakı detallardır. Necə danışırlar, necə izah edirlər. Bu, onların işidir. Şərh etmək istəmirəm. Amma əgər məşqçini azad edirsinizsə, hər iki tərəf mədəni davranmalıdır. Həm klub, həm məşqçi. Bir-birinə qarşı səliqəli və hörmətli olmaq lazımdır. Çünki həm rəhbərlik, həm məşqçi peşəkardır.

– Sizcə, legioner limitinin ləğvi hansı problemləri yaradır?

– Bunu hamı anlayır. Aydındır ki, bizim futbolçular meydanda demək olar ki, yoxdur. Mən özüm kənddə doğulmuşam, futbola da orada başlamışam. Ələtdən 70-80 km yol gedib oyuna çıxırdım. Sual verirəm: niyə belədir? Niyə bizimkilər oynamamalıdır?

– Məsələn, "Kəpəz" və "İmişli" kimi büdcəsi az olan komandalar belə legionerlərə üstünlük verirlər.

– Bəli, sonra da deyirlər ki, "pulumuz yoxdur". Ona görə mən onların oyunlarına baxmıram. Biz futbol ölkəsiyik. Böyük futbolçularımız olub: Aleksandr Məmmədov, Ələkbər Məmmədov, Bonişevski, Mübariz Zeynalov, Yaşar Babayev və başqaları. Onlar bizim deyildi? Bizdə xaricilər yox idi. Hamısı öz futbol məktəbimizin yetirmələri idi. Bu, nəyi göstərir? Ölkə futbolda istedadlıdır. Sadəcə, onları inkişaf etdirmək lazımdır.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:34

Barselona qış transferlərində müdafiə xəttini gücləndirmək üçün Yoşko Qvardol, Bastoni, Lisandro Martines və Natanı hədəfləyir

Basketbol
Bu gün, 23:24

Gəncə basketbol klubu Avropa Kubokunda qazandığı qələbəni ölkə çempionatında da davam etdirməyə çalışır

Futbol
Bu gün, 23:21

Gəncəbaşar 90% heyət dəyişdirərək Xankəndini 3:2 məğlub etdi

Futbol
Bu gün, 23:07

Arsenalın apelyasiya şikayəti rədd, 16 yaşlı futbolçu üç oyunluq diskvalifikasiya edildi

Cüdo
Bu gün, 22:56

Azərbaycan cüdoçularının U-23 Avropa çempionatındakı ilk rəqibləri açıqlanıb

Gimnastika
Bu gün, 22:45

Tofiq Əliyev: Dünya çempionatı üçün hazırlıq tamam, Çinə yola düşürük

Futbol
Bu gün, 22:37

Vensan Kompani sağlamlıq problemləri səbəbindən “Bavariya”nın üç oyununu qaçıracaq - qayıdış tarixi hələ məlum deyil

Futbol
Bu gün, 22:19

Azərbaycan U-15 Milli Yığması Vyetnamla məğlub oldu

Cüdo
Bu gün, 22:11

Balabəy Ağayev qızıl medalı qazandıqdan sonra hələ də inana bilmir

Formula 1
Bu gün, 22:03

Qətər və Əbu-Dabi Qran-priləri Formula-1-də ləğv oluna bilər

Cüdo
Bu gün, 21:48

İJF Könül Əliyevanın Əbu-Dabidə tarixi qızıl medalını təqdim etdi

Futbol
Bu gün, 21:42

Levandovski: Arsenal'ə qoşulmadım, çünki titul qazanmaq istəyirdim

Futbol
Bu gün, 21:27

Kataloniya polisi Barselona azarkeşinin Kamavinqaya bayraq dirəyi ilə hücumu üçün 650 min avroya qədər cərimə təklif edir

Futbol
Bu gün, 21:26

La Liqası, dəmir yolu qəzası məzunları üçün bir dəqiqəlik səssizliyə başlayacaq

Futbol
Bu gün, 21:13

Espanyolun Sabiq Həcumçusu Mişel Pineda 62 Yaşında Ölüm

Futbol
Bu gün, 20:57

Everton Markus Reşford üçün danışıqlara başladı

Futbol
Bu gün, 20:55

Juventus Kenan Yıldızı satmaq məcburiyyətində qala bilər, Arsenal onun ən böyük maraqlananıdır

Futbol
Bu gün, 20:41

Barselona’da Jul Kundenin zədəsi hələ də davam edir

Futbol
Bu gün, 20:29

Azərbaycan U-15 milli komandası FIFA Dünya Çempionatıda Vyetnamı 2:4 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 20:27

Çelsi, İspaniya milli müdafiəçisini transfer etmək istəyir

Futbol
Bu gün, 20:27

Mançester Siti beş ildə transferlərdən bir milyard qazandı, Mançester Yunayted isə 405 milyon funt itirdi

Futbol
Bu gün, 19:59

Maykl Karrik vəzifəsinin saxlanılmasına “Təəccüblənmirəm” deyə cavab verdi

Futbol
Bu gün, 19:58

Qalibləri futbolçuların səsverməsi ilə seçiləcək

Futbol
Bu gün, 19:46

Conston Berq eyni gündə 30 dəqiqəlik fasilə ilə iki kubok oyunu oynayacaq

Oxşar xəbərlər