top
Kayzerslauternin baş direktoru Tomas Hengen komandanın hazırlığı və transferlər barədə danışıb Sport24.az
Dünən, 15:20
- +

"Kayzerslautern"in baş direktoru Tomas Hengen komandanın hazırlığı və transferlər barədə danışıb

"Roma" ilə son yoxlama oyunundan sonra "Kayzerslautern"in baş direktoru Tomas Hengen Almaniya mediasına açıqlamasında komandanın hazırlıq vəziyyəti və gələcək planları barədə danışıb. Sport24.az xəbər verir ki, heyətində azərbaycanlı futbolçu Mahir Emrelinin də yer aldığı "Kayzerslautern" 35650 azarkeşin qarşısında güclü rəqibə 0:1 hesabı ilə məğlub olub.

 

Qarşılaşmanın yeganə qolunu 16-cı dəqiqədə qapıçı Yulian Kralın səhvindən sonra "Roma"nın irlandiyalı hücumçusu Evan Ferguson vurub.

 

Fasilədə əvəzlənən Mahir Emreli ilə yanaşı, komandanın digər yeni transferləri - Simon Asta, Maksvel Gyamfi, Fabian Kunze və Semih Şahin də oyuna start heyətində başlayıblar. Yeni gələnlərdən müdafiəçi Ci-Soo Kim və hücumçu İvan Prtayin isə ikinci hissənin əvvəlində meydana daxil olublar.

 

Matçdan sonra Tomas Hengen SWR kanalına verdiyi açıqlamada bildirib: "Bizim üçün yaxşı test oldu. Əhəmiyyətli nəticələr əldə etdik. İlk turda necə çıxış edəcəyimiz maraqlıdır".

 

"Kayzerslautern" II Bundesliqada yeni mövsümə bu həftənin bazar günü - avqustun 3-də səfərdə "Hannover" ilə oyunla başlayacaq. Komandanın start heyəti böyük maraqla gözlənilir. Hengen komanda daxilində sağlam rəqabətin olduğunu vurğulayaraq qeyd edib:

"Yaxşı rəqabət mühiti var. Hədəfimiz turnir cədvəlində ilk 6 yerə düşməkdir".

 

Transfer siyasətinə toxunan klub rəhbəri heyətin hələ tam formalaşmadığını deyib: "Heyət hələ son halını almayıb. Transfer pəncərəsi açıqdır və hər şey mümkündür – kimin gələcəyini və ya gedəcəyini dəqiq bilmirik".

 

O, əlavə edib ki, ilk rəsmi oyunlardan sonra mövcud vəziyyəti dəyərləndirib ehtiyac olduqda dəyişiklik edə bilərlər: "İndiyə qədər gördüklərimizdən çox razıyıq, amma lazım olarsa müəyyən korrektələr edəcəyik".

 

Hengen hansı mövqelərdə dəyişiklik ola biləcəyi ilə bağlı konkret məlumat verməkdən yayınıb və komanda daxilində güclü rəqabətə diqqət çəkib: "Çətin seçimlər olacaq. Demək olar ki, bütün mövqelərdə iki oyunçumuz var. Ona görə də detalları açıqlamaq istəmirik".

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:51

Azərbaycanlı futbolçu İbrahim Babayev "Barselona"nın düşərgəsində məşq edir

Futbol
Bu gün, 01:21

Konfrans Liqasında daha 3 komanda növbəti mərhələyə yüksəlib

Futbol
Bu gün, 01:10

Çempionlar Liqası: "Kopenhagen", Kiyev "Dinamo"su və "Srvena Zvezda" növbəti mərhələdə

Gimnastika
Bu gün, 00:50

Veronika Jilinanın transferində yeni əngəl: Müraciət imkanı 2026-cı ilə qədər yoxdur

Futbol
Bu gün, 00:24

"Mançester Siti" Ceyms Traffordun transferini rəsmiləşdirdi

Futbol
Dünən, 23:59

"Sumqayıt"ın Qəbələdəki Təlim-Məşq Toplanışı və Yoxlama Oyunları

Futbol
Dünən, 23:50

"Karvan" almaniyalı müdafiəçi ilə müqavilə imzaladı - RƏSMİ

Futbol
Dünən, 23:45

"Karvan" Moise Nqvisani ilə müqavilə imzalayıb

Futbol
Dünən, 23:40

Nikola Ninkoviç "Sumqayıt"da - RƏSMİ

Futbol
Dünən, 23:29

"Beşiktaş" Jedson Fernandeşi "Spartak"a satır - RƏSMİ

Futbol
Dünən, 23:21

"Real" 10 nömrəli formanı Kilian Mbappeyə verdi

Futbol
Dünən, 23:10

"Difai" "Qarabağ" və "Zirə"də oynamış futbolçunu transfer etdi - RƏSMİ

Futbol
Dünən, 23:00

"Araz Naxçıvan"ın "Aris"lə oyunu öncəsi son məşqi / "Araz Naxçıvan"-ın "Aris" ilə oyunu öncəsi son məşqi

Futbol
Dünən, 22:55

"Səbail" Asim Əlizadəni transfer etdi - RƏSMİ

Futbol
Dünən, 22:51

"Sumqayıt" serbiyalı yarımmüdafiəçi Nikola Ninkoviçi transfer edib

Futbol
Dünən, 22:24

"Karvan" almaniyalı müdafiəçi Mois Nqvisanini heyətinə qatıb

Futbol
Dünən, 22:24

AFFA 2025/26 Mövsümü: Hakimlər üçün Təlim-Məşq Toplanışı və Siyahılar

Futbol
Dünən, 22:07

"Sumqayıt" Serbiya millisinin sabiq üzvü Nikola Ninkoviçi transfer edib

Futbol
Dünən, 22:06

"Səbail" Asim Əlizadə ilə müqavilə imzaladı

Futbol
Dünən, 22:01

AFFA 2025/26 Mövsümü Üçün Hakimlərin Siyahısını Açıqladı və Təlimlərə Start Verdi

Olimpiada
Dünən, 21:42

Xanna Əliyeva Avropa Atıcılıq Çempionatında bürünc medal qazanıb - FOTO

Futbol
Dünən, 21:41

2025/2026 mövsümü üçün Azərbaycan Premyer Liqası və I Liqa hakimlərinin siyahısı təsdiqlənib

Futbol
Dünən, 21:32

AFFA-nın təşkilatçılığı ilə elit hakim və köməkçi hakimlər üçün təlim-məşq toplanışı keçirilir

Olimpiada
Dünən, 21:27

Keti Ledeki dünya çempionatlarında rekord qıraraq 22-ci qızıl medalını qazanıb

Oxşar xəbərlər