top
Kayl Spensin Karvan-Yevlaxa transferi və Azərbaycan Premyer Liqası ilə bağlı müsahibəsi Idman.biz
14 avqust 2025, 10:06
- ↺ +

Kayl Spensin "Karvan-Yevlax"a transferi və Azərbaycan Premyer Liqası ilə bağlı müsahibəsi

"Karvan-Yevlax"ın yeni transferlərindən olan Kayl Spensin Futbolinfo.az saytına müsahibəsi

- Təxminən 1 aydır ki, "Karvan-Yevlax"a qoşulmusunuz. Yeni klubunuza, kollektivə tam adaptasiya ola bilmisiniz?

- Yeni mühitə tədricən uyğunlaşıram. Düzdür, isti hava bir qədər çətinlik yaradır, amma yavaş-yavaş öyrəşirəm. Sevinərək deyə bilərəm ki, burada insanlar çox mehribandırlar və komanda yoldaşlarım yüksək peşəkarlıq göstərirlər. Bu da adaptasiya prosesini mənim üçün daha rahat edir. Komandaya töhfə verməyi və bu qədər istedadlı kollektivlə birgə inkişaf etməyi səbirsizliklə gözləyirəm.

- Yeni klubunuzda sizi müsbət mənada nə təəccübləndirdi?

- "Karvan-Yevlax"da məni müsbət mənada ən çox təəccübləndirən məqam klubun inkişaf miqyası və onun daşıdığı ambisiyadır. Agentlərim bu barədə əvvəldən danışmışdılar. Eyni zamanda, azarkeşlərin sarsılmaz dəstəyi olduqca ruhlandırıcıdır və motivasiyaedici bir mühit yaradır. Keçən mövsüm komandanın I Liqa oyunlarında ən çox azarkeşə sahib olması da təsiredici məqam idi. Bu mövsüm onları Premyer Liqada tribunada görmək üçün səbirsizlənirəm.

- "Karvan-Yevlax" uzun fasilədən sonra Azərbaycan Premyer Liqasında çıxış edəcək. Yəqin ki, bunun klub və azarkeşlər üçün hansı mənanı ifadə etdiyinin fərqindəsiniz. Sizcə, qayıdış uğurlu alınacaqmı?

- Bəli, inanıram ki, "Karvan-Yevlax"ın Azərbaycan Premyer Liqasına dönüşü çox uğurlu ola bilər. Yevlax təmsilçisi UEFA Kubokunda ilk təsnifat mərhələsini keçən ilk Azərbaycan komandası olub, bu, çox önəmli nailiyyətdir. Bu irs həm azarkeşlərdə, həm də komandada qürur və yüksək gözləntilər yaradır. Hər kəs birləşib uğur üçün çalışdığı təqdirdə, "Karvan-Yevlax"ın güclü və ilhamverici bir dönüş edəcəyinə inanıram.

- Avqustun 15-də çempionat start götürəcək və ilk turda "Qəbələ" ilə qarşılaşacaqsınız. Şansları necə dəyərləndirirsiniz?

- Bizdə həm keyfiyyət, həm də uğur qazanmaq əzmi var. Komandamız qələbəyə fokuslanıb və hər bir futbolçu meydanda əlindən gələnin ən yaxşısını etməyə hazırdır. Biz uduzmaq üçün oynamırıq – birlikdə mübarizə aparırıq və qalib gələcəyimizə inanırıq. Bacarığımıza güvənirik və hər şeyimizi ortaya qoymağa hazırıq.

- "Qəbələ"ni vaxtilə həmyerliniz, "Arsenal"ın əfsanəsi olmuş Toni Adamsın çalışdırdığını bilirsiniz?

- İlk növbədə onu deyim ki, mən "Arsenal" azarkeşiyəm və Toni Adams qəhrəmanlarımdan biridir. Danone Kuboku zamanı maşınını saxlayıb mənimlə salamlaşdığı və birlikdə şəkil çəkdirdiyimiz o anı heç vaxt unutmaram – çox mehriban və səmimi insandır. Əminəm ki, onun "Qəbələ"dəki fəaliyyəti klubda müsbət və uzunmüddətli təsir yaradıb. O, meydanda da, meydandan kənarda da əsl nümunədir. İndi gülməli gəlir – 9 yaşımda ilk dəfə Adamsı görərkən heç ağlıma gəlməzdi ki, bir gün hər ikimizin yolu Azərbaycandan keçəcək.

- Hər kəs Azərbaycan çempionatının yeni mövsümünün daha rəqabətli keçəcəyini proqnozlaşdırır. Bu məqam sizə əlavə motivasiya verir?

- Tamamilə razıyam, daha rəqabətli bir mövsüm motivasiyanı artırır. Əmin ola bilərsiniz ki, kollektiv üzvləri bir-birini daha yaxşı tanıdıqca və komandanın kimyası formalaşdıqca bizi izləmək çox maraqlı olacaq. Biz hər xala görə sonadək mübarizə aparmağa və bu mövsümü yaddaqalan etməyə hazırıq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 21:50

U-23 Avropa çempionatında 9 medal qazanan Azərbaycan ağırlıqqaldıran seçməsini hava limanında təntənəli qarşılama mərasimi təşkil olundu

Voleybol
Bu gün, 21:50

Ziya Rəcəbov: “Qadın voleybolçularımız CEV Çempionlar Liqasında Mladostu 3:0 məğlub etdi və təcrübə öz sözünü dedi”

Futbol
Bu gün, 21:39

Mingəçevir futbol klubunda maliyyə böhranı: oyunçular maaş borcuna görə məşqləri boykot edir

Digər
Bu gün, 21:33

“Turan”ın voleybolçusu: “Qələbəyə sevinsək də, arxayınlaşmamalıyıq”

Voleybol
Bu gün, 21:31

Həsən Zeynalov: Turanın 3:0 qələbəsi və CEV Çempionlar Liqasında gələcək hədəfləri

Futbol
Bu gün, 21:26

David Alaba "Udineze"də ikinci oyunda baldır əzələsindən zədələndi

Voleybol
Bu gün, 21:19

Turan baş məşqçisinin CEV Çempionlar Liqasında Mladostu məğlub etməsi: fürsətimiz hələ bitmədi

Futbol
Bu gün, 21:14

İngiltərə klubları Roma 60 milyonluq müdafiəçini ələ keçirmək üçün yarışır

Voleybol
Bu gün, 21:02

Ayşən Əbdüləzimova: İlk oyun, ilk qələbə – əsas məqsədimiz qələbə idi

Digər
Bu gün, 20:57

“Liverpul”da ciddi itki

Digər
Bu gün, 20:51

Konate “El-Klasiko” öncəsi “Real Madrid”in qələbə şərtini açıqladı

Futbol
Bu gün, 20:36

Van Deyk, Liverpoolun 123 milyon funtlu transferini yüksək qiymətləndirir

Futbol
Bu gün, 20:07

Real Madrid Arsenal müdafiəçisini 100 milyon avrodan çox təkliflə almağa hazırdır

Futbol
Bu gün, 20:01

Jota Oliveyra: "Mövsümün ən yaxşı qolunu vurdu"

Futbol
Bu gün, 19:50

Renat Dadaşovun budunun ön əzələsində yırtıq aşkar edildi, təxminən bir ay müalicə, noyabr oyunlarını qaçırma riski

Futbol
Bu gün, 19:46

Mbappé 'Onze d'Or' mükafatını qazanıb – 'Qızıl Top' üçün kimlər də mükafat alıb?

Digər
Bu gün, 19:38

“Real Madrid”in sabiq futbolçusu yenidən zədələndi

Digər
Bu gün, 19:28

“Qalatasaray” UEFA-ya müraciət edib

Digər
Bu gün, 19:23

Çempionlar Liqasında sarı vərəqə qaydası dəyişdi: Futbolçuları hansı cəzalar gözləyir?

Futbol
Bu gün, 19:08

Van Deyk, Kloppun onun karyerasındakı rolunu açıqladı

Futbol
Bu gün, 18:59

Leao zədə səbəbindən İstanbul derbisini buraxacaq

Futbol
Bu gün, 18:59

Borussiya 7 gündə 11,300 km səyahət etdi – ‘Sabah’la oyuna hazır

Futbol
Bu gün, 18:53

Real Madrid İngiltərə Premyer Liqası klublarından 80 milyon avro tələb edir

Futbol
Bu gün, 18:50

Zəngəzur 5-0 “Şəki”, Qaradağ Lökbatan 3-0 “Dinamo”

Oxşar xəbərlər