top
Kaxaber Tsxadadze: Özümü heç günahlandıra bilmirəm, seleksiya işində səhvlərə yol verdik Idman.biz
05 oktyabr 2025, 21:36
- +

Kaxaber Tsxadadze: "Özümü heç günahlandıra bilmirəm, seleksiya işində səhvlərə yol verdik"

Misli Premyer Liqasının VIII turu çərçivəsində "Şamaxı" səfərdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib.

İdman.biz xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Kaxaber Tsxadadze oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

O, "Şamaxı"nı qələbə münasibətilə təbrik edib: "Oyun haqda çox danışmaq istəmirəm. Qol epizodlarımız çox idi. Böyük üstünlüyümüz var idi. Amma imkanlardan yararlana bilmədik. Ehtiyat skamiyamız güclü deyil. Komanda pis oynayır? Fiziki, yoxsa taktiki sarıdan pisdir? Maksimumu edirik. Səhvlər edirik, qapımızda qol görürük. Özümü heç günahlandıra bilmirəm. Komanda funksional və taktiki sarıdan hazırlıqlıdır. Futbolçu 2 metrdən qol vura bilmirsə, onun əvəzinə vurmayacam ki. Güclənməyimizə ehtiyac var. İkinci hissədə meydanda bir komanda var idi".

- Yayda seleksiya işində səhvlərə yol vermisiz?

- Seleksiya işində səhvlərə yol verdik. Daha da güclənməliyik. Bəzi futbolçular var ki, Premyer Liqa səviyyəsində deyillər, U-19 komandasına göndərəcəm. Bunu etiraf etməliyik. İkinci hissədə kimi meydana buraxaq? Allah qoysa, hər şey yaxşı olar, güclənərik və hər şey daha yaxşı olar. Böyük klublarda oynamışam. "Mançester Siti"də oynamışam. Oyundan sonra hər zaman futbolçuya dəstək olurdular. Sona qədər dəstəyini göstərirdi. Biz də, onlar da öyrənməliyik. Azarkeş komandanın arxasında dayanmalıdır. Komandamız oyun göstərir. Buna görə də panikaya düşməli deyilik. Sadəcə oyunun gedişində güclənə bilmirik. Ehtiyatda olanlar yerli gənclərdir.

- Milli fasilə zamanı heyəti gücləndirəcəksiz?

- İndiki vaxtda hansı futbolçunu tapmaq olar? Əgər hansısa futbolçu komandasızdırsa, hansı durumda olacaq? Mövsüm mayda başa çatıb və hazırda oktyabrdır. Biz varlı klub deyilik. İstəyirik ki, bu dəqiqə güclənək. Amma dediyim kimi, o futbolçu hansı durumda olacaq? Səhvimizi etiraf edirik. Dekabrda güclənəcəyik. Bu da olmasa, çətin olacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:56

İtaliya futbolunun əfsanəvi ulduzu Sandro Mazzola vəfat edib

Futbol
Bu gün, 10:40

Keçmiş “Neftçi” yarımmüdafiəçisi Keysuke Honda, Sinqapurda Jurong üçün ilk matçını çıxardı

Qarabağ FK
Bu gün, 10:16

Azərbaycan Premyer Liqası: “Sabah” – “İmişli” 6-cı turda, 20 sentyabr, 19:45, Bank Respublika Arenada

Qarabağ FK
Bu gün, 10:00

Viçko Şevel: “Neftçi olduğumuzu sübut etməli, qürurla startda çıxmaq mənim üçün şərəfdir”

Futbol
Bu gün, 02:17

Xabi Alonso Premyer Liqada ilk beş matçında hər birində iki qol buraxmaq rekordunu qırdı

Futbol
Bu gün, 01:03

Brentford, Çelsini 3-0 məğlub etdi – Qələbəsiz seriya 3 oyuna çatdı

Futbol
Bu gün, 00:33

Bayern'dən Union'a 7-0 dəhşətli qələbə: Olise hətt-rik, Kane dubl, tarixi rekord - VİDEO

Qarabağ FK
Dünən, 23:34

“Qarabağ” və Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev ağır zədədən sonra tribunadan matç izləyir - VİDEO

Futbol
Dünən, 23:24

Qəbələdə Neftçi 3 qolla qalib gəldi - Video icmalı

Futbol
Dünən, 23:19

UEFA Infantino'ya Dünya Kuboku səhmlərinin satışı planına qarşı təzyiq artırır

Qarabağ FK
Dünən, 23:05

Qurban Qurbanov: “1:0 qələbə aldıq, lakin bəzi futbolçular uzun fasilədə istirahətə üstünlük verirlər”

Qarabağ FK
Dünən, 21:35

Premyer Liqa: "Qarabağ" 1:0 hesabıyla "Şəfa"nı məğlub etdi

Futbol
Dünən, 20:36

Azər Məmmədov: “Kəpəz” komandasının kubokun finalında çıxmasını çox istərdim – MÜSAHİBƏ

Futbol
Dünən, 18:59

Tomas Tuhel İngiltərə milli futbol heyətini açıqladı

Futbol
Dünən, 18:26

Gəncəbasar 2 oktyabrda Kəpəzlə təlim mərkəzində yoxlama oyunu keçirəcək

Futbol
Dünən, 18:12

Azərbaycan milli komandası üçün legionerlərin siyahısı açıqlandı: çağırılanlar və kənarda qalanlar

Futbol
Dünən, 15:04

AFFA və PFF rəhbərləri əməkdaşlıq perspektivləri üzrə geniş müzakirə aparıblar - FOTO

Futbol
Dünən, 14:31

Karvan‑Yevlax futbolçusu Ruslan Voronsovla yollarını ayırdı;

Şahmat
Dünən, 11:54

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan kişi və qadın yığmaları üçüncü turda İsveçrə və İsveçlə üz-üzə

Futbol
Dünən, 11:11

Libertadores Kubokunda yarımfinal cütləri açıqlanıb: Flamenqo‑Estudiantes, Palmeyras‑Fluminense qarşılaşacaq

Formula 1
Dünən, 10:05

Formula-1 Qran-prisi zamanı Bakıda yol hərəkəti cədvəli açıqlanıb

Futbol
Dünən, 10:00

“Sumqayıt”da zədəli vitse‑kapitan Roy Kehat komanda ilə məşqlərə qayıdır

Boks
Dünən, 09:48

Azərbaycanın iki boksçusu Avropa çempionatında qələbə qazandı

Qarabağ FK
Dünən, 09:10

Qarabağ – Şəfa: Misli Premyer Liqasının 6-cı turunun ilk oyun günü

Oxşar xəbərlər