top
Kaxaber Tsxadadze: “Onlara azarkeşlik edirəm” Sport24.az
20 sentyabr 2024, 12:00
- ↺ +

Kaxaber Tsxadadze: “Onlara azarkeşlik edirəm”

Dünən I Liqada baş tutan "Qaradağ Lökbatan" - "Qəbələ" qarşılaşmasından sonra qonaqların baş məşqçisi Kaxaber Tsxadadze Sport24.az-ın əməkdaşının suallarını cavablandırıb.

 

- Bu gün mövsümdə ilk qələbənizi darmadağınla qazandız. Oyunla bağlı təəssüratlarınız maraqlıdır...

- Təbii ki, qələbə qazanmaq, özü də böyük hesabla xoş oldu. Futbolçularıma göstərdikləri oyuna görə təşəkkür edirəm. Amma artıq bu oyunu unutmalı və irəli baxmalıyıq. Ümumiyyətlə, konsentrasiysanı itirmək olmaz. Üzərimizdə böyük təzyiq və məsuliyyət var. Bütün rəqiblərimiz bizə qarşı fərqli motivasiyayla oynayırlar. Bu bizim üçün nə qədər xoş olsa da, bir o qədər də məsuliyyət deməkdir. Odur ki, komanda hər turu finala bərabər kimi dəyərləndirməli və hər matçda son saniyələrə kimi mübarizə aparmalıdı.

 

- İlk turda doğma meydanda "Zaqatala"ya qalib gələ bilməməyinizin səbəbini nə ilə izah edərdiz?

- Həmin oyunu uğursuz adlandırmazdım. İlk tur olmasına rəğmən, oyun planında yaxşı performans sərgilədik. Sadəcə, qol çatmadı. Əlimizə düşən yüz faizli qol imkanlarından yararlana bilmədik. Bunun üzərində çalışırıq və çalışacağıq da. Həmçinin "Zaqatala" da xoş sözlərə layiqdir. Onlar bizi yaxşı analiz etməklə bərabər çox mübariz oyun sərgilədilər. 8 nəfərlə sıx müdafiə olunmaqla bizə boşluq vermədilər. Ola bilər ki, tam  komplektləşməməyimizin də müəyyən rolu var idi. Amma oyundan-oyuna artıracağıq. Heyətimizə yeni qoşulan oyunçular var və onlar şans qazandıqca arzu olunan formaya düşəcəklər.

 

- Yenə transferlər gözlənilir?

- Ötən mövsümü bizimlə keçirən Murad Musayev də yola bizimlə davam edəcək. Sadəcə, hələlik fərdi məşqlər edir. Amma bir aydan sonra sərəncamımda olacaq. Onun bizə qoşulması müdafiədə daha da güclənəcək. Əlavə transferlər barədə isə hələlik nəsə deyə bilmərəm. Zaman göstərəcək.

 

- Bu mövsüm çalışdırdığınız komanda I Liqada çıxış etsə də, heç şübhəsiz Premyer Liqanı da izləyirsiz. Bu iki birincilik barədə fikirlərinizi bilmək istərdik...

- Məşqçilik karyeram ərzində həmişə demişəm ki, aşağı liqalarda mübarizə aparmaq daha çətindir. Bunu Azərbaycanın I Liqasına da aid etmək olar. Bu çempionatı güclülər dəstəsindən fərqli və maraqlı edən cəhət odur ki, çempionluğa iddialı olanlar çoxdur. Yuxarıda da əbəs yerə demədim ki, komandalar bizə qarşı fərqli motivasiya ilə oynayırlar. Odur ki, bu il I Liqa gərgin və çox maraqlı keçəcək. Premyer Liqaya gəlincə, geridə qalan 6 tura nəzər yetirsək maraqlı oyunlara şahidlik etmişik. Əsas Kurban Berdıyevin rəhbərlik etdiyi "Turan Tovuz"u fərqləndirərdim. Rusiyalı mütəxəssis döyüşkən komanda  formalaşdırmaqla rəqiblərinə başağrısı olmağı bacarıb. Fikrimcə, onlar daha da artıracaqlar.

"Şamaxı" da xoş sözlərə layiqdir. O klub mənə həmişə əziz, doğma olub. Orda bir çox insanlar var ki, isti münasibətlərim bu gün də qalmaqdadır. Elə Kamran İsmayılovla mehriban dostluğumu vurğulayardım. Hazırda necə adlanmasından asılı olmayaraq Bakı "İnter"inin xələfinə simpatiyam var, onlara azarkeşlik edirəm. İnanıram ki, bu klub əvvəlki əzəmətini geri qaytaracaq. Bütün "Şamaxı" camiəsinə uğurlar arzu edirəm.

 

ABDULLA İSMAYILOĞLU

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:17

Tomas Tuxel, İspaniya millisinin güclü tərəflərini açıqladı

Futbol
Bu gün, 03:09

Zidane, Mbappé-nin zədəsini “Çox pis” adlandırdı

Futbol
Dünən, 20:52

“Qəbələ” Rafael Utziqi ilə müqavilə imzaladı

Qarabağ FK
Dünən, 20:19

Dudek Koxalskinin “Qarabağ”ı tərk edərək “Vyeçista Krakov”a keçməsini rahatlıq seçmək kimi tənqid etdi

Futbol
Dünən, 19:58

“Yuventus” Fransisko Konseysao ilə yeni müqavilə imzalamaq üçün hazırlıqlar aparır

Basketbol
Dünən, 19:29

“LANDAU Lions” basketbol komandası Səbuhi Hacıyevlə əməkdaşlıq bağladı

Basketbol
Dünən, 18:30

Sumqayıt klubuna İngiltərəli basketbolçu Coş Oqundele qoşuldu

Futbol
Dünən, 17:47

Rəşad Abdullayev: Litva qarşısında qələbə şansı var

Gimnastika
Dünən, 17:42

Azərbaycan akrobatika gimnastları dünya çempionatının finalına yüksəldi

Futbol
Dünən, 14:29

Neftçi futbolçusu Sessi D’Almeyda Messi-nin vida matçında iştirak edə bilər

Futbol
Dünən, 14:15

Zirədən ayrılan qapıçı Tiago Silva “Şəfa”da - Rəsmi

Futbol
Dünən, 11:00

Araz‑Naxçıvan yeni baş məşqçi Yuri Maksimovun rəhbərliyi altında ilk məşqini keçirdi;

Minifutbol
Dünən, 09:50

“Birbaşa Bakı” və “Zirə” komandaları Çempionlar Liqasının 1/8 finalında İspaniyada çıxış edir

Futbol
Dünən, 09:43

Messinin Argentina millisində son oyun üçün biletlər dörd dəqiqəyə satıldı

Futbol
Dünən, 09:28

U-21 Azərbaycan milli komandası Çexiya ilə Bank Respublika Arenada üz-üzə gələcək

Şahmat
Dünən, 09:25

Azərbaycan şahmat komandası bu gün Özbəkistanda Ermənistan və Çexiya ilə qarşılaşacaq

Futbol
Dünən, 06:39

Lionel Skaloni, Argentina millisinin yeni kapitanı olaraq Kristian Romero'yu açıqladı

Futbol
Dünən, 01:49

Deku bildirib ki, Barcelona keçən yay Lautaro Martinez transferi üçün maraqlanmışdır

Futbol
24 sentyabr 2026, 23:21

Mançester Yunayted və Tottenham Fulham‑ın xorvat hücumçusu İqor Matanoviçi üçün maraqlanır

Futbol
24 sentyabr 2026, 21:56

“Zirə”nin futbolçusu Ktatau əməliyyatdan keçib

Futbol
24 sentyabr 2026, 20:31

AC Milan, beş dəfə yüksələn dəyəri olan Alessandro Romano’yu transfer etmək istəyir

Futbol
24 sentyabr 2026, 20:12

Mançester Siti'nin transfer seçimi: 650 min futbolçulu məlumat bazasından filtrləmə prosesi

Futbol
24 sentyabr 2026, 18:00

“Araz‑Naxçıvan” milli komandalarının fasilədə iki yoxlama matçı keçiriləcək

Futbol
24 sentyabr 2026, 17:56

İspaniya dünyəvi çempionu futbolçusundan anonim qəhrəman: 1,2 milyon dollar bonusundan imtina edib

Oxşar xəbərlər