top
Kaxaber Tsxadadze: Bütün mövsümü 11 nəfərlə oynamaq mümkün deyil (Qəbələ - Turan Tovuz matçı sonrası) Sport24.az
24 fevral 2026, 18:04
- ↺ +

Kaxaber Tsxadadze: Bütün mövsümü 11 nəfərlə oynamaq mümkün deyil (Qəbələ - Turan Tovuz matçı sonrası)

Misli Premyer Liqasının 14-cü turunun təxirə salınmış oyununda "Qəbələ" öz meydanında "Turan Tovuz"a 0:3 hesabı ilə məğlub olub. Sport24.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Tsxadadze matçdan sonra keçirilən mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb, jurnalistlərin suallarını cavablandırıb:

 

- Oyun haqda çox danışmayacam. Əvvəlcə "Turan Tovuz"u təbrik edirəm. Oyuna çox pis başladıq. İlk dəqiqələrdə 2 qol buraxdıq. "Turan Tovuz" kimi təcrübəli komandaya qarşı sonradan oyunu toparlamaq çətindir. Rəqibin 2-ci qolundan sonra bir neçə fürsətimiz oldu. Təəssüf ki, onları reallaşdıra bilmədik. Fərqlənə bilsəydik, bəlkə də oyun başqa cür ola bilərdi. İkinci hissənin əvvəlində isə öz qapımıza qol vurduq. Bundan sonra komanda istədiyi kimi oynaya bilmədi. "Turan Tovuz" müdafiədə çox diqqətli oynayır. Onların müdafiə xəttini yarmaq çox çətin olur.

 

- Demək olar ki, bu, "Qəbələ"nin ən zəif oyunu idi? Bəlkə qarşıdan gələn "Karvan-Yevlax"la matçın daha vacib olduğunu düşünürsüz?

- Bizim üçün hər oyun vacibdir. Aydın məsələdir ki, "Karvan-Yevlax"la matç final kimidir. Prins Ovusu çox gəncdir. Həddindən artıq çox oynayıb. Bəzən onu da əvəzləmək lazımdır. Dörd gündən bir oyun oynayırıq. Bu da çətindir. Belə hallarda heyətdə rotasiyalar vacibdir. Bəzi futbolçular özlərini yaxşı tərəfdən göstərdi, bəziləri göstərə bilmədi. Sıx qrafikdə rotasiyalar etməliyik. Start heyətində meydana çıxanlar başa düşməlidirlər ki, özlərini göstərməlidirlər. Təəssüf ki, bəziləri göstərə bilmədilər. Bütün mövsümü 11 nəfərlə oynamaq mümkün deyil. Murad Musayev ötən matçda oynamamışdı. Halbuki komandanın kapitanıdır. Bu gün meydana çıxdı və müdafiədə komandanın ən səhvsiz oyunçularından biri idi. Hamı öz üzərində bu cür işləməlidir. Komanda 11 nəfərdən ibarət deyil. Digər futbolçular da xeyir verməlidir.

 

- "Karvan-Yevlax" uzun müddətdir qələbə qazana bilmir. Belə komanda ilə oyuna final deyirsiz. Öz komandanızdan ehtiyat edirsiz?

- Bütün rəqiblərə hörmətlə yanaşırıq. Heç vaxt deyə bilmərəm ki, biz "Karvan-Yevlax"dan güclüyük. Onlar da yaxşı komandadır. Çalışırlar, mübarizə aparırlar. Xalları az olsa da, çox ciddi oyun olacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Futbol
Bu gün, 02:23

Manchester United və digər Premier Liqa klubları Vitor Rokenin transferinə maraqlanır

Futbol
Bu gün, 02:03

“Qalatasaray”ın məşhur futbolçusu Cevad Prekazi vəfat edib

Futbol
Bu gün, 01:41

Kivu: Qələbədən sonra futbolçulara daha çox səy göstərmələri üçün xəbərdarlıq edir

Olimpiada
Bu gün, 01:29

Azərbaycanlı sprinter Şuvayev 100 metr finalında yerini tutdu

Futbol
Bu gün, 01:20

Flick, Rafinyanın Barcelona ilə yeni müqaviləsini təqdir etdi

Futbol
Bu gün, 00:58

Bröndbü azarkeşləri Kopenhagen derbisində geniş pirotexniki şou təşkil ediblər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Futbol
Dünən, 23:45

Mahir Emreli Legiya 4-2 qələbəsində asistlə çıxış etdi

Olimpiada
Dünən, 23:41

Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyiş edərək yeddinci sıraya çıxdı

Futbol
Dünən, 23:18

Sabahın keçmiş kapitanı: Barselona adlarından çəkinməmək lazımdır

Gimnastika
Dünən, 23:06

Azərbaycan gimnastikası Nankində bir qızıl və iki gümüş medalla dünya çempionatını qazanıb

Futbol
Dünən, 22:58

Sabah 2-2 Şamaxı matçı video

Minifutbol
Dünən, 22:58

Elvin Quliyev: “Latviya qarşısında 1:5 məğlubiyyətdə həyəcan var idi, standart vəziyyətlərdə ciddi səhvlər buraxdıq”

Qarabağ FK
Dünən, 22:28

Şəfa-2 və Kəpəz-2 arasında 1:1 heç‑heçə

Digər
Dünən, 22:05

Azərbaycan futzal yığması Latviya ilə 5:1 məğlubiyyət alıb

Oxşar xəbərlər