top
Kaxaber Tsxadadze: Bu nəticəyə nail olmaq heç də asan olmadı. Sport24.az
26 may 2025, 20:06
- ↺ +

Kaxaber Tsxadadze: "Bu nəticəyə nail olmaq heç də asan olmadı."

"Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze gabalasc.az saytına müsahibə verib. Sport24.az xəbər verir ki, gürcüstanlı mütəxəssis "qırmızı-qaralar"ın I Liqadakı çempionluğu ilə əlamətdar olan mövsümün yekununu dəyərləndirib.

 

- Ümumi mövsümü necə dəyərləndirirsiz? Komandanın cari mövsümdəki çıxışı, futbolçuların oyun keyfiyyəti sizi qane etdi?

- Cari mövsüm bizim üçün çox yaxşı keçdi. Göstərdiyimiz oyunlarla yarışı yüksək nəticə ilə başa vuraraq çempion olduq. Futbolçularım və məşqçilər korpusumuzla ili bu cür başa vurmaq üçün çox əziyyət çəkmişdik. Sonda isə bunun bəhrəsini də gördük.

 

- "Qəbələ" bu il çempionatda ən az qol buraxan, ən az məğlub olan, ən çox qol vuran və.s. yüksək göstəricilərlə çempion oldu. Mövsümün əvvəlindən nəticənin bu cür olacağına inanırdız?

- Bu nəticə heç də asan başa gəlməyib. Mövsümün əvvəlində demək olar ki, sıfırdan komanda qurmaq öhdəliyimiz var idi. İdman direktorumuz, klubun rəhbərliyi, məşqçilər korpusumuzla bu işin öhdəsindən gəlməyi bacardıq. Daha sonra isə fiziki, taktiki və.s məşqlərimiz çox oldu. Bununla da futbolçularımızı yeni mövsümə maksimum yaxşı hazırlamaq istəyirdik. Onlar da bütün bunların öhdəsindən gəlməyi bacardılar. Futbol komanda idman növüdür, biz bu nəticəyə bir yerdə, komanda şəklində, hər bir kəsin çəkdiyi əziyyət sayəsində çatmışıq.

 

- Komanda bu il əsasən gənc futbolçularla çıxış etdi. Onların performansından necə, razı qaldız?

- Bu il gənc futbolçulara da oyunlarda kifayət qədər şans verdik. Onlar da öz üzərilərinə düşəni maksimum səviyyədə etməyə çalışdılar. Lakin bu hələ başlanğıcdır. Gənc oyunçularımız öz üzərilərində daha çox işləməli, daha çox inkişaf etməlidirlər.

 

- Növbəti mövsüm necə, yenə akademiyanın yetirməsi olan gənc futbolçulara şans verməyi düşünürsüz?

- Əlbəttə, komandanın öz yetirmələrinin əksəriyyətini komandada saxlamağı düşünürük. Nəzərə alsaq ki, gələn mövsüm Premyer Liqada mübarizə aparacağıq. Orada artıq "Qarabağ", "Neftçi" və s. kimi komandalarla mübarizə apara bilmək üçün isə gənc oyunçularımız öz üzərilərində daha çox çalışmalıdırlar.

 

- Azarkeşlər "Qəbələ"nin 1-ci Liqada məğlub olmadan və hətta qol buraxmadan çempion olmasını arzulayırdılar. Sizcə, buna mane olan nə oldu?

- Bu il bizim çox yaxşı göstəricilərimiz oldu. 21 oyun məğlub olmadan irəlilədik, sonda ən çox qol vuran komanda olduq. Artıq çempionatın axırlarına yaxın qol da buraxdıq, 2 dəfə məğlub da olduq. Bu da futbolun bir hissəsidir. Mübarizə olan yerdə, bu cür halların baş verməsi normaldır. Bizim əsas hədəfimiz Premyer Liqaya vəsiqə qazanmaq, ondan sonra isə çempion olmaq idi ki, bunun da öhdəsindən yüksək səviyyədə gəlməyi bacardıq.

 

- Növbəti mövsüm üçün əsas planlar nədir? Komanda hansı hədəflər uğrunda mübarizə aparacaq?

- Növbəti mövsüm elitada yaxşı nəticələr qazanmaq üçün daha mübariz olmalı və çox çalışmalıyıq. Qarşımızda konkret bir tapşırıq olmasa da, mübariz və döyüşkən bir komanda qurmalıyıq ki, rəqiblərimiz də bizdən çəkinsin. Belə olduğu halda, nəticə də, uğur da komandanın yanında olacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:40

Tibo Kurtua "Real"ın tarixində ən çox matça çıxan 3-cü qapıçı olub

Minifutbol
Bu gün, 14:30

Araz-Naxçıvan: UEFA Çempionlar Liqasında uğursuzluq, Sadıqov rəqiblərin gücü haqqında

Futbol
Bu gün, 14:29

Real Madrid Tibo Kurtuanın gələcək əvəzləyicisi olaraq Brentfordun qapıçısı Bart Verbrüqgeni nəzərdən keçirir

Futbol
Bu gün, 14:20

Emre Belözoğlu Dinamo Kiev'i çalışdıra bilər

Futbol
Bu gün, 14:19

Arsenal, 14 il sonra Enfielddə ilk qələbəni əldə etdi

Qarabağ FK
Bu gün, 14:00

Vaqif Sadıqov: Neftçi Liderliyini Qorumaq Əsasdır

Voleybol
Bu gün, 13:59

"Xilasedici" klubunun meneceri: "Biz Avropada Azərbaycan voleybolunu layiqincə təmsil edəcəyik"

Futbol
Bu gün, 13:44

U-15 Dünya Çempionatı Azərbaycanın Futbolunu Gücləndirəcək

Basketbol
Bu gün, 13:29

"Gəncə"nin türkiyəli baş məşqçisi Murad Dikmen mövsüm hədəflərini açıqladı

Futbol
Bu gün, 13:27

“Vikinq”-“Sabah” matçını idarə edən Sander van der Eyk Azərbaycan millisinin İslandiya ilə oyundakı performansı barədə

Digər
Bu gün, 13:22

Bakıda 300 karateçinin iştirakı ilə "Zəfər Kuboku" turniri başa çatdı

Formula 1
Bu gün, 13:14

Maks Ferstappen Kimi Antonellinin Formula 1-də istedadından fəxr edir

Futbol
Bu gün, 13:07

“Vikinq” – “Sabah” matçını niderlandlı hakim briqadası idarə edəcək

Futbol
Bu gün, 13:00

Lamin Yamal Avropa top liqalarında qol və asistlər baxımından liderdir.

Futbol
Bu gün, 13:00

Neftçi skautları Macarıstan və Portuqaliyada legioner axtarır

Qarabağ FK
Bu gün, 12:59

Mateuş Silva “Qarabağ”ın qol problemlərinə işıq tutdu və azarkeşlərə meydanda cavab verəcəyimizi bildirdi

Formula 1
Bu gün, 12:58

Alpin komandası sürücüsü Franko Kolapinto Meksika Qran-prisində 10 saniyəlik cəza aldı

Digər
Bu gün, 12:29

Azərbaycanlı atlet Vüsalə Bentley 5 saat 3 dəqiqə plankla dünya rekorduna iddia edir

Futbol
Bu gün, 12:00

Zirənin futbolçusu Eren Aydın: “Araz-Naxçıvanla oyunda əlavə vaxt olsaydı, qalib gələ bilərdik”

Futbol
Bu gün, 11:59

Qalatasarayın yarımmüdafiəçisi Aleksey Batrakovun sərbəstqalma məbləği 55 milyon avro və müqaviləsi 2031-ci ilədəkdir

Güləş
Bu gün, 11:44

Məşqçilər altı medalı itirdiklərini qəbul edərək, güləş milli komandası Astana’da problemləri açıqladı

Futbol
Bu gün, 11:40

Ronaldo Paxtakor qarşısında səfər oyununda iştirak etməyəcək

Futbol
Bu gün, 11:24

Kamal Umudlu UEFA Gənclər Liqasında Villarreal-PSJ oyununun referisi olacaq

Digər
Bu gün, 11:22

Noyabrın 14-də Binə Atçılıq Mərkəzində Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək

Oxşar xəbərlər