top
Kaxaber Sxadadze: Keyfiyyətli futbolçu vacib ötürməni verməli, zərbəni vurmalıdır - Heyəti gücləndirmək lazımdır Sport24.az
22 noyabr 2025, 20:58
- ↺ +

Kaxaber Sxadadze: Keyfiyyətli futbolçu vacib ötürməni verməli, zərbəni vurmalıdır - Heyəti gücləndirmək lazımdır

"Qələbə münasibəti ilə "Zirə"ni təbrik edirəm. Yaxşı oyun oldu. Bunu gözləyirdik. Futbolçularım əllərindən gələni etdilər, maksimum şəkildə mübarizə apardılar. Özünüz də görürsüz, hər oyunda öz qapımıza penaltiyə səbəb oluruq. "Sumqayıt"la oyunda belə penalti oldu. İlk dəfə idi ki, müdafiədə çox diqqətli oynayırdıq. "Zirə" təcrübəli komandadır. Bu səviyyədə oyunlarda belə səhvlərə yol vermək olmaz. Futbolçularımın təcrübəsi çatmır. Süleyman Damadayev çox çalışır, çox mübarizə aparır. Amma bu səviyyədə belə kobud səhvlərə yol vermək olmaz. Biz bundan çox ziyan çəkirik. "Zirə" çox yaxşı müdafiə olunan komandadır. Onlara qol buraxdıqdan sonra qol vurmaq çətindir. Standart vəziyyətlərimiz çox olur. Amma onlardan sonra biz rəqib qapısına təhlükəli epizod yarada bilmirik. Sadəcə bunun üçün keyfiyyətli futbolçu lazımdır ki, vacib ötürməni versin, zərbəni vursun. İndi heç nəyi dəyişə bilmərik. Qışa kimi döyüşməli, mübarizə aparmalıyıq. Sonra heyəti gücləndirmək lazımdır. Fiziki olaraq da, bizə oyunçu çatmır. Söhbət keyfiyyətdən də getmir. Futbolçumuz azdır ki, kimisə meydana buraxaq. Azarkeşləri də başa düşürəm. Onlar öyrəşiblər ki, hər zaman "Qəbələ" avrokuboklarda, qrup mərhələsində mübarizə aparıb. İndi belə vəziyyətdəyik. Onları başa düşürəm, onlar da bizi başa düşməlidir ki, hazırda fərqli vəziyyətdir".

 

Sport24.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze Misli Premyer Liqasının 12-ci turunun "Zirə" ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

 

O, jurnalistlərin suallarını da cavablandırıb.

 

- Komanda uduzsa da, mübarizə aparırsız, komandada sistem görünür...

- Çox sağ olun ki, siz bunu dəyərləndirirsiz. Oyunların gedişatında dəyişikliyi az və gec edirik. Buna baxmayaraq, futbolçular funksional olaraq hazır olurlar, oynayırlar.Təşəkkür edirəm ki, əməyimizi dəyərləndirirsiz. Bu mövzuya qayıtmaq istəmirəm. Əvvəllər də qeyd etmişəm ki, bizdə futbolçu azdır. Ötən mövsüm yerli uşaqlar var idi ki, komandada I Liqada oynadılar. Onlara böyük hörmətim var, çox istəyirəm onları. Amma onların yanında yerli təcrübəli futbolçular da olmalıdır ki, onlar inkişaf etsinlər. Sadəcə futbolçu çatışmır. "Zirə"də 15-16 legioneri var.  Bizdə cəmi 9 legioner var. Etiraf edirəm ki, seleksiya işində yayda bir qədər pis işlədik. 

 

- Penalti epizodundan yararlana bilmədiz...

- Biz iki nəfərin adını yazmışdıq. Biri Sanqaredir, digəri Ba Luadır. Bu elə məqamdır ki, futbolçu o epizodda özünü necə hiss edir, hazırdırsa, özü qərar verir. İlk adını çəkdiyim futbolçulardan sonra Domi də var ki, o da penalti vuranlar siyahısındadır. Sanqare məsuliyyəti öz üzərinə götürdü ki, vursun. Mən də kənardan konkret müdaxilə edə bilmərəm. Qolu kimin vurmasının ciddi fərqi yoxdur.

 

- Rəhbərliklə transferlərlə bağlı söhbət etmisiz?

- Fariz Nəcəfov elə insandır ki, uzun illərdir futboldadır, kluba da bəlli büdcə ayrılıb. Əsas məsələ odur ki, büdcədən düzgün istifadə edək. 100 faiz transferlər olacaq. Bir həftə əvvəl Fariz Nəcəfovla görüşdük. Söhbətimiz oldu ki, qışa qədər döyüşək. Əsas odur ki, kobud səhvlərə yol verməyək. Bu da təcrübədən irəli gələn məsələdir. Bizə yerli, yaxşı futbolçular lazımdır. Mən əvvəllər harda işləmişəmsə.... Məsələn, "İnter"də yerli futbolçulara şans verirdim, Azər Salahlı və digərlərinin adını çəkə bilərəm. "Qəbələ"də də U-21 yığmasının üzvləri var. Son matçda da Cəbəllütariqə qarşı oynadılar. Sadəcə həmin gənclərin yanında Səlahət Ağayev, Murad Musayev kimi təcrübəlilər lazımdır ki, inkişaf etsinlər.

 

- Rza Cəfərovun komandaya cəlb olunacağı gözlənilir. Qışda daha bir qapıçı gətirmək gündəmdədir?

- Bu barədə indidən danışmaq istəmirəm. Transferlər olacaq. Qapıçı da lazımdır. Rza da yaxşı qapıçıdır, perspektivlidir. Təəssüf ki, klubunda oynamır, ehtiyatda qalır. Çox istəyərdim. Heyətdə rəqabət olmalıdır. Futbolçular rəqabət halında inkişaf edə bilərlər. 

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:40

Lisandro Martines Manchester United ilə müqaviləsini uzatmayacaq

Futbol
Bu gün, 09:20

Belçika futbolçusu Nainqolan iki il həbsə cəlb edildi

Futbol
Bu gün, 09:08

Barselona, icarədəki Ronald Araújonun qış transferini Liverpoola satmaq istəyir

Qarabağ FK
Bu gün, 09:00

"Qəbələdə 'Qarabağ' ilə üz-üzə: Ağdam zirvəyə qalxa bilər"

Futbol
Bu gün, 08:40

Fənərbaxça, Olimpiakosun keçmiş baş məşqçisi Jose Luis Mendilibara yüksək maaşlı təklif göndərib

Futbol
Bu gün, 08:20

Araz‑Naxçıvan “Zirə”ni qəbul edir

Basketbol
Bu gün, 08:09

Stefen Karri NBA-nın ilk dörd oyununda 100% cərimə atışları ilə rekord qırdı

Futbol
Bu gün, 08:00

FIFA 2027-ci ildə Braziliyada keçiriləcək qadınlar dünya çempionatının mükafat fondunu iki dəfə artıracaq

Futbol
Bu gün, 07:03

Unai Simon: “Biz futbolun düşmənləriyik” – dünyanın ən yaxşı qapıçısı

Futbol
Bu gün, 06:15

Portuqaliya millisinin yarımmüdafiəçisi Konseysau hakimi təhqir etdiyi üçün üç oyunluq diskvalifikasiya aldı

Digər
Bu gün, 05:11

İslam Mahaçev UFC-də son döyüşlərindən birini planlayır

Futbol
Bu gün, 04:08

Luis Enrike PSJ-dəki 127-ci qalibiyyəti barədə danışdı: “Bu, bəxtim gətirir”

Futbol
Bu gün, 03:37

Eto Real Madridə ilk gəlişində Barajas hava limanında kimsə tərəfindən qarşılanmadığını açıqladı

Futbol
Bu gün, 02:30

“Chelsea”nin keçmiş sahibi Roman Abramoviç Baku International Art Festivaldə ukraynalı model ilə göründü

Futbol
Bu gün, 01:58

Vilyarreal Ev Sahasında Espanyol'a 0-1 məğlubiyyət aldı

Futbol
Bu gün, 01:46

Elversberg ev sahəsində Mayntsı 4-1 məğlub etdi

Futbol
Bu gün, 01:40

Luis Enrike PSJ tarixində ən çox qələbə qazanan məşqçi rekordunu yenilədi

Futbol
Bu gün, 01:07

Osimhen atalıq etdi, ertəsi gün Qalatasaray formasında qol vurdu

Futbol
Bu gün, 00:56

‘Eqnatiya’ komandası Albaniya Superliqasında liderliyə qalxdı

Futbol
Bu gün, 00:49

Qızıl top: Keyn 28 xal fərq ilə Mbappeni öndə götürdü

Cüdo
Bu gün, 00:37

Hidayət Heydərov: Birləşmiş Ərəb Əmirliklərində 'Böyük Dəbilqə' turnirində bürünc medal qazanıb

Futbol
Bu gün, 00:23

"Milan" Adrien Rabio və Alfaco Sisse üçün maaşlarını artırmağa hazırlaşır

Futbol
Bu gün, 00:04

PSJ liderliyini qorudu, “Nitsa” 5-2 ilə Renn’i məğlub etdi

Futbol
Dünən, 23:54

Turan Tovuz 3-2 ilə Sabahı məğlub etdi - Video

Oxşar xəbərlər