top
Kaxaber Sxadadze: Futbol və Prinsipial Qərarlar Haqqında Müsahibə Idman.biz
05 iyul 2025, 09:39
- +

Kaxaber Sxadadze: Futbol və Prinsipial Qərarlar Haqqında Müsahibə

"Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadzenin "Qafqazinfo"ya müsahibəsi

- 10 il sonra yenidən Azərbaycana qayıtdınız. Geri döndüyünüzdə nəyin dəyişib, nəyin dəyişmədiyini gördünüz?

- Uzun müddət Azərbaycanda yaşamışam. Millətlərimiz arasında fərqlər olsa da, bizim heç bir problemimiz olmayıb. Münasibətlərdə hər şey hörmətlə başlayır. Biz qarşılıqlı hörmət əsasında yaşamışıq. Bizim münasibətlərimizin yaxşı olması da baxışlarımızın bərabər olmasından irəli gəlir. Bakını çox sevirəm, əlbəttə, darıxırdım. Mənim burada dostlarım var. Bakı indi ən yaxşı şəhərlərdən birinə çevrilib. Burada işləmədiyim müddətdə də gəlib-getmişəm. Və həmişə təəccüblənirdim ki, bir şəhər bu qədər sürətlə inkişaf edə, gözəlləşə bilər? Birmənalı olaraq görünür ki, Azərbaycan irəli gəlir.

- Kriştiano Ronaldo Səudiyyə Ərəbistanına pula görə getdi, bəs tanınmış Kaxaber Skadadze nəyə görə səviyyəcə aşağı Azərbaycan birinci liqasında qaldı?

- Bu, prinsipial qərar idi. İstədik göstərək ki, aşağı liqaya yuvarlanan bir klubla axıra qədər dayanmaq lazımdır. Köməkçilərimlə birlikdə öz şəxsi ambisiyalarımızı bir kənara qoyub kluba kömək etdik. Çox şadıq ki, bunun öhdəsindən gələ bildik və komandanı yenidən Premyer Liqaya yüksəltdik. "İnter"də çalışdığım dönəmlərdə həmişə yüksək yerlər uğrunda mübarizə aparmışıq. Bir dəfə Azərbaycan çempionu olduq, Birlik Kubokunu qazandıq, iki dəfə gümüş mükafata sahib çıxdıq. Bir müddət sonra çempionatda eniş baş verdi. Əlbəttə, "Qarabağ" öz adını qoruyub saxladı. Ötən mövsüm "Zirə" də yüksək oyun sərgilədi, növbəti dəfə avrokuboklara vəsiqə qazandı. Komandalar güclənir, ona görə bu il mövsümün gərgin keçəcəyini düşünürəm.

- Sizin kimi adlı-sanlı məşqçi üçün birinci liqada çalışmaq nə qədər çətin idi?

- Komandanı sıfırdan yığmaq lazım idi. Komandanın idman direktoru Səbuhi Səfiyarlı ilə danışanda ona demişdim ki, heyətin 90 faizi ilk gündən komandanın yanında olmalıdır. Çünki 6 həftəlik hazırlıq prosesində həmin futbolçuları həm fiziki, həm də taktiki cəhətdən hazırlamalı idik. İlk baxışdan çətin idi, amma mövsüm başlayanda futbolçular nə etməyin lazım olduğunu bilirdi. Hər zaman irəli baxmaq lazımdır.

- 10 il əvvəl Elvin Yunuszadə Azərbaycan çempionatında oynayırdı, siz 10 il sonra yenə ölkəmizə qayıdanda da. Amma siz Azərbaycandan gedəndə 15 yaşı olan həmyerliniz Xviça Kvaratsxeliya indi PSJ-də çıxış edir. Bəs, bizdə çatmayan nədir?

- Gürcüstanda da bir ara problemlər var idi. Stabillik olmayanda çətin olur. Siz məsələn, itirilmiş torpaqlarınızı geri qaytardınız. Bunların hamısı təsir edir. Ölkə müharibə vəziyyətindədirsə, orada futbolun, idmanın inkişafından nə danışmaq olar? Bizdə də bir eniş var idi, sonradan ölkədə stabillik yarandı və çox sayda uşaq futbola getməyə başladı. Birinci növbədə kütləvilik və infrastruktur olmalıdır. Uşaqlar gəlib normal bir yerdə, meydançada məşq etməlidir. Kütləvilik olanda rəqabət yaranır və beləcə inkişaf yaranır.

- Deyirlər, xoşbəxt olmaq üçün içmək lazımdır. Bu mənada gürcü çaxırı nə qədər faydalıdır?

- Mən gürcüyəm, amma futbolda olduğum müddətdə heç pivə də içməmişəm. İndiki dövrdə işdə o qədər yüklənmələr olur ki, elə şeyləri düşünməyə vaxt da qalmır. Ona görə həmişə düzgün qidalanmaq lazımdır. Bizim qafqazlılarda bu problem olur. Un məhsullarını dəhşət çox yeyirik. Mən keçən il komandaya gəlib səhər yeməyinə düşəndə dəhşətə gəldim. Hər futbolçunun qarşısında böyük lavaş var idi. Ondan sonra onlara çörək yeməyi qadağan etdim. 11-12 yaşından uşaqları öyrətmək lazımdır ki, düzgün qidalansınlar. Yağlı yeməklərdən uzaq durmaq lazımdır.

- Dünyada ən məşhur suallardan biri "Ronaldo, yoxsa Messi?"dir. Mən bəlkə də heç vaxt təkrarlanmayacaq sual verəcəm: Asif Məmmədov, yoxsa İnyesta?

- (Gülür). Mən Asifə çox hörmət edirəm. Asif elə bir insandır ki, bütün həyatını futbola həsr edib. Futbolçu kimi müqayisə etməyi düşünmürəm.

- "İnter"də də futbolçunuz idi...

- Asif Azərbaycanda gənc futbolçular üçün çox böyük nümunədir. Onu uşaq vaxtından tanıyıram. Düzgün qidalanırdı, çox məşq edirdi. Mənim yadıma gəlmir ki, bu ötən illər ərzində kimsə desin ki, mən Asifi gecə saat 1-də çayxanada gördüm. Bilirəm ki, dəqiq idmançı kimi yaşayıb. Mən çox şadam ki, mənim həmin futbolçum indi bizimlə futbolçu-məşqçi kimi davam edir.

- Siyasətə qarışırsınız?

- Xeyr!

- Gürcü arzusu necədir? Bu, həm siyasi, həm də şəxsi sualdır...

- Bu gün hakimiyyətdə olan bir partiyadır. Ölkənin yaxşı yaşaması üçün məsuliyyət daşıyırlar. Partiyada şəxsən hörmət etdiyin insanlar da var. Həmişə ölkə rəhbərliyində olan şəxslərə Gürcüstanı yaxşı idarə etməyi arzu etmişəm. Bu, həm də gürcü arzusudur...

- Bəs, iki slavyan xalqının müharibəsinə münasibətiniz necədir?

- Rusiyanın müharibəyə başlaması çox pis oldu. Bizim də torpaqlarımızın 20 faizi hazırda bizdə deyil. Müharibə çox pis bir şeydir. Onu kim başladırsa, səhvə yol verir. Çünki müharibənin qurbanları sadə vətəndaşlar olur. Fikrimcə, 21-ci əsrdə müharibələr daha bəsdir. Öz ölkən üçün müharibə zərurətdirsə, o başqa məsələ. Amma başqasının torpağını işğal etməyi istəmək doğru deyil.

- Ümumiyyətlə, Rusiya Cənubi Qafqazdan nə istəyir?

- Əvvəllər bir neçə ölkəni birləşdirib zorla Sovet hökumətini yaratmışdılar. Sonra hər xalq azad olmaq istədi. Sovet hökuməti dağılandan sonra hərə öz dövlətini yaradıb müstəqil yaşadı. Ancaq təəssüf ki, hansısa insanlar yenidən Sovet hökumətini yaratmaq istəyir. Hər halda, mən belə düşünürəm. Amma fikrimcə, bu, heç vaxt baş verməyəcək.

- Bizim Vətən müharibəsini izləyirdiniz?

- Ölkəniz üçün mübarizə aparırdınız. Hamı da bunu normal qəbul elədi. Heç kimin də buna etirazı yoxdur. Bu, tez-gec baş verməli idi.

- 44 günə qələbə qazanacağımızı düşünürdünüz?

- Siz özünüz düşünürdünüz?

- Suala suala cavab bu məqamda qəbuldur...

- Bir ildir Qəbələdə yaşayırsınız. Uyğunlaşa bilmisiniz?

- Möhtəşəmdir. Həmişə müzakirə edirik ki, Bakıya gedək, ya yox? Mən həmişə buna qarşı çıxıram. Burada bütün imkanlar əladır. İnfrastruktur baxımından hər bir şərait var. Futbolçu da nəticələri fikirləşməlidir. Bakıda gəzmək üçün vaxtları olacaq. Peşəkar futbolçu odur ki, gündə 6 saat işləsin, sonra istirahətə çəkilsin, axşam 11-də yatsın. Gecə 1-də oturub qəlyan çəkənlərin böyük futbolu olmayacaq.

- Son sözünüz?

- Mən dünyaya, insanlara sülh arzulayıram. İnsanlar başa düşməlidir ki, hər kəsin öz ölkəsi var. Hər ölkənin nümayəndəsi də öz ölkəsini sevir. Və hər kəs öz ölkəsi üçün mübarizə aparacaq. Heç kimdən nəsə oğurlamaq lazım deyil.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 00:54

"Sağlam həyat" layihəsi "Dəniz Mall" Ticarət Mərkəzinin qarşısında keçirilib - FOTO

Futbol
Bu gün, 00:34

"Qarabağ"ın gənc futbolçusu İngiltərə komandasından müqavilə təklifi alıb

Futbol
Bu gün, 00:08

Freddi Varqasın icarəsi üçün "Neftçi"nin "Makkabi"yə ödədiyi məbləğ açıqlanıb

Futbol
Dünən, 23:25

"Araz-Naxçıvan"ın rəqibi "Aris" "Qalatasaray"ın keçmiş futbolçusu Morutanı transfer edib

Güləş
Dünən, 23:11

Azərbaycan güləşçiləri Budapeşt reytinq turnirində 2 bürünc medal qazanıb

Digər
Dünən, 22:56

Media nümayəndələri arasında velosiped yarışı keçirildi: qaliblər müəyyənləşdi - FOTO

Futbol
Dünən, 22:50

"Turan Tovuz" Türkiyədə "Çorum" ilə heç-heçə etdi

Güləş
Dünən, 22:26

Budapeşt 2024: Yunan-Roma güləşçilərimizdən iki bürünc medal - YENİLƏNİB

Gimnastika
Dünən, 22:14

Güllü Ağalarzadə: Universiadada qazanılan uğur dünya çempionatına atılan addımdır

Futbol
Dünən, 21:53

"İmişli" yoxlama oyununda "Araz-Naxçıvan"ı yenib

Formula 1
Dünən, 21:51

Bakıda "Legends of the night" yarışı baş tutub: Nəticələr, fotolar və video

Cüdo
Dünən, 21:37

U-14 yeniyetmə cüdoçular arasında Ne-Vaza üzrə ACF Kubokunun qalibləri müəyyən olunub

Formula 1
Dünən, 21:23

Bakıda "Legends of the night" yarışı keçirilib: nəticələr və iştirakçılar

Güləş
Dünən, 21:17

Budapeşt-2024: Nurullayevdən bürünc, Cəfərov və Abbasov zədəli, Məmmədov medal şansını saxlayır

Futbol
Dünən, 21:10

"Turan Tovuz" Türkiyədə "Çorum"la heç-heçə edib

Futbol
Dünən, 20:54

Markus Reşford "Barselona"ya icarəyə verilir

Futbol
Dünən, 20:54

Roberto Olabe: "Turan Tovuz"a gəlməyimdə Berdıyevin də rolu oldu

Gimnastika
Dünən, 20:50

Universiada: Azərbaycan gimnastları qızıl və gümüş medallar qazanıblar

Olimpiada
Dünən, 20:35

Dövlət qurumları əməkdaşlarının üzgüçülük yarışının qalibləri məlum oldu - FOTO

Futbol
Dünən, 20:27

"Turan Tovuz" Türkiyədə "Çorum" ilə heç-heçə etdi

Futbol
Dünən, 20:24

"Qalatasaray" Manuel Akanci ilə maraqlanır

Gimnastika
Dünən, 20:09

Universiada: Azərbaycan gimnastları 2 qızıl, 1 gümüş medal qazanıb - YENİLƏNİB/FOTO

Futbol
Dünən, 19:55

"Vulverhempton" Con Ariası transfer edib: 17+5 milyon avro

Formula 1
Dünən, 19:53

Bakıda "Legends of the night" yarışı başa çatdı: qaliblər müəyyənləşdi - FOTO

Oxşar xəbərlər