Danimarka millisinin sabiq baş məşqçisi Kasper Yulmann "Bayer"in məşqçilər korpusuna rəhbərlik edəcək. Sport24.az xəbər verir ki, bu barədə "Kicker" məlumat yayıb.
Mənbənin sözlərinə görə, alman klubu 53 yaşlı danimarkalı ilə prinsipial razılığa gəlib. Müqavilənin bu həftə imzalanması gözlənilir.
Qeyd edək ki, Yulmann 2020-ci ilin avqustundan 2024-cü ilin iyuluna qədər Danimarka millisində çalışıb. O, həmçinin "Nordşlland" və "Mains" komandalarını da çalışdırıb. Sentyabrın 1-də Erik ten Haq "Bayer"in baş məşqçisi vəzifəsindən azad edilib.