top
“Karvan”ın baş məşqçisi: “Hakim orada söyülməli deyil, hətta döyülməliydi” İdman.biz
29 noyabr 2024, 13:26
- ↺ +

“Karvan”ın baş məşqçisi: “Hakim orada söyülməli deyil, hətta döyülməliydi”

"Xarakter göstərib, əzimkar mübarizə apardıq. Futbolçularımın çəkdiyi əziyyət heyf oldu. Haqqımızı yedilər".

Bunu İdman.bizə futbol üzrə Azərbaycan I Liqasında mübarizə aparan "Karvan"nın baş məşqçisi Kənan Kərimov deyib.

48 yaşlı mütəxəssis VIII turda evdə "Qəbələ"yə 0:1 hesablı məğlubiyyəti şərh edib. O bildirib ki, uduzmalarının əsas səbəbkarı hakimləri olub: "Karvan" "Qəbələ"yə yox, hakimlərə uduzdu. Baş hakim Tural Qurbanov oyunu qeyri-peşəkar səviyyədə idarə etdi. Niyyəti artıq ilk dəqiqələrdən bəlli idi. Kiçik follar verə-verə komandanı "sındırmağa" çalışırdı. Haqqımızı yedi. İki 100 faizli penaltimizi vermədi. Əksinə, haqsız qapımıza cərimə zərbəsi təyin etdi ki, sonluq da qolla nəticələndi. Tural kimi hakimlər bu işdə artıq "peşəkarlaşıblar". Gördü ki, "Qəbələ" qol epizodları yarada bilmir, əks istiqamətə veriləsi folu bizim qapımıza təyin etdi".

O, AFFA-dan belə idarəçiliyə diqqətlə yanaşılmasını da xahiş edib: "Belə təyinatları kimin etdiyini bilmirəm. Amma istədikləri komandanı məhv edib, sındırırlar. Həm günahkardırlar, həm də güclü! İnanmıram ki, "Qəbələ" belə hakimlərin ümidinə qalsın. Qoy kim güclüdürsə, o da qalib gəlsin. Referilər şou göstərirlər".

"Karvan"nın çalışdırıcısı oyundan sonra azarkeşlərin hakimə qarşı etirazlarına da münasibət bildirib: "Bəli, oyundan sonra böyük etiraz oldu. Stadiona bizi dəstəkləmək üçün çoxsaylı azarkeşlər gəlmişdi. Onlar üçün də hakimin kobud səhvləri və komandanın haqqının yeyilməsi üzücü idi. Ev oyunlarımız olub ki, uduzsaq da, heç bir hakimə etiraz bildirməmişik. Uşaqdan böyüyə kimi hər kəs referinin niyyətini açıq şəkildə görürdü. Buna görə niyə də etiraz etməsinlər? Hakim orada söyülməli deyil, hətta döyülməliydi".

Kərimovun sözlərinə görə məğlubiyyət onları ruhdan salmayacaq və sona qədər mübarizə aparacaqlar: "Dünənki oyundan sonra əhval-ruhiyyəmiz yaxşı deyil. "Cəbrayıl"a da evdə məğlub olduq. Amma hakim haqda heç bir fikir bildirmədim. MOİK-lə görüşdən bu qərəz başlayıb. Həmin matçın 85-ci dəqiqəsində qapımıza biabırçı penalti təyin olunmuşdu. Dünənki görüşdə də istəklərinə çatdılar. Amma bundan sonra əlimizi yanımıza salıb oturmayacağıq. Sona qədər mübarizə aparacağıq. Haqsızlığa qarşı danışacağıq. "Qəbələ"nin bu gün hakimlərin köməyinə o qədər ehtiyacı var ki, onlara yardım edirlər? Aydın məsələdir ki, Qəbələdəki şərait hər bir klubun bazasından yaxşıdır. Hakimlərə səslənirəm, kim güclüdür, kim çempionluğu haqq edir, o da qazansın. Heç kimə kömək etməsinlər".

Baş məşqçi Yevlax Şəhər Stadionunun ot örtüyünün yararsız vəziyyətə düşməsinə də toxunub: "İki gün öncə dayanmadan yağış yağmışdı. Bu səbəbdən də ot örtüyü o vəziyyətdə idi. Biz qazonu qorumağa çalışırıq. Qış gəlib. Bəzi işləri bu səbəbdən görmək olmur. Yayda ot örtüyünü yaxşılaşdırmaq üçün klub rəhbərliyi əlindən gələni edəcək".

Qeyd edək ki, VIII turdan sonra "Qəbələ" 20 xalla turnir cədvəlinin lideridir. Onlardan 2 xal geri qalan "Karvan" isə ikincidir.

Emin Ağa
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 11:04

Maritsa Tovuzda Turanla cavab oyunu üçün yollandı

Qarabağ FK
Bu gün, 11:00

XI turun yekunu: Qarabağda sürpriz məğlubiyyət, Neftçi liderlikdə, Sabah və Turan Tovuz bərabərliklə zirvəyə yaxınlaşıb

Futbol
Bu gün, 10:57

Şəhidin anası Qubada Vətən Naminə futbol klubunu təsis etdi

Qarabağ FK
Bu gün, 10:30

Şamaxı 200-dən artıq heç-heçəni qeyd edib – Azərbaycan çempionatının 3‑cü komandası

Futbol
Bu gün, 10:20

Manchester United 73‑illik antirekordu təkrarladı

Futbol
Bu gün, 10:11

Messi'nin Florida həyat tərzi: Fort Lauderdale'də 10,75M dollarlıq villa və ailə həyatı

Futbol
Bu gün, 10:06

40 yaşlı Vozinya Çili çempionatında həlledici seyvi ilə qalib gəldi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi – Kəpəz” matçı turun ən çox izlənən qarşılaşması oldu

Digər
Bu gün, 09:46

İkiqat Olimpiya çempionu evindəki yanğın nəticəsində yanıq xəsarətləri aldı

Futbol
Bu gün, 09:40

Ronald Arauxo hələ gələcəyinə qərar vermədi

Futbol
Bu gün, 09:33

Mançester Yunayted, 2027 yay transferi üçün Murilloni araşdırır

Futbol
Bu gün, 09:33

Şamaxı futbolçusu Uğur Cahangirov müdafiə problemlərini vurğuladı

Minifutbol
Bu gün, 09:20

İspaniya "Futsal Finalissima" turnirində Braziliyanı 3:0 məğlub edərək qalib gəldi

Futbol
Bu gün, 09:00

Pyer Saj bu mövsümdə Premyer Liqada istefaya göndərilən ilk baş məşqçi ola bilər

Futbol
Bu gün, 08:40

Manuel Noyer ən azı ilin sonuna qədər meydandan uzaq qalacaq

Boks
Bu gün, 08:35

Gülər Hüseynova Dakar-2026 Yeniyetmələr Olimpiya Oyunlarının 1/4 finalında Panama boksçusuyla üz-üzə gələcək

Futbol
Bu gün, 08:20

Bayern prezidenti Uli Hönes: Musialanın xəstəliyi tam sağala bilməyəcək

Futbol
Bu gün, 08:00

Sassuolo baş məşqçisi Alberto Aquilani vəzifəsindən ayrıldı

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Oxşar xəbərlər