"Karvan"ın baş məşqçisi: "Avqustun 15-nə kimi heyətimizi komplektləşdirməyi düşünürük"
"Ötən ayın 5-dən start verdiyimiz təlim-məşq toplanışı öz axarı ilə davam edir. Görüləcək işlərimiz çoxdu". Bu sözləri Sport24.az-a açıqlamasında "Karvan"ın baş məşqçisi Kənan Kərimov deyib.
Yevlax təmsilçisinin baş məşqçisi hazırda əsas məqsədin heyətin komplektləşdirilməsinin olduğunu bildirib: "Ötən mövsüm düşərgəmizdə olan əksər futbolçularla vidalaşmışıq. Komandadan 13-14 oyunçunu yola salmışıq. Hazırda baxışda olan yerli və əcnəbi oyunçular var. Qarşıdan gələn mövsümə daha fərqli və iddialı "Karvan" formalaşdırmaq istəyirik. Avqustun 15-nə kimi heyətimizi komplektləşdirməyi düşünürük".
Kərimov bu günə kimi reallaşdırdıqları transferlərin adını çəkib: "Xəzər Mahmudov, Kamran İbrahimov
İbrahim Qədirzadə, Roman Hüseynov, Kənan Quliyev, Rəhman Şabanov kimi futbolçularla müqavilə bağlamışıq. Qeyd etdiyim kimi baxışda olan oyunçular var ki, onlardan da 3-ü legionerd"i.
ABDULLA İSMAYILOĞLU