top
Karvan-Yevlaxın icraçı direktoru klubun vəziyyəti və gələcək planları barədə Sport24.az
01 fevral 2026, 14:00
- ↺ +

"Karvan-Yevlax"ın icraçı direktoru klubun vəziyyəti və gələcək planları barədə

"Karvan-Yevlax"ın icraçı direktoru Elvin Əjdərlini Sport24.az-a müsahibəsi.

 

- "Karvan-Yevlaz" hazırda Misli Premyer Liqasında 6 xalla sonuncu pillədədir. Komandanın hazırkı durumu barədə nə deyə bilərsiniz?

- ⁠Komandamız hazırda rəhbərliyin istədiyi performansı göstərmir. Bunun müəyyən səbəbləri var. Heyətdə zədəli oyunçular çoxdur. Amma biz inanırıq ki, probləri tezliklə aradan qaldıracağıq. Bizi hələ qarşıda 15 oyun gözləyir. Digər matçlarda əvvəlki görüşlərdəki səhvləri etməməyə çalışacağıq. 

 

- Rəhbərliyin "qara zolaq"dan çıxmaq üçün hansısa planı varmı? Kollektivlə görüşürsünüz? Bu məsələlər ətrafında söhbətlər olurmu?

- ⁠Bəli. Daim görüşürük. Mən demək olar ki, hər gün bazadayam. Səhərdən gecə saatlarana qədər burada oluram. Futbolçularla, baş məşqçi ilə, vitse-prezidentlə mütəmadi olaraq danışırıq. Vəziyyətdən çıxmağa çalışırıq. İdman üzrə vitse-prezidentimiz Kənan Kərimovdur. Komandanın yığımında, əvvəlki baş məşqçi Azər Həşimovun təyin olunmasında, hazırkı komandanın transferlərinin gerçəkləşməsində Kənan müəllimin xidmətləri var. Onun futbol keçmişi, yaxşı karyerası olduğu üçün bu transferlər, idman məsələləri Kənan müəllimə həvalə edilib. Bu barədə o daha çox fəaliyyət göstərir. Mən işin daha çox inzibati tərəfindəyəm. Klubda baş məşqçinin, futbolçuların istəyinin daha tezliklə reallaşmasına çalışıram. Hansı ki, texniki və inzibati tərəflər var. Klubun ali rəhbərliyi ilə komanda arasında "körpü" rolunu oynayıram ki, xırda problemlərə görə kollektivin komfortu pozulmasın. 

 

- "Karvan-Yevlax" üçün baza yaradılıb. Stadion normal vəziyyətdədir. Gələcəkdə daha hansı işlər planlaşdırılır?

- ⁠"Karvan-Yevlax"ın Kür sahilində də başqa bazası var. Hazırda orada təmir və yenidənqurma işləri gedir. Əsaslı təmirə bağlanıb. Hazırda istifadə olunan baza və stadionun ot örtüyünə klub rəhbərliyi tərəfindən təxminən 3 milyon yarımadək pul xərclənib. Yevlax şəhər stadionunun tərkibində yeni meydanın inşası nəzərdə tutulub. Burada da 1500-2000 azarkeşlik tribuna olacaq. Ən müasir standartlara uyğun şəkildə tikiləcək. Təbii ot örtüyü planlaşdırılır. Bunun üçün klub rəhbərliyi 4 milyon yarım büdcə ayırıb. Qismət olsa, martdan quruculuq işlərinə başlayacağıq. 

 

- "Karvan-Yevlax" mövsümün sonunda elitanə tərk etsə, bu, faciə hesab olunacaq? Yoxsa yolunuza davam edəcəksiniz?

- ⁠Biz yolumuza davam edəcəyik. "Karvan"ın Azərbaycan futbol tarixində böyük keçmişi var. Hansı ki, futbol elitasında sözünü demiş, tanınmış futbolçuların əksəriyyətinin "Karvan" keçmişi var. Azərbaycanda ilk dəfə avroliqada mərhələ keçən klublardan biridir. "Karvan"ın gələcəyə yönümlü inkişaf strategiyası var. Bizim üçün Premyer Liqanı tərk etmək faciəvi sonluq deyil. Uzun müddətdir meydanda deyildik. Tez zamanda Premyer Liqaya vəsiqə qazandıq, bir az təcrübəsiz olduq. Dövrümüzün Premyer Liqası ilə indiki arasında çox fərq var. Bu yöndə bir az təcrübəsizliyimiz olsa da, bunu dərk edirik. Öyrənərək bu problemləri aradan qaldırırıq. Çalışırıq ki, bundan sonrakı mövsümlərdə klubun brendini yenidən möhkəmləndirək, ölkə futbol tarixində "Karvan" brendi sözünü desin.

 

- Komanda Premyer Liqaya çıxanda aşağı yaş qruplarının olmaması ilə bağlı möhlət verilmişdi. Bu yöndə hansı işlər görülür. Aşağı yaş qrupları varmı?

- ⁠Bəli. Bizdə 10, 11, 12, 13, 14 və 15 yaş qrupu mövcuddur. Uşaq futbolumuz fəaliyyətdədir. Birinci bazamızın əsaslı təmirə bağlanmasının səbəblərindən biri uşaq futbolu ilə bağlıdır. Növbəti mövsümlərdə akademiyanı qurub inkişaf etdirmək niyyətindəyik. Bir növ insan kapitalına yatırım kimi.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:21

Rio Nqumoa “Çelsi”dən ayrılma səbəbini və Liverpoola keçidini izah etdi

Futbol
Bu gün, 06:13

Maktominey: Dünya çempionatının ilk oyununa iki gün qalmış ürək müdaxiləsi üçün xəstəxanada oldu

Futbol
Bu gün, 04:08

Merson, Alonsonun Estevaonu oyununa çıxarmamasını tənqid etdi

Futbol
Bu gün, 03:11

Fermin Lopes Barcelona klubunda özünü kifayət qədər dəyərləndirilmədiyini bildirir

Futbol
Bu gün, 02:13

Barcelona və CBF arasında Rafinyanın zədələnməsinin qarşısını almaq üçün oyun vaxtını tənzimləmək razılaşması

Futbol
Bu gün, 01:51

Yamalın Azərbaycan üçün hədiyyəsi Qazaxıstanla qarışdırıldı

Futbol
Bu gün, 01:15

Mark Kukurelya: Arda Güler meydanda oynadığı zaman komanda dəyişir

Futbol
Bu gün, 00:56

Romano Floriani 2031-ci ilə qədər Latsio klubu ilə müqavilə uzadı

Olimpiada
Bu gün, 00:37

Bu gün Azərbaycan idmançılarımız Dakar-2026-da boks və taekvondo üzrə yarımfinala çıxacaq

Futbol
Bu gün, 00:21

Kubarsi Flik ilə dil maneəsi barədə danışır: "Səsinin tonundan hər şey aydın olur"

Futbol
Bu gün, 00:02

Spalletti, Anqissanı Yuventus'a Transfer Etmeyi Hədəfləyir

Gimnastika
Dünən, 23:54

Azərbaycan Milli Komandası Dünya Çempionasında Medal Qazanıb Vətənə Qayıdı

Futbol
Dünən, 23:36

De la Fuente: Yamalın sağlamlığını önə çəkərək Çexiya oyunundan çıxarmadıq

Futbol
Dünən, 23:21

Tçuameni Fransa Milli Takımı üçün iki oyunu qaçırma riskində

Voleybol
Dünən, 23:01

“Turan” qadın voleybol komandası Maritsa’yı 3:0 məğlub etdi, çempionlar liqasının qrup mərhələsinə yüksəldi – İDMAN.BİZ TOVUZDAN

Basketbol
Dünən, 22:44

"Sabah"ın baş məşqçisi Lazar Spasiç "Trabzonspor"a qalibiyyəti (91:72) dəyərləndirdi: "Azərbaycanlılar komandaları ilə fəxr etmelidir"

Basketbol
Dünən, 22:35

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının IV turunda qələbə qazandı

Voleybol
Dünən, 22:35

Turan" prezident Həsən Zeynalov: 3:0 qələbə ilə CEV Çempionlar Liqasına yüksələldik, mümkün olmayan heç nə yoxdur

Futbol
Dünən, 22:29

Cerrard: Yamal 19 yaşında Ronaldudan daha qabaqdadır

Gimnastika
Dünən, 22:19

Maqsud Mahmudov: Gümüş medal qazandıq, gələn il belaruslu rəqibləri məğlub edib qızıl medal istəyirik

Gimnastika
Dünən, 22:19

Tofiq Əliyev: Dünya Çempionatında Gümüş Medal Qazandım, Lakin Finalda Risk Etməliydim

Gimnastika
Dünən, 22:08

Mixail Malkin: Zədəyə baxmayaraq, gələcəkdə qızıl medal qazanacağımıza inanırıq;

Futbol
Dünən, 22:01

Latsio 23 yaşlı müdafiəçi Romano Floriani ilə müqavilə uzatdı

Futbol
Dünən, 21:49

İtaliya Futbol Federasiyası Qalliani şikayətinə cavab verir

Oxşar xəbərlər