"Karvan-Yevlax" futbolçusu ilə müqavilə müddətini artırıb.
İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçi Rəhman Şabanov ilə 1 illik yeni müqavilə imzalanıb.
Qeyd edək ki, 28 yaşlı futbolçu ötən mövsüm komandanın heyətində 23 oyun keçirib, 14 məhsuldar ötürmə edib və 2 qol müəllifi olub.
İdman.biz